Facebook Twitter WhatsApp

Namaz Qılmayanın İmanı Təhlükədə

Sual: Məcusinin [atəşpərəstin] biri Ramazan ayında uşağına küçədə yemək yeməsinə icazə verməyərək, Müsəlmanlara hörmətlə davranır və son nəfəsdə imanla ölür. Dini yazılarda isə namaz qılmayan Müsəlmanın imanla ölməsinin çətin olduğu, yəni imanının təhlükədə olduğu yazılır. O, Müsəlman ikən belə kafir ölə bilir də, kafir necə Müsəlman olaraq ölə bilir?

CAVAB: İslamiyyət insanlardan iki şey istər. Birincisi nə bildirilmişsə hamısına olduğu kimi iman etmək. İkincisi bu iman etdiklərinə hörmət edib, ehtiram göstərmək və hamısını bəyənmək. Bunlar imanla əlaqədardır. Edib-etməmək isə günah və savab ilə bağlıdır. Bəhs etdiyiniz misalda üstəlik bir məcusinin, yəni atəşə sitayiş edənin oruca, Müsəlmanların ibadətinə hörməti, ehtiramı onun Müsəlman olmasına vəsilə ola bilər ki, olmuşdur da. Buna bənzər hadisələr çox olmuşdur.

 Fəqət bir Müsəlmanın illərcə namaz qılmaması, digər haramları işləməsi, bunları etdiyi və ya etmədiyi üçün deyil, iman etdiyi xüsuslara ehtiramı, hörməti azaldacağı, hətta yox edə biləcəyi üçün küfrə düşmə təhlükəsi çox böyükdür. Namaz dinin dirəyidir buyrulur. Namaz insanı əlbəttə pisliklərdən çəkindirər buyrulur. Özünü qoruyan namazı, niyazı yoxdur. Üstəlik söz olsun deyə boşboğazlıqla ehtiramı, hörməti itirənlər isə çoxdur. Bu üzdən ikisi çox fərqlidir. Bir-birinə qarışdırmamaq lazımdır.

 Kafir bir kəlmeyi-şəhadət söyləyərsə o an Müsəlman olub bütün günahları əfv edilir. Fəqət namaz qılmayan Müsəlman yuxarıda açıqlamağa çalışdığımız səbəblər üzündən təhlükədədir.