Facebook Twitter WhatsApp

Beş vaxt namaz

   Namaz Allahü təalanın əmridir. Allahü təala, Qurani-Kərimdə yüzdən çox yerdə Namaz qılın!” buyurur. Ağıllı olan və həddi-büluğ çağına girən hər müsəlmanın hər gün beş dəfə namaz qılması, Qurani-Kərimdə və Hədisi-şəriflərdə əmr edilmişdir. Rum surəsi on yeddinci və on səkkizinci ayəti-kərimələrində: Axşam və sabah vaxtlarında Allahı təsbeh edin. Göylərdə və yer üzündə olanların etdikləri və əsr və günorta vaxtlarında edilən həmdlər Allahü təala üçündür” buyuruldu. Bəqara surəsi iki yüz otuz doqquzuncu ayətində, Namazları və əsr namazını qoruyun! (Yəni namazları davamlı qılın!)” buyuruldu. Ayəti-kərimədə keçən təsbeh və həmdin, namaz demək olduğu təfsir kitablarında bildirilmişdir. Hud surəsi yüz on dördüncü ayətində, “Gündüzün iki tərəfində [zöhr və əsr vaxtlarında] və gecəyə yaxın üç vaxtda [şam, işa və sübh vaxtlarında] şərtlərinə uyğun namaz qıl! Doğrusu bu hasənat, [beş vaxt namazın savabı, kiçik] günahları məhv edər. Bu, ibrətlə düşünənlərə bir nəsihətdir” buyurulur.

Peyğəmbərimiz Muhamməd-əleyhissəlam buyurdu ki: “Allahü təala qullarına hər gün beş dəfə namaz qılmağı fərz etdi. Gözəl dəstəmaz alıb, bu beş namazı vaxtında qılan, rükü və səcdələrini yaxşı edənləri, Allahü təala əfv və məğfirət edər”.

Beş vaxt namaz qırx rükət edər. Bunlardan on yeddi rükəti fərzdir. Üç rükəti vacibdir. İyirmi rükəti də sünnətdir. Belə ki;
1- Sübh namazı: Dörd rükətdir. Öncə, iki rükət sünnəti, sonra iki rükət də fərzi qılınır. Bu sünnət, çox qüvvətlidir. Vacib deyənlər də vardır.
2- Zöhr namazı: On rükətdir. Öncə, dörd rükət ilk sünnəti, sonra dörd rükət fərzi, fərzdən sonra da iki rükət son sünnəti qılınır.
3- Əsr namazı: Səkkiz rükətdir. Öncə, dörd rükət sünnəti, sonra dörd rükət fərzi qılınır.
4- Şam namazı: Beş rükətdir. Öncə üç rükət fərzi, sonra iki rükət sünnəti qılınır.
5- İşa namazı: On üç rükətdir. Öncə, dörd rükət sünnəti, sonra dörd rükət fərzi, sonra iki rükət son sünnəti, bundan sonra da üç rükət “Vitr namazı” qılınır.
Əsr və İşanın ilk sünnətləri “Qeyri-müəkkədə”dir. Bunların ikinci rükətlərində oturarkən, Əttəhiyyatüdən sonra “Allahümmə salli” və sonra “Allahümmə barik” duaları sonuna qədər oxunur. Ayağa qalxınca üçüncü rükətdə, öncə Bəsmələ çəkmədən, “Sübhanəkə” oxunur. Halbuki Zöhr namazının ilk sünnəti “Müəkkəd”dir. Yəni, qüvvətlə əmr olunmuşdur. Savabı daha çoxdur. Birinci oturuşda, fərzlərdə olduğu kimi, yalnız “Əttəhiyyatu” oxunub, sonra üçüncü rükət üçün dərhal ayağa qalxılır. Qalxdıqdan sonra əvvəlcə Bəsmələ çəkib, Fatihə oxunur.

Zöhrün və İşanın fərzindən sonra dörd rükət və Şamın fərzindən sonra altı rükət daha qılmaq müstəhəbdir, çox savabdır. Hamısını bir salam ilə və ya iki rükətdə bir salam ilə qılına bilər. Hər iki şəkildə də, ilk iki rükətləri, son sünnətlər yerinə sayılır. Bu müstəhəb namazları, son sünnətlərdən sonra ayrıca qılmaq da olar.
Birinci rükət namaza durunca, digər rükətlər ayağa qalxınca başlayar və təkrar ayağa qalxana qədər davam edər. Son rükət isə salam verənə qədər davam edər. Cüt rükətlərdə ikinci səcdədən sonra oturulur.
Hər bir rükətdə namazın fərzləri, vacibləri, sünnətləri, müfsidləri və məkruhları vardır. Sonrakı səhifələrdə bunları HƏNƏFİ” məzhəbinə görə bildirəcəyik.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину