Facebook Twitter WhatsApp

Namazdan əvvəl və sonra təfəkkür

Bir Müsəlman, azan oxunduqda, İsrafil əleyhissalam sura üfürür” deyə düşünməlidir...

 

Sual: Namaza durmadan əvvəl və namazda nələri düşünmək və hansı halda olmaq lazımdır?

Cavab: Mövzu haqqında Muhamməd ibn Qutbüddin İzniki həzrətləri, “Miftahül-Cənnəh” kitabında buyurur ki:

“Bir Müsəlman, azan oxunduqda, İsrafil əleyhissalam sura üfürür, dəstəmaza gedərkən qəbrimdən qalxıram, məscidə gedərkən məhşər yerinə gedirəm deyə düşünməlidir. Müəzzin iqamə dedikdə, camaat cərgəyə düzüldükdə bu insanlar məhşər yerində yüz iyirmi cərgə olmaqla səksən cərgə, bizim Peyğəmbərimizin və qırx cərgə digər Peyğəmbərlərin ümmətləri olacaqdır deyə düşünməli, imama uyduqdan sonra, imam Fatihəni oxuyarkən, sağımda Cənnət, solumda Cəhənnəm, ənsəmdə Əzrayıl əleyhissalam, qarşımda Beytullah, önümdə qəbir və ayağımın altında sırat var, görəsən mənim sorğu-sualım asan olacaqmı, etdiyim ibadət axirətdə başıma tac, yanıma yoldaş və qəbrimdə çıraq, qəndil olacaqmı, yoxsa qəbul olmayıb, köhnə əski kimi üzümə vurulacaqmı, deyə düşünməlidir.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину