Hayz müddətinin ən azı üç gün, ən çoxu on gündür. Nifas müddətinin aşağı həddi yoxdur. Nə vaxt qan kəsilsə, qüsl alıb namaz qılmaq və oruc tutmaq lazımdır. Ən çoxu qırx gündür. Əgər hayz qanı üç gündən tez kəsilsə, hayz zənn edib namazını qılmayan qəza edər. Qüsl lazım olmaz. Əgər üç gün tamam olduqda kəsilsə, qüsl alıb vaxt namazını qılar. On gün tamam olduqda, kəsilsə də, kəsilməsə də, qüsl alıb namazını qılar. Nifasın qırx günü tamam olduqda, qüsl edər, qan kəsilsə də, kəsilməsə də qılar. Hayz və nifas günlərində istər sarı, istər bulanıq olsun, hər cür axıntı qan hökmündədir.
Hayzın on günü və ya nifasın qırx günü ərzində, bir-iki gün qan gəlməsə, kəsildiyini sanaraq, qüsl alıb orucunu tutan, sonra yenə bu müddət ərzində qan gəlsə, o orucları qəza etməlidir. Kəsildikdə yenə qüsl almaq lazımdır. Əgər adətindən əvvəl kəsilsə, lakin üç gün keçmiş olsa, qüsl edib namaz qılmaq lazımdır. Lakin adət müddəti bitməyənə qədər əri ilə cima (cinsi əlaqə) edə bilməz. Nifas da belədir. Əgər adət müddətindən sonra, lakin on gün və ya daha az gün ərzində kəsilsə, hamısı hayz sayılır. Əgər on gün tamam olduqdan sonra kəsilməsə, adətindən sonrakı günlər hayz sayılmır, o günlərin namazları qəza edilməlidir. Nifasın qırx günü də hayzın on günü kimidir.
Ramazanda dan yeri ağardıqdan sonra bir qadında hayz və nifas kəsilsə, o gün yeyib içməkdən özünü saxlamalıdır. Lakin həmin gün oruc sayılmır. Qəza etmək lazımdır. Əgər dan yeri ağardıqdan sonra qan gəlsə, əsr namazından sonra görsə belə, o gün gizli yeyib içməlidir. Ümumiyyətlə, bir qadından qan gəlsə, namaz və orucu saxlamalıdır. Əgər bu qan üç gün olmadan kəsilərsə, namazın son vaxtına qədər gözləməli, qan gəlsə, namaz qılmamalı, gəlməsə dəstəmaz alıb namazını qılmalıdır. Əgər yenə də qan gəlsə, namazı saxlamalıdır. Bu dəfə də qan kəsilsə, namazın son vaxtına kimi gözləməli, gəlməzsə, dəstəmaz alıb namazını qılmalıdır. Üç günə kimi belə davam etsə, qüsl lazım deyil, yalnız dəstəmaz kifayət edər. Qan üç gündən sonra kəsilsə, yenə namazın axırına qədər gözləməli, gəlməsə qüsl alıb namazını qılmalı, gəlsə, namazı dayandırmalıdır. Müqayisə üzrə, on gün keçdikdən sonra, qüsl alıb namazını qılmalıdır, qan gəlsə belə. Nifas da belədir, lakin hər kəsiləndə qüsl almaq lazımdır. Bir gündə kəsilsə də. Ramazanda əgər dan yeri ağarmadan kəsilsə, niyyət edib oruc tutmaq lazımdır. Əgər zöhrə qədər və ya əsrdən sonra yenə qan gələrsə, o gün oruc sayılmır. O günün qəzası tutulmalıdır.
Qadın düşük doğarsa, barmağı, saçı, ağzı və ya burnu bəlli olarsa, tam uşaq doğmuş kimi olur. Əgər heç bir yeri bəlli olmazsa, nifas olmaz. Lakin üç gün və ya daha artıq qan axarsa, hayz olur. Əgər hayzın kəsilməsindən on beş gün və ya daha artıq vaxt keçdikdən sonra uşaq düşsə, lakin qan üç gündən az müddətdə kəsilsə və ya hayz kəsildikdən on beş gün keçməmişdirsə, hayz hesab olunmur. Burun qanı kimidir. Namazı qılmaq və orucu tutmaq lazımdır. Əri ilə də yaxınlıq etməzdən öncə qüsl lazım deyildir.
[Böyük islam alimi Muhamməd Birgivi (rahmətullahi aleyh), qadınların hayz və nifas hallarını hənəfi məzhəbinə görə bildirən “Zuhr-ül-mütəəhhilin” adlı çox dəyərli bir kitab yazmışdır. Kitab ərəbcədir. Allaməi Şami seyyid Muhamməd Əmin ibni Abidin (rahimə-hullahü təala), bu kitabı genişləndirərək,“Mənhəl-ül-varidin” adını vermişdir. İmam Birgivi 981-ci [m. 1573] ildə taun xəstəliyindən vəfat etmişdir. Anadoluda Ödemişin Birgi qəsəbəsindədir. İbni Abidin 1252-ci [m. 1836] ildə Şam şəhərində vəfat etmişdir. “Mənhəl”də deyilir ki, hər müsəlman kişi və qadının elmihal öyrənməsinin fərz olduğunu fiqh alimləri sözbirliyi ilə bildirmişdir. Ona görə, qadınların və ərlərinin hayz və nifas bilgilərini öyrənmələri lazımdır. Ərləri qadınlarına öyrətməli, özləri bilmirsə, bilən qadınlardan öyrənmələrinə icazə verməlidir. Əri icazə verməyən qadının, ərindən icazəsiz gedib öyrənməsi lazımdır. Qadınlara məxsus olan bu bilgi indi unudulmuş, bilən din adamı demək olar ki, qalmamışdır. Zamanın din adamları hayz, nifas və istihazə (təmiz qan) qanlarını ayıra bilmirlər. Bunları geniş izah edən kitabları yoxdur. Kitabı olan da oxumaqda və anlamaqda acizdir. Çünki bu bilgiləri anlamaq çətindir. Halbuki, dəstəmaz, namaz, Qurani-kərim, oruc, həcc, həddi-buluğa çatmaq, evlənmək, boşanmaq, qadının iddət müddəti, istibra və bu kimi bir çox dini məsələlər üçün qan bilgilərini öyrənmək lazımdır. Bu bilgini yaxşı anlaya bilmək üçün ömrümün yarısını sərf etdim. Öyrəndiklərimi din qardaşlarıma qısa və aydın şəkildə anlatmağa çalışacağam:
“Hayz”, səkkiz yaşına çatmış sağlam bir qızdan və adət zamanının son dəqiqəsindən tam təmizlik keçən qadından gələn və ən az üç gün davam edən qana deyilir. Buna, “Səhih qan” da deyilir. Adət zamanından sonra başlayan on beş və ya daha çox gün ərzində heç qan gəlməzsə, əvvəli və sonrası hayz günləri olarsa, bu təmiz günlərə “Səhih təmizlik” deyilir. On beş və ya daha çox təmiz gündən əvvəl və ya sonra, yaxud iki səhih təmizlik arasında fasid (batil) qan günləri olarsa, bu günlərin hamısına “Hökmi təmizlik” və ya “Fasid təmizlik” (səhih olmayan təmizlik) deyilir. Qan gəlməyən on beş gündən az günlərə də “Fasid təmizlik” deyilir. Səhih təmizliyə və hökmü təmizliyə “Tam təmizlik” deyilir. Tam təmizlikdən əvvəl və sonra görülüb, üç gün davam edən qanlar iki ayrı hayz olur. Ağdan başqa hər rəngə və bulanıq olana Hayz qanı deyilir.
Bir qız hayz görməyə başladığı andan yetkin, yəni həddi-buluğa çatmış olur. Yəni qadın olur. Qan gəldiyi andan kəsildiyi günə qədər olan günlərin sayına “Adət zamanı” (aybaşı günləri) deyilir. Adət zamanı yəni aybaşı günləri müddəti ən çox on gün, ən az üç gündür. Şafii və Hanbəli məzhəblərində ən çoxu on beş, ən azı bir gündür.
Hayz qanının durmadan axması mütləq deyildir. İlk gələn qan kəsilib, bir neçə gün sonra təkrar gələrsə, aradakı üç gündən az olan təmizlik müddətində sözbirliyi ilə durmadan axmış kimi qəbul edilir. Üç gün və daha çox davam edən təmizlik, Hayzin onuncu günündən əvvəl bitərsə, imam Muhammədin (rahimə-hullahü təala) imam azam Əbu Hənifədən (rahimə-hullahü təala) rəvayət etdiyinə görə on gün ərzində davamlı axdığı qəbul edilir. İmam Muhammədin bildirdiyi başqa bir rəvayət də vardır. imam Əbu Yusifə (rahimə-hullahü təala) görə isə on beşinci gündən əvvəl bitən bütün təmizlik günlərində davamlı axdığı qəbul edilir. Bir qız bir gün qan, sonra on dörd gün təmizlik, sonra bir gün qan görsə və bir qadın bir gün qan, on gün təmizlik və bir gün qan görsə, və ya üç gün qan, beş gün təmizlik və bir gün qan görsə, imam Əbu Yusifə görə qızın ilk on günü hayz olur. Birinci qadının adət günü qədəri hayz olub, sonrakı günlərin hamısı istihazə olur. İkinci qadında doqquz günün hamısı hayz olur. İmam Muhammədin (rahimə-hullahü təala) birinci rəvayətinə görə yalnız ikinci qadının doqquz günü hayz olur. İkinci rəvayətinə görə yalnız ikinci qadının ilk üç günü hayz olub, digərləri hayz olmaz. Biz, kitabımızı “Mültəqa”dan tərcümə edərək, aşağıdakı bilgilərin hamısını imam Muhammədin birinci rəvayətinə görə yazdıq. Bir gün, tam 24 saat deməkdir. Evlənməmiş bakirə qadınların yalnız hayz zamanında, evli olanların isə hər zaman kürsüf adlanan bezdən və ya pambıqdan istifadə etməsi və ona ətir vurması müstəhəbdir. Kürsüfün hamısını cinsiyyət orqanının daxilinə tam salmaq məkruhdur. Parça üzərində aylarla hər gün qan ləkəsi görən qız, ilk on gün hayzlı, sonra iyirmi gün istihazəli qəbul edilir. “İstimrar” (davam edən) deyilən bu qan, kəsilənə qədər bu cür davam edər. Bir qız, üç gün qan görüb, bir gün görməsə, sonra bir gün görsə, iki gün görməsə, bir gün yenə görüb, bir gün görməsə, yenə bir gün gör-sə, bu on günün hamısı hayz olur. Hər ay, bir gün qan görsə, bir gün görməsə, bu minvalla on gün bir gündən bir görsə, gördüyü günlərdə namazı və orucu tərk edər. Ertəsi günlərdə qüsl alıb, namazlarını qılar [Məsaili şərhi viqayə]. Üç gündən, yəni 72 saatdan beş dəqiqə belə az olan, yeni başlayan üçün on gündən çox davam etdikdə, onuncu gündən sonra; yeni olmayanlarda adətdən çox olub, on günü də keçdikdə, adətdən sonrakı günlərdə gəlmiş olan; hamilə və ayisə [yaşlı] qadınlardan, doqquz yaşından kiçik qızlardan gələn qanlar hayz deyil. Buna, “İstihazə” və ya“Fasid qan” deyilir. Qadın 55 yaşlarında “Ayisə” olur. Aybaşı müddəti beş gün olan, günəşin yarısı doğunca qan görüb, on birinci səhər günəşin üçdə ikisi doğarkən qan kəsilsə, yəni on günü bir neçə dəqiqə keçmiş olsa, aybaşı müddəti sayılan beş gündən sonra gələnlər istihazə olur. Çünki günəşin doğma zamanının altıda biri qədər on günü və on gecəni keçmişdir. On gün tamam olduqda qüsl alıb, aybaşıdan sonrakı günlərdə qılmadığı namazları qəza edər.
İstihazə günlərindəki qadın, sidiyini saxlaya bilməyən və ya davamlı olaraq burnu qanayan şəxs kimi üzr sahibi olur. Namaz qılması və oruc tutması lazımdır və qan gələrkən belə, cinsi əlaqə caiz olur.
İmam Muhammədin bir sözünə görə, bir qız ömründə ilk dəfə olaraq bir gün qan görsə, sonra səkkiz gün görməsə və onuncu gün yenə görsə, on günün hamısı hayz olur. Lakin bir gün görsə, doqquz gün görməsə, on birinci gün yenə görsə heç biri hayz olmaz. Qan görülən iki gün istihazə olur. Çünki onuncu gündən sonra görülən qandan əvvəlki təmizlik günlərinin hayz sayılmadığı yuxarıda bildirilmişdi. Onuncu və on birinci günlər qan görsə, aradakı təmizliklər də on gün hayz sayılaraq on günə hayz, on birinci günü istihazə olur.
İstihazə qanı xəstəlik əlamətidir. Uzun zaman axması təhlükəli ola bilər. Həkimə müraciət etmək lazımdır. Qardaş qanı “Sanqdraqon” deyilən qırmızı saqqızı yumurlanıb, səhər-axşam bir qramı su ilə udulsa, qanı kəsər. Gündə beş qram içilə bilər. Bir qadının hayz və təmizlik müddəti çox vaxt hər ay eyni gün sayında olur. Bir ay dedikdə, bir hayzın başlanğıcından ikinci hayzın başlanğıcına qədər keçən müddət deməkdir. Hər qadının öz hayz və təmizlik günlərinin sayını və saatını, yəni aybaşı müddətini əzbərləməsi lazımdır. Aybaşı müddəti çox vaxt dəyişmir. Dəyişərsə, yeni hayz və təmizlik günlərini əzbərləmək lazımdır.
Aybaşı müddətinin dəyişməsini “Mənhəl” kitabı belə izah edir: Qadın əvvəlki aybaşısının vaxtına və gün sayına uyğun qan görsə, hayzının dəyişmədiyi aydın olur. Əvvəlkinə uyğun gəlməsə, hayzın dəyişdiyi anlaşılır ki, bunun növləri aşağıda bildirilmişdir. Bir dəfə uyğun gəlməsə, aybaşının dəyişdiyi qəbul edilir. Fitva da belədir. Aybaşısı beş gün olan, səhih təmizlikdən sonra altı gün qan görsə, bu altı gün yeni hayz müddəti olur. Təmiz günlərin də sayı dəyişir. O da dəyişdikdə, aybaşının vaxtı dəyişmiş olur. Aybaşısı beş gün qan və iyirmi beş gün təmizlik olan qadın, sonradan üç gün qan və iyirmi beş gün təmizlik görsə, yaxud beş gün qan və iyirmi üç gün təmizlik görsə, birincisində qan, ikincisində təmizlik sayı dəyişmiş olur. Bunun kimi, on günü keçərək fasid olan qan olarsa və bunun sondan üç və daha çox günü əvvəlki aybaşı günləri ilə üst-üstə düşərsə, əvvəlki aybaşının qalan son hissəsi yeni səhih təmizliklə üst-üstə düşərsə, aybaşı günləri ilə üst-üstə düşən günlər yeni aybaşı olur. Aybaşı müddəti dəyişmiş olur. Aybaşısı beş gün olduqda təmizlik sayı bitmədən yeddi gün əvvəl qan gəlsə və on bir gün davam etsə, bu qan on günü keçdiyi üçün fasid qandır. Bunun üç gündən artığı, yəni dörd günü əvvəlki aybaşı günləri içində olmaqda, əvvəlki aybaşının artan bir günü yeni səhih təmizlik içində olmaqdadır. Aybaşının müddəti dəyişməmiş, sayı dörd olmuşdur. Bu iki halda aybaşının dəyişməsini daha da açıqlayaq:
Əvvəlki sayından fərqli olan sonrakı qan günləri on gündən artıq olsa və onun üç və ya daha artıq günü əvvəlki aybaşı günləri içində olmazsa, aybaşının zamanı dəyişir. Sayı dəyişməyib, ilk görüldüyü gündən başlayar. Aybaşı müddəti beş gün olan qadın sonrakı ayda bu beş gündə heç qan görməyib və ya əvvəldən üç günündə görməyib, sonra on bir gün görsə, ilk görünən gündən başlayaraq, hayzı beş gün olub, vaxtı dəyişmiş olur. Üç və ya daha artıq qan günləri əvvəlki aybaşı günləri içində olarsa, yalnız bu günlər hayz olub, qalanı istihazə olur. Aybaşı müddətindən beş gün əvvəl qan görsə, aybaşı vaxtında görməsə və aybaşı müddətindən sonra bir gün görsə, aradakı beş təmiz gün imam Əbu Yusifə görə hayz olub, aybaşısı dəyişməz. Aybaşının son üç günü və sonra səkkiz gün qan görsə, onun ilk üç günü hayz olub, sayı dəyişmiş olur. Sonrakı qan günləri on günü keçməzsə və sonra səhih təmizlik olarsa, hamısı hayz olur. Sonrakı təmizlik fasid olsa, aybaşı dəyişməz. Aybaşı müddəti beş gün olan, altı gün qan, sonra on dörd gün təmizlik və bir gün qan görsə, aybaşısı dəyişməz. Yuxarıda bildirilənlərin yaxşı başa düşülməsi üçün aybaşı müddəti beş gün hayz və əlli beş gün təmizlik olan qadın üzərində on bir misal verək:
1-Bu qadın, beş gün hayz, on beş gün təmizlik və on bir gün qan görərsə, aybaşı qanı əlli beş gün sonra olduğu üçün qan əvvəlki aybaşı müddəti ilə üst-üstə düşməz. Aybaşının müddəti dəyişər, sayı dəyişməz. On bir günün ilk beşı də hayz olar.
2-Beş qan, qırx altı təmizlik və on bir qan olarsa, on bir günün son ikisi əvvəlki aybaşı müddəti içində olsa da, üçdən az olduğuna görə aybaşının sayı dəyişmir, yalnız vaxtı dəyişir.
3-Beş qan, qırx səkkiz təmizlik, on iki qan olsa, on iki günün yeddisi təmizlik və beşi aybaşı müddəti içində olub, heç dəyişiklik olmaz.
4-Beş qan, əlli dörd təmizlik, bir qan, on dörd təmizlik, bir qan olsa, ortadakı bir qan günü təmizliyin son günü olur. On dörd gün nakis (əskik, qüsurlu) təmizlik olduğundan qan günləri olur, onun əvvəlki beş günü hayz olur. Aybaşının müddəti və sayı dəyişmir.
5-Beş qan, əlli yeddi təmizlik, üç qan, on dörd təmizlik, bir qan olsa, üç qan aybaşı müddətindədir. Bundan sonrakı on dörd gün qan sayılıb, on bir günü ötdüyü üçün aybaşının yalnız sayı dəyişir.
6-Beş qan, əlli beş təmizlik, doqquz qan olsa, doqquz gündən sonra səhih təmizlik olarsa, doqquz gün hayz olur. Yalnız sayı dəyişir. Aybaşı vaxtında da, sonra da üç gündən çox gün vardır.
7-Beş qan, əlli təmizlik, on qan olsa, on gün hayzdır. Təmizlik müddəti əlli olmuşdur. Qan günləri aybaşı vaxtında və sayındadır.
8-Beş qan, əlli dörd təmizlik, səkkiz qan olsa, səkkiz gün Hayz olub, üç gündən artığı aybaşı müddəti içindədir. Hayz və təmizlik sayı bir gün dəyişmişdir.
9-Beş qan, əlli təmizlik, yeddi qan olsa, yeddi gün Hayz olub, bundan hayz miqdarı aybaşıdan öncə, üç gündən azı aybaşının içindədir. Hayzın vaxtı və sayı, təmizliyin isə yalnız sayı dəyişmişdir.
10-Beş qan, əlli səkkiz təmizlik, üç qan olsa, üç gün yenə Hayz olub, bunun iki günü aybaşı günlərinin içində, biri isə sonradır. Hayzın sayı və vaxtı, təmizliyin isə sayı dəyişmişdir.
11-Beş qan, altımış dörd təmizlik, yeddi və ya on bir qan olsa, birincisində yeddi gün Hayz olub, sayı və zamanı dəyişmişdir. İkinci halda on bir günün əvvəlindən beş günü Hayz olub, altı günü istihazə olur. Aybaşının yalnız vaxtı dəyişir. Sayı on günü keçdiyi üçün dəyişmir. Təmizliyin sayı dəyişir.
İmam Fahruddin Osman Zeylai (rahimə hullahü təala) “Təbyin-ül-hakaik” kitabında və Əhməd Şilbinin (rahimə-hullahü təala) haşiyəsində deyilir ki: “Qadın, aybaşısından bir gün əvvəl qan, on gün təmizlik, bir gün qan görsə, imam Əbu Yusifə görə (rahimə-hullahü təala) qan görmədiyi on gün ilə hayz başlayıb, adətə qədər davam edər. Yeni hayzın ilk və son günləri qansız olur. Çünki aybaşı müddətindən öncə və on gündən sonra qan görülmüş olub, aradakı fasid təmizlik qan sayılmaqdadır. İmam Muhammədə görə (rahimə-hullahü təala) bunun heç bir günü hayz olmaz. Aybaşısı beş gün qan və iyirmi beş gün təmizlik olan qadın:
1-Bir gün əvvəlcə qanlı, bir gün təmiz olsa, sonra qan davam etsə və on günü keçsə, Əbu Yusifə görə beş gün hayz olur. Əvvəlki və sonrakı günlər istihazə olur. İmam Muhammədə görə, aybaşısı ilə üst-üstə düşən üç qanlı gün hayz olur. Bunlar da aybaşının ikinci, üçüncü, və dördüncü günləridir. Çünki aybaşının birinci günü qan görülməmişdir. Qan gələn günlərin beşinci günü isə aybaşıdan kənardır.
2-Aybaşının birinci günü qan gəlsə, sonra bir gün təmizlik olsa, sonra qan davam edərək on günü ötsə, söz birliyi ilə beş gün hayz sayılır. Çünki ilk və son günlər qan gəlmişdir.
3-Aybaşının ilk üç günü qan gəlsə, digər iki gün təmiz olsa, sonra qan davam edərək on günü ötsə, Əbu Yusifə görə aybaşı müddəti olan beş gün hayzdır. İmam Muhammədə görə aybaşının ilk üç günü hayzdır. Çünki imam Muhammədə görə hayzın ilk və son günlərində qanın olması lazımdır.”
“Bahr” və “Dürr-ül-müntəqa”da deyilir ki, qan aybaşı müddətini ötüb, on gündən əvvəl kəsilərsə, kəsildikdən sonra on beş gün ərzində heç gəlməzsə, artıq gəldiyi günlərin hayz olduğu söz birliyi ilə bildirildi. Bu təqdirdə, aybaşı günü dəyişmiş olur. On beş gün və gecə içində bir dəfə qan gələrsə, aybaşı müddətini aşmış olanlar hayz deyil, istihazə olar. İstihazə olduqları anlaşıldıqda, o günlərdə qılınmayan namazlar qəza edilər. Aybaşı müddətindən sonra və on gündən öncə kəsildiyi namaz vaxtının sonu yaxınlaşana qədər gözləmək müstəhəbdir. Sonra qüsl alıb o vaxtın namazı qılınır. Bundan sonra cinsi əlaqə caiz olur. Namaz vaxtının sonunu gözləyərkən qüsl və namaz qaçırılarsa, namaz vaxtı çıxdıqda, qüslsüz cinsi əlaqə caiz olur.
Qızda ilk olaraq və qadında aybaşısından on beş gün sonra görülən qan üç gündən tez kəsildikdə, namaz vaxtının sonu yaxınlaşana qədər gözləmək lazımdır. Sonra qüsl almadan yalnız dəstəmaz alınıb, o namaz qılınmalı və əvvəl qılınmayanlar qəza edilməlidir. O namazı qıldıqdan sonra yenə qan gələrsə, namaz qılınmaz, yenə kəsilərsə, vaxtın sonuna doğru yalnız dəstəmaz alınıb o namaz qılınar və qılınmayanlar varsa, qəza edilər. Üç gün tamam olana qədər belə davam edər. Lakin qüsl alınsa belə, cinsi əlaqə halal olmaz.
Qan gəlməsi üç günü keçərsə, aybaşı müddətindən əvvəl kəsildikdə, aybaşı vaxtı keçənə qədər qüsl alınsa belə, cinsi əlaqə halal olmaz. Lakin namaz vaxtının sonuna qədər qan ləkəsi görülməzsə, qüsl alınıb o namaz qılınar. Qılınmayanlar qəza edilər, oruc tutular. Qan kəsildiyi gündən sonra on beş gün ərzində heç gəlməzsə, kəsildiyi gün yeni aybaşının sonu olur. Lakin qan yenə başlarsa, namazı saxlamalı, tutmuş olduğu orucu Ramazandan sonra qəza etməlidir. Qan dayanarsa, yenə namaz vaxtının sonuna yaxın qüsl alıb namaz qılınar, oruc tutular. On gün belə davam edər. On gündən sonra qan gəlsə də təkrar qüsl alınmadan namaz qılınar və qüsldən əvvəl cinsi əlaqə halal olar. Lakin cinsi əlaqədən əvvəl qüsl almaq müstəhəbdir. Dan yeri ağarmadan əvvəl qan kəsilsə, dan yerinin ağarmasına yalnız qüsl alıb paltarını geyəcək qədər vaxt qalsa, “Allahü Əkbər” deyəcək qədər əlavə vaxt qalmasa, o günün orucu tutular. Lakin İşa namazını qəza etmək lazım olmaz. Təkbiri söyləyəcək qədər də zaman olarsa, İşanı qəza etmək də lazımdır. İftardan əvvəl hayz başlarsa, oruc pozulur. Ramazandan sonra qəza etmək lazımdır. Namaz içində hayz başlarsa, namaz pozulur. Təmizləndikdə fərz namaz qəza edilmir, nafilə edilir. Dan yeri ağardıqdan sonra oyandıqda bezində qan görən o anda hayzlı olur. Oyandıqda bezini təmiz görənin yatarkən hayzı bitmişdir. Hər ikisinə İşa namazını qılmaq fərzdir. Çünki namazın fərz olması vaxtının son dəqiqəsində təmiz olmağa bağlıdır. Vaxt namazını qılmadan öncə hayzı başlayan, bu namazı qəza etməz.
İki hayz arasında “Tam təmizlik” olmalıdır. Bu tam təmizlik “Səhih təmizlik”dirsə, əvvəlki və sonrakı qanların ayrı iki hayz olduqları söz birliyi ilə bildirildi. On günlük hayz müddəti içində qan gələn günlər arasında olan təmizlik günləri hayz qəbul edilir, on gündən sonrakı istihazəli günlər isə təmiz qəbul edilir. Bir qız üç gün qan görüb sonra on beş gün kəsilsə, sonra bir gün qan, bir gün təmizlik, daha sonra üç gün qan görsə, qan görülən ilk və son üç günlər iki ayrı hayz olur. Çünki aybaşısı üç gün olduğundan, ikinci hayz aradakı bir günlük qandan başlaya bilməz. Bu bir gün əvvəlki tam təmizliyi fasid edər. Molla Husrəv (rahimə-hullahü təala) “Qurər”inin şərhində deyir ki: “Bir qız, bir gün qan, on dörd gün təmizlik, bir gün qan, səkkiz gün təmizlik, bir gün qan, yeddi gün təmizlik, iki gün qan, üç gün təmizlik, bir gün qan, üç gün təmizlik, bir gün qan, iki gün təmizlik, bir gün qan görsə, imam Muhammədə görə (rahimə-hullahü təala) bu qırx beş gündən yalnız on dörd gündən sonrakı on gün hayz olub, digərləri istihazə olar.” Çünki bu on gündən sonra tam təmizlik olmadığı üçün yeni hayz başlaya bilməz. Sonrakı təmiz günlər hayz zamanında olmadıqları üçün davamlı axan kimi qəbul edilə bilməz. “İmam Əbu Yusifə görə (rahimə-hullahü təala) isə ilk on gün və iki tərəfi təmizlik olan dördüncü on gün hayz olur.” Çünki sonrakı fasid təmizlik günləri imam Əbu Yusifə görə davamlı axdı qəbul edilir. Aşağıdakı birinci maddəyə görə, on gün hayzdan sonra iyirmi gün təmizlik, sonra on gün [dördüncü on gün] hayz olur.
On beş gün içində heç təmiz gün olmadan qan “İstimrar”, (yəni durmadan davam etmək) edərsə, aybaşıya görə hesablanır. Yəni aybaşıdan sonra başlayaraq, əvvəlki ay içindəki təmizlik günü qədər təmizlik və sonra aybaşı qədər hayz qəbul edilir.
İstimrar qızda olarsa, “Mənhəl-ül-varidin” risaləsində bunun dörd cür olduğu bildirilmişdir:
1-Görülən qan istimrar edərsə, ilk on gün hayz, sonra iyirmi gün təmiz qəbul edilir.
2-Qız səhih qan və səhih təmizlik gördükdən sonra istimrar edərsə, bu qız aybaşısı bəlli olan qadın olur. Məsələn, beş gün qan görsə, sonra qırx gün təmiz olsa, istimrar başladıqdan beş gün hayz, sonra qırx gün təmiz qəbul edilir. Qan kəsilənə qədər belə davam edir.
3-Fasid qan və fasid təmizlik görərsə, heç biri aybaşı qəbul edilmir. Təmizlik on beş gündən az olduğu üçün fasiddirsə, ilk görülən qan istimrar etmiş kimi qəbul edilir. On bir gün qan və on dörd gün təmiz olsa, sonra istimrar etsə, birinci qan on günü keçdiyi üçün fasiddir. On birinci və istimrarın ilk beş qan günləri təmizlik günləri olub, bu beşinci gündən sonra on gün hayz, iyirmi gün təmizlik olmaq üzrə davam edir. Təmizlik tam olub, qanlı gün qarışdığı üçün fasid olarsa, belə fasid təmizlik ilə qan günlərinin cəmi otuzu keçməzsə,yenə ilk qan istimrar etmiş kimi qəbul edilir. On bir gün qan və on beş gün təmizlikdən sonra istmrar etməsi də bu cürdür. On altı günün ilk günü qanlı olduğu üçün fasid təmizlikdir. İstimrarın ilk dörd günü təmizlik olur. Cəmi otuzu aşarsa, ilk on gün hayz olub, sonra istimrara qədər olan günlərin hamısı təmiz qəbul edilib, istimrardan sonra on gün hayz, iyirmi gün təmiz olaraq davam edər. On bir gün qan, sonra iyirmi gün təmizlikdən sonra istimrar etmək də bura aiddir.
4-Səhih qan və fasid təmizlik görərsə, səhih qan günləri aybaşı olur. Sonra otuz günə qədər təmizlik qəbul edilir. Məsələn, beş gün qan və on dörd gün təmizlikdən sonra istimrar etsə, ilk beş gün qan və bundan sonra iyirmi beş gün təmiz olur. Bu iyirmi beş günü tamamlamaq üçün istimrarın ilk on bir günü təmiz qəbul edilir. Bundan sonra beş günü hayz, iyirmi beş günü təmiz olaraq davam edir. Bunun kimi üç gün qan, on beş gün təmizlik, bir gün qan və sonra on beş gün təmizlikdən sonra istimrar etsə, ilk üç gün səhih qan və sonra istimrara qədər olan günlərin hamısı fasid təmizlik olub, üç gün hayz, sonra otuz bir gün təmiz olur. İstimrar zamanında isə üç gün hayz, sonra iyirmi yeddi gün təmiz olaraq davam edir. İkinci təmizlik on dörd gün olsaydı, imam Əbu Yusifə görə davamlı axan kimi qəbul ediləcəyindən, bunun ilk iki günü də hayz, sonra on beş gün təmizlik olmaqla davam edir. Çünki ilk üç gün qan və on beş gün təmizlik səhih olduqları üçün aybaşı qəbul edilirlər.
Aybaşı vaxtını unudan qadına “Muhayyirə” və ya “Dallə” deyilir.
“Nifas”, zahılıq deməkdir. Əlləri, ayaqları, başı bəlli olan uşaq düşükdə gələn qan da nifasdır. Nifas müddətinin azı yoxdur. Qan kəsildiyi vaxt qüsl alınıb namaza başlanır. Lakin aybaşı müddəti qədər gün keçmədən cinsi əlaqəyə girmək olmaz. Ən çox müddəti qırx gündür. Qırx gün tamam olduqda qan kəsilməsə də qüsl alınıb namaza başlanır. Qırx gündən sonra gələn qan istihazə olur. Birinci uşaqda iyirmi beş gündə təmizlənən qadının nifas müddəti iyirmi beş gün olur. Bu qadının ikinci uşağında qırx beş gün qan gəlsə, nifası iyirmi beş gün sayılıb, iyirmi günü istihazə hesab olunur. İyirmi günlük namazlarını qəza edər. Bu halda nifas gününü də yadda saxlamaq lazımdır. İkinci uşaqda qan qırx gündən əvvəl, məsələn, otuz beş gündə kəsilərsə, bunun hamısı nifas olur və nifas müddəti iyirmi beş gündən otuz beş günə dəyişmiş olur.
Ramazanda sahurdan [yəni dan yeri söküləndən] sonra hayzdan və ya nifasdan kəsilən, o gün yeməz, içməz. Lakin o günü qəza edər. Hayz və nifas sahurdan sonra başlarsa, əsrdən sonra da olsa, həmin gün yeyər, içər.
Hayz və nifas günlərində namaz, oruc, məscidə girmək, Qurani-kərim oxumaq və tutmaq, təvaf, cima (cinsi əlaqə) dörd məzhəbdə də haramdır. Bu günlərdə tutulmayan oruclar qəza edilir, namazlar isə qəza edilmir, əfv edilir. Hər namaz vaxtında dəstəmaz alıb, səccadə üzərində o namazı qılacaq vaxt qədər oturub, zikr, təsbeh edən ən yaxşı qıldığı bir namazın savabını qazanar.
“Cevhərə” kitabında buyrulur ki, qadın hayz başladığını ərinə bildirməlidir. Əri soruşduqda bildirməzsə, böyük günah olar. Təmiz ikən hayz başladığını da deməsi böyük günahdır. Peyğəmbərimiz (sallallahü aleyhi və səlləm): “Hayzın başladığını və bitdiyini ərindən gizlədən qadın məlundur” buyurmuşdur. İstər hayzlı, istərsə də təmiz ikən qadına arxadan (anal) yaxınlaşmaq haramdır. Böyük günahdır. Zövcəsinə belə yaxınlaşan məlundur. Kişinin kişi ilə əlaqəsi daha böyük günahdır. Buna “Livata” deyilir. Ənbiya surəsində də livata haqqında “pis işdir” buyurulur. Kadizadənin “Birqivi” şərhində Peyğəmbərimiz (sallallahü aleyhi və səlləm) “Lut qövmü kimi livata edənləri günah işləyərkən yaxalasanız, ikisini də öldürün” buyurdu. Bəzi alimlər hər ikisinin də yandırmaq lazım olduğunu dedi. Livata edənlərin hər ikisi cünub olur. İmalə edildikdə cünub olmasa da, oruc pozulur. (Feyziyyə)]
Namaz vaxtı içində namaz qılmadan əvvəl qadında aybaşı başlarsa, o vaxtın namazını qəza etmək lazım deyil. [”Səadəti Əbədiyyə” kitabında qüsl mövzusunu oxuyun!]
В корзине: 0 шт.
на сумму: 0