Facebook Twitter WhatsApp

Namazın Həqiqəti

    Böyük islam alimi Abdüllahi Dəhləvi (rahmətullahi aleyh) “Məkatibi şərifə” kitabının 85-ci məktubunda buyurur ki:

    “Namazı camaat ilə qılmaq və “Tümaninət” ilə qılmaq, rüküdən sonra “Kavmə” etmək və iki səcdə arasında “Cəlsə” etmək, bizlərə Allahın Peyğəmbəri tərəfindən bildirildi. Kavmənin və cəlsənin fərz olduğunu bildirən alimlər vardır. Hənəfi məzhəbinin müftülərindən “Kadixan” bu ikisinin vacib olduğunu, ikisindən birini unudunca “Səcdəi-səhv” etmək vacib olduğunu və bilərək etməyənin namazı təkrar qılmasını bildirmişdir. Müəkkəd sünnət olduqlarını bildirənlər də vacibə  yaxın sünnət demişdirlər. Sünnətə əhəmiyyət verməyərək tərk etmək küfrdür. Namazın kıyamında, rüküsunda, kavməsində, cəlsəsində, səcdələrində və oturulduğu zamanında ayrı-ayrı, başqa-başqa keyfiyyətlər, hallar hasil olar. Bütün ibadətlər namaz içində toplanmışdır. Qurani-Kərim oxumaq, təsbeh söyləmək [yəni sübhanallah demək], Rəsulullaha salavat söyləmək və günahlara istigfar etmək və ehtiyacları yalnız Allahü təaladan istəyərək Ona dua etmək namaz içində toplanmışdır. Agaclar, otlar namazda durulan kimi dik dururlar. Heyvanlar rükü vəziyyətində, cansızlar da namazda “Qadə”də oturan kimi yerə sərilmişdilər. Namaz qılan bunların ibadətlərinin hamısını edir. Namaz qılmaq mirac gecəsi fərz oldu. O gecə mirac etməklə şərəflənən Allahın sevgili Peyğəmbərinə uymağı düşünərək namaz qılan hər bir müsəlman O uca Peyğəmbər kimi Allahü təalaya yaxınlaşdıran məqamlarda yüksəlir. Allahü təalaya və Onun Rəsuluna qarşı ədəbi riayət edərək hüzur ilə namaz qılanlar bu mərtəbələrə yüksəldiklərini anlayarlar. Allahü təala və Onun Peyğəmbəri bu ümmətə mərhəmət edərək böyük ehsan etmişdilər, namaz qılmağı fərz etmişdilər. Bunun üçün Rəbbimizə həmd və şükr olsun! Onun sevgili Peyğəmbərinə salavat və təhiyyat və dualar edirik! Namaz qılarkən hasil olan səfa və hüzur təəccüblü şeydir. Üstadım [Mazhər-i Can-ı Canan] buyurdu ki, “Namaz qılarkən Allahü təalanı görmək mümkün deyil isə də, görür kimi bir hal hasil olur”. Bu halın hasil olduğunu təsəvvüf böyükləri söz birliyi ilə bildirmişdilər. İslamiyyətin başlanğıcında namaz Qüdsə qarşı qılınırdı. Beyt-ül-müqəddəsə qarşı qılmağı buraxıb, İbrahim-əleyhissəlamın qibləsinə dönmək əmr olunduğu zaman Mədinədəki yəhudilər hirsləndilər. “Beyt-ül-müqəddəsə qarşı qılmış olduğunuz namazlar nə olacaq?” dedilər. Bəqara surəsinin 143-cü ayəti-kəriməsi gələrək, “Allahü təala imanlarınızı zay etməz!”  buyuruldu. Namazların qarşılıqsız qalmayacaqları bildirildi. Namaz iman kəlməsi ilə bildirildi. Bundan anlaşılır ki, namazı sünnətə uyğun olaraq qılmamaq İmanı zay etmək olar. Rəsulullah əfəndimiz “sallAllahü təala aləyhi və səlləm”, “Gözümün nuru və ləzzəti namazdadır” buyurdu. Bu Hədisi-şərif, “Allahü təala namazda zuhur edir, müşahidə olunur. Beləcə gözümə rahatlıq gəlir” , deməkdir. Bir Hədisi-şərifdə, “Ya Bilal“radıyAllahü təala anh”! Məni rahatlandır!”  buyuruldu ki, “Ey Bilal! Azan oxuyaraq və namazın qamətini söyləyərək məni rahata qovuşdur” , deməkdir. Namazdan başqa bir şeydə rahatlıq axtaran bir kimsə məqbul deyildir. Namazı zay edən, əldən qaçıran başqa din işlərini daha çox qaçırır. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину