Facebook Twitter WhatsApp

Namaz qılmaq kimlərə çətin gəlir

Sual: Müsəlman olmaq istəyən qeyri-müsəlmanlar, “Müsəlman olardıq, amma gündə beş kərə namaz qılmaq, ildə bir ay oruc tutaraq ac qalmaq və daha başqa əmirlər bizə çətin gəldiyi üçün Müsəlman olmuruq”, deyirlər. İbadət etmək nə üçün çətin gəlir?

CAVAB: Müsəlman olana ibadətlər çətin gəlməz. Müsəlman olsalar belə şeylər söyləməzlər. İmamı Rabbani həzrətləri, “Məktubat”ında buyurur ki: “Allahü təala qullarına edə biləcəkləri şeyləri əmr etmişdir. Gücü yetməyəcəyi işləri əmr etməmişdir. İnsanları zəif yaratdığı üçün asanlıq göstərmişdir. Quranı Kərimdə məalən buyurur ki:

“Allah, sizə yüngül, asan əmr etmək istədi, çünki insan zəif yaradılmışdır.” (Nisa 28)

Namaz, oruc asandır. Zəkat üçün də malın hamısının deyil, qırxda birinin verilməsini əmr etmişdir. Dinin digər əmirlərinə diqqətlə və insafla baxılarsa bu asanlıqlar görülər. Bununla bərabər ibadət etməyin çətin gəldiyi kimsələr yox deyildir. İbadətlərin məşəqqətli gəlməsi Allahü təalanın düşməni olan nəfsdəndir. Namaz qılmaq və digər ibadətləri etmək, ancaq möminlərə asan gəlir. Qəlbi qaralmışlara çətin gəlir.

 Quranı Kərimdə məalən buyrulur ki:

 “Bu din (inanıb ibadət etmək) müşriklərə çətin gəlir.) (Şura 13)

“(Hər növ günahdan çəkinmək, oruc tutmaq və digər ibadətləri etmək üçün) Səbir edərək və namaz qılaraq Allahdan yardım istəyin. Səbir və namaz, yalnız Allahdan qorxan möminlərdən başqalarına çətin gəlir.” (Bəqərə 45)

 Namaz qılmamaq imansızlıqdan və ya iman zəifliyindən irəli gəlir. İmanın qüvvətli olmasının əlaməti dinimizin əmirlərinə sevərək, asanlıqla uymaqdır. Bədəni xəstə olana bəzi işləri etmək çətin gəldiyi kimi, qəlbi və ruhu xəstə olana da ibadət etmək çətin gəlir.) (m.191, 289)

  “Qəlbi təmizləmək üçün iman edib Allahü təalanın nemətlərinə şükür etmək lazımdır. Quranı Kərimdə məalən buyrulur ki:

“Allaha iman edib nemətlərinə şükür edərsəniz, sizə nə üçün əzab etsin?” (Nisa 147)

 “Allaha şükür etmək, Ona inanıb, əmr və qadağalarına riayət etməklə olur.” (C.3,m.41)