Facebook Twitter WhatsApp

Heyzin [Aybaşının, adətin] dəyişməsi

Qayda: Aybaşı zamanı dəqiq bilinən, məsələn, 5 gün olan qadın bir dəfə başqa sayda, məsələn, 7 gün səhih qan gördükdə adəti 7 gün olaraq dəyişmiş olur. 
Bu dəyişmələr, ən çox on günə qədər olur. 11 və ya daha çox qan davam edərsə, öncəki aybaşıdan (adətdən) artığı üzrlü olur. Təmizlik sayı da bir dəfə başqa sayda, məsələn, 20 gün ikən 25 günə çıxar və ya ən az 15 günə enərsə təmizlik günü dəyişmiş olar. On günlük heyz müddəti içərisində qan görülən günlər arasında olan təmizlik günləri fasid təmizlik olduğu üçün heyz qəbul edilir, on gündən sonrakı qanlı günlər isə fasid olduğu üçün təmiz qəbul edilir. 

Qayda: Yeni heyzdəki qan müddəti 10 günü keçərsə və bunun 3 və ya daha çox günü öncəki adət zamanı günlərinə təsadüf etməzsə, adət zamanı dəyişir, ancaq gün sayı dəyişməz. 
Adət zamanına təsadüf edərsə, rastladığı gün sayı heyz, qalanı istihazə olar. 3 gündən [72 saatdan] 5 dəqiqə belə az davam edən qan heyz olmaz. Yeni başlayan üçün 10 gündən çox davam edərsə, 10 günü heyz, artığı istihazə olur. Yeni olmayanlarda adətdən çox olub, 10 günü də ötərsə, adətdən sonrakı günlərdə gəlmiş olan qan heyz olmaz, istihazə olar. Qan adət müddətini ötüb, 10 gündən əvvəl kəsildikdə, səhih təmizlik görsə, yəni qan kəsildikdən sonra 15 gün içərisində heç gəlməzsə, qan gəldiyi günlər heyzdir, adət günü dəyişmiş olur. 15 gün içində bir dəfə qan gələrsə, adətini ötmüş olanlar heyz olmaz, istihazə olur. 

Qayda: Fasid qan və fasid təmizlik  adəti dəyişdirməz. 
Məsələn: 
Adəti gün olan qadın 10 gündən çox, məsələn, 13 gün qan görsə, adəti olan 5 gündən çox olan günü istihazə, yəni üzrlü olur, adəti dəyişməz, yenə 5 gündür. Səhih təmizliyi 20 gün olan bu qadın, 13 gün qan gördükdə, səhih təmizliyinin içərisinə 8 gün fasid qan qarışmışdır. 20 günlük səhih təmizlik, fasid təmizlik halına dönmüşdür, adəti yenə 5 gün, təmizliyi də 20 gündür.

Bir qadın, ümumiyyətlə 10 günü keçməmək və 3 gündən az olmamaq şərti ilə bir öncəki adətinin sayına uyğun qan görməzsə adəti dəyişir. Məsələn,  adəti 6 olan, 7-yə, 8-ə, 9-a və ya 10-a yüksələrsə, yaxud 5-ə, 4-ə və ya 3-ə enərsə adət sayı dəyişir.
Adəti 10 gündən az olanlar: 
Qayda: Adəti 5 gün olan, səhih təmizlikdən sonra 6, 7 , 8 , 9 və ya 10 gün qan gəlsə, sonra təkrar səhih təmizlik görərsə, qan gördüyü günlər yeni heyz olur. Yəni, öncəki adəti 5 gün ikən, yeni adəti qan gördüyü gün qədər olur. 
Misallar:
1) 5
 qan və 25 təmiz olan adət zamanında 3 gün qan gəlsə, adət sayı ikən olur. 

2) 5 qan və 25 təmiz olan 26 təmiz 4 qan görsə, adəti dəyişərək 4 gün olur. 
3) 5 qan və 25 təmiz olan 6 qan olarsa, 6 gündən sonra 15 gün təmizlik olarsa adəti 6 günə; 7 qan olarsa adəti 7 günə; 8 qan olarsa adəti 8 günə; 9 qan olarsa adəti 9 günə; 10 qan olarsa adəti 10 günə çıxar. Yəni, on günə qədər neçə gün qan görülərsə adəti o qədər gün olar. Təmizlik müddəti də 25-dən 15-ə düşər.
4) 5 qan və 55 təmiz olan  5 qan, 64 təmiz, 7 qan görsə, 7-si heyzdir. 
5) 6 qan, 24 təmiz olan 27 təmiz, 9 qan görsə və 15 gün təmiz olsa, 9 günün hamısı heyzdir. 
Adəti 10 gündən çox olanlar:
Qayda : Adəti 10 gündən çox olan qadın istihazəli yəni üzrlü deməkdir. Çünki adətin ən uzun müddəti 10 gündür. Heyzinin neçə gün olduğunu təyin etmək üçün bir öncəki aydakı təmizlik müddəti və adət sayını bilmək şərtdir. 
Misallar: 
Adəti 24 gün təmiz, 6 gün qan olan,
1) 29
 təmiz, 12 qan görsə, adəti yenə gündür, son 6-sı istihazədir. Təmizlik müddəti 29 olur.


2) 30
 təmiz, 11 qan görsə, adəti yenə gündür, son 5-i istihazədir. Təmizlik müddəti 30 olur.

3) 21 təmiz, 13 qan görsə, adəti yenə gündür, əvvəldən 3, sondan 4 qanlı gün istihazədir.
4) 28 təmiz, 12 qan görsə, bunun 2 günü öncəki adət zamanına təsadüf edər. 3-dən az olduğu üçün, ilk 6 günü heyz, geri qalan 6 günü istihazə olur. Təmizlik müddəti 28-ə çıxar.
5) 29 təmiz, 11 qan görsə, adəti dəyişməz, yenə adəti 6 gün olur, son günü də istihazədir.
6) 30 təmiz, 13 qan görsə, adəti yenə gündür, son günü də istihazədir. 
7) 31 təmiz, qan, 3 gün təmiz, 7 qan görsə, öncəki adəti 6 gün olduğu üçün, 2 qanlı, 3 təmiz və qanlı olan 7 günün 1-ci günü daxil olmaqla, adəti yenə 6 gündür. 7 qanlı günün son 6-sı istihazədir. Yəni, cəmi 12 günün ilk 6-sı heyz, son 6 günü isə istihazədir.
8) 33 təmiz, 6 qan, 2 təmiz, 3 qan görsə, adəti yenə 6 gün olur. 3 qanlı gün istihazədir. 
9) 34 təmiz 7 qan, 1 təmiz, 4 qan görsə, adəti yenə gündür, sonrakı qanlar istihazədir. 
10) 35 təmiz, 2 qan, 3 təmiz, 7 qan görsə, 2 qanlı, 3 təmiz və qanlı olan 7 günün 1-ci günü daxil olmaqla, adəti yenə 6 gündür. Sonuncu 6 qanlı günlər istihazədir. 
11) 36 təmiz, 7 qan, 2 təmiz, 3 qan görsə, adəti yenə 6 gün olur, sonrakı qanlar istihazədir. 
12) 37 təmiz, 8 qan, 2 təmiz, 4 qan görsə, adəti yenə 6 gün olur, sonrakı qanlar istihazədir.
10 günü ötənlərlə bağlı müxtəlif misallar:
5 gün qan, 25 gün təmiz ikən,
1)
 Yenə 5 qan, 25 təmiz olan, öncəki adət günündən başlayaraq qan axıb 10 günü ötüb davam etsə, öncəki adəti qədər 5 gün heyz, digərləri istihazə olur. Çünki qan, öncəki adət günlərinə rast gəlmişdir. Qan fasiləsiz axarsa, bu qanlı günlərin 25-i təmiz, günü heyz qəbul edilir.

2) 26-cı gün qan görsə, 27-ci gün təmiz, sonra qan axıb 10 günü ötərək davam etsə, öncəki adəti qədər 5 gün heyz, digərləri istihazə olar. Çünki öncəki adətinin ilk və son günləri qanlıdır. Qan axmağa davam edərsə, bu qanlı günlərin 25-i təmiz, günü heyz qəbul edilir.
3) 26, 27, 28-ci günləri qan görsə, 29  30-cu günü təmiz olsa, sonra axıb, 10 günü ötərək davam etsə, öncəki adətinin ilk 3 günü heyzdir. Çünki qanlı gün heyzinin üç gününə rast gəlmişdir. Sonra qan axmağa davam etsə, kəsilənə qədər qanlı günlərin 25-i təmiz, 3-ü heyz qəbul edilir.
4) 26-cı gün qan, 27 və 28-ci günlər təmiz, 29  30-cu günləri qan görsə, 31  32-ci gün təmiz olsa, sonra fasiləsiz axsa, heyzi yenə 5 gün olur. Çünki heyzin ilk və son günləri [26 və 30] qanlıdır. Qan belə axmağa davam edərsə, qanlı günlərin 25-i təmiz, 5-i heyz qəbul edilir.
5) 26
 və 27-ci günləri qan, 28 və 29-cu günləri təmiz, sonra qan gün təmiz sonra qan axmağa davam etsə, adəti dəyişməz, yenə 5 gündür. Çünki, heyzin ilk və son günləri qanlıdır.

6) 26 və 27-ci günləri təmiz, 28, 29  30-cu günləri qan görsə, təmizlikdən sonra fasiləsiz axmağa davam etsə, adəti gün olur. Bu vəziyyətdə davam edərsə, 27 günü təmiz 3 günü heyz qəbul edilir.
7) 26-cı gün qan, 27-ci gün təmiz, 28-ci gün qan, 29-cu gün təmiz və 30-cu gündən sonra axmağa davam etsə, adəti dəyişməz, ilk 5 günü heyz, ondan sonrakı günlər istihazə olar.
Adəti 5 qan və 55 gün təmiz olarsa,
1) 5
 qan, 15 təmiz və 11 qan görsə, öncəki adəti içərisində qana təsadüf etməz. Adətin sayı dəyişməz. 11 günün ilk 5-i heyz, geri qalan 6 gün istihazədir. Təmizlik də 15 günə enər.

2) 46 təmiz, 11 qan görsə, 11 günün son ikisi, öncəki adət müddəti içərisində isə də 3-dən az olduğundan sadəcə adət müddəti dəyişir. İlk 5 günü heyz, geri qalan 6-sı istihazədir.
3) 47 təmiz, 12 qan görsə, bu 12 qanın 8-i öncəki təmizlik və 4-ü adət günləri içərisindədir, adəti gün olur. Geri qalan 8 gün istihazədir. 
4) 48 təmiz, 12 qan görsə, 12 günün 7-si təmizlik və 5-i öncəki adət içərisindədir, adəti yenə 5 gündür. İlk 7 günü görülən qan istihazədir.

5) 49
 təmiz, 11 qan görsə, 11 günün 6-sı təmizlik və 5-i öncəki adət içərisindədir, adəti yenə 5 gündür. Qan görülən ilk 6 gün istihazədir. 

6) 50 təmiz, 11 qan görsə, 51-55-ci gün arasındakı 5 gün ilə son 1 gün yəni 61-ci gün istihazə, öncəki adət müddətinə təsadüf edən 56-dan 60-cı günə qədər olan [60-cı gün də daxil olmaqla] 5 gün heyzdir. 
7) 51 təmiz, 12 qan görsə, 12-nin 4-ü əvvəldən, 3-ü sondan daxil olmaqla 7-si öncəki təmizlik müddəti və 5-i də öncəki adət müddəti içərisindədir, adəti yenə 5 gündür.
8) 52 təmiz, 11 qan görsə, 11-in 3-ü əvvəldən, 3-ü sondan daxil olmaqla 6-sı öncəki təmizlik müddəti və 5-i də öncəki adət müddəti içərisindədir, adəti yenə 5 gündür.
9) 53 təmiz, 12 qan görsə, 12-nin 2-si əvvəldən, 5-i sondan daxil olmaqla 7-si öncəki təmizlik müddəti və 5-i de öncəki adət müddəti içərisindədir, adəti yenə 5 gündür.
10) 55 təmiz, 11 qan görsə, ilk 5-i heyzdir, çünki öncəki adəti 5 gün idi. 6-sı istihazədir. Adətin yalnız vaxtı dəyişir, sayı dəyişməz. Təmizlik yenə 55 gün olur.
11) 54 təmiz, 12 qan görsə, yenə heyz günü köhnə adətinə uyğun olaraq 55 gündən sonra başlayar, 5 gün heyz olur. Əvvəldən 1, sondan 6 gün istihazə olur. Təmizlik yenə 55 gün olur.
12) 56 təmiz, 11 qan görsə, görülən qanın günü, öncəki adət müddətinə təsadüf etdiyi üçün, ilk 4 gün yeni adəti olurSondan 7 günü də istihazədir. 
13) 48 təmiz 11 qan görsə, 4 günü öncəki heyzinin içində olduğu üçün yeni adəti 4 gün olur. Əvvəldən 7 gün istihazədir.
14) 59 təmiz, 11 qan görsə, ilk 5-i heyzdir, çünki öncəki adəti 5 gün idi. 6-sı istihazədir. 
15) 65 təmiz, 13 qan görsə, ilk 5-i heyzdir, çünki öncəki adəti 5 gün idi. 8-i istihazədir. 
16) 62 təmiz, 12 qan görsə, ilk 5-i heyzdir, çünki öncəki adəti 5 gün idi. 7-si istihazədir. 
17) 63 təmiz, 14 qan görsə, ilk 5-i heyzdir, çünki öncəki adəti 5 gün idi. 9-u istihazədir. 
18) 20 təmiz, 13 qan görsə, ilk 5-i heyzdir, çünki öncəki adəti 5 gün idi. 8-i istihazədir. Təmizlik də 20 günə enər. Adətin yalnız zamanı dəyişir, sayı dəyişməz. Təmizlik də dəyişir. 
19) 64 təmiz, 11 qan görsə, ilk 5-i heyzdir, çünki öncəki adəti 5 gün idi. 6-sı istihazədir. Adətin yalnız zamanı dəyişir, sayı dəyişməz. Təmizliyi də 55 ikən 64 gün olur.
Yeni adəti öncəki adətinə təsadüf edənlər:
Qayda: On gündən
çox qan görüb, 3 və ya daha çox qan günləri, öncəki adət günləri içərisinolarsa, yalnız bu günləri heyz olub, qalanı istihazə olur. 

Məsələn: 25 təmiz, 5 qan ikən, 26 təmiz, 11 qan görsə, ilk 4 günü heyz, son 7 günü də istihazə olur.
Qayda: Yeni heyzi 10 günü keçərək istihazə olarsa və bunun 3 və ya daha çox günü öncəki adəti olan günlərinə təsadüf edib və öncəki adətinin qalan son günləri yeni səhih təmizli təsadüf edərsə, adəti olan günlərə təsadüf edən günlər, yeni adəti olur. 
Misall
ar:
1) 5
 qan, 25 təmiz olan, 18 təmiz, 11 qan görsə, bunun 3 gündən artığı, yəni 4 günü, öncəki adətinə təsadüf etdiyi üçün, adəti 4 gün olur. Əvvəldən ilk 7 günü istihazədir.

2) 6 qan 24 təmiz olan, 18 təmiz, 11 qan görsə, 5 qan, 6 günlük öncəki adət zamanı içərisində təsadüf etdiyi üçün yeni adəti son 5 gün olur, ilk 6 günü istihazədir. Əgər, 11 yerinə 12 qan görsə, yeni adəti, adət zamanına təsadüf edən son 6 gündür. Qan müddəti 10 günü keçdiyi üçün ilk 6 qan istihazədir.
3) 5 qan, 25 təmiz olan, 27 təmiz, 12 qan görsə, qanlı günlərdən 3-ü adətinin içərisndə təsadüf etdiyi üçün adəti 3 günə enər. Sonrakı 9 qanlı gün istihazə olur. 
4) 6
 qan, 25 təmiz olan, 27 təmiz, 12 qan görsə, qanlı günlərdən 4-ü öncəki adətinin içərisində olduğu üçün yeni adəti 4 günə enər. Sonrakı 8 qanlı gün istihazə olur.

Öncəki adət zamanına təsadüf etməyənlər: 
Qayda: Öncəki sayından fərqli olan sonrakı qan günləri, 10 gündən çox olur və bunun 3 və ya daha artıq günü, öncəki adət günləri içərisində olmazsa; adətin zamanı dəyişir, sayı dəyişməz, ilk görüldüyü gündən başlayar. 
Misallar:
1) 24
 təmiz, 5 qan olan, 27 təmiz, 11 qan görsə, öncəki adətinə gün təsadüf etdiyi üçün adəti yenə gündür, təmizlik müddəti də 27-yə qalxar. 11 qanın ilk 5-i adət, 6-sı istihazədir. 

2) 5 qan, 20 təmiz olan, 23 təmiz, 12 qan görsə, bunun 2-si öncəki adət zamanına təsadüf edər. Bu da, 3-dən az olduğu üçün, ilk 5-i heyz, 7-si istihazə olur. Təmizlik də 23-ə qalxar.
3) Adəti 25 təmiz 5 heyz olan bir qadın, 28 təmiz 12 qan görsə, yəni, adət zamanının başdan 3 günündə görməyib, sonra 12 gün görsə; ilk görülən gündən başlayaraq heyzi yenə 5 gün olub, təmizlik müddəti dəyişmiş olur.
4) 35 təmiz, 5 qan olan, 38 təmiz, 12 qan görsə, adəti yenə gündür. Təmizlik 38-ə qalxar. 
Qızlarda Heyzin Başlanması
1)
 Bir qız, 3 qan, 15 təmiz, 1 qan, 1 təmiz, 3 qan görsə, qan görülən ilk 3 gün ilə, son 3 qanlı gün, 2 ayrı heyz olur. Çünki, adəti 3 gün olacağına görə, ikinci heyz, aradakı 1 qandan başlaya bilməz. Bu 1 gün istihazə olur.

2) Bir qız, 3 qan, 1 təmiz, 1 qan, 2 təmiz, 1 qan, təmiz, qan görsə, bu 10 günün hamısı heyz olur. Əgər onuncu gündən sonra, məsələn 12-ci gün qan görsə, bu qızın heyzi ilk gördüyü 3 gün olur, digər günlər istihazə olur. Əgər ilk gördüyü qan 5 olsaydı, adəti 5 gün olardı.
3) Bir qız, ilk dəfə, 1 qan, 8 təmiz və 1 qan görsə, 10 günün hamısı heyz olur. Ancaq, 1 qan, 9 təmiz və 1 qan görsə, heç biri heyz olmaz. Qan görülən iki gün istihazə olur. Çünki, onuncu gündən sonra görülən qandan öncəki təmizlik günləri, heyz sayılmaz.
İstimrarlı Hallar
Qızda istimrar 4
cür olur:
1) Qayda: İlk görül
ən qan axmağa davam edərsə, yəni heç kəsilmədən fasiləsiz gündə bir damla olsun axarsa, ilk 10 gün heyz, sonra 20 gün təmiz qəbul edilir. 
2) Qayda: Qız səhih qan v
ə səhih təmizlikn sonra müəyyən bir vaxt ərzində qan kəsilmədən axarsa, bu qız adəti müəyyən olan qadın olur. 

Misallar:
a)
 Bir qızın adəti 5 qan, 40 təmiz olan, qan kəsilmədən axsa, 5 günü heyz, 40 günü istihazə qəbul edilir. Qan kəsilənə qədər belə davam edər, yəni qanlı günlərin 5-i heyz, 40-ı istihazə olur. 

b) Bir qızın adəti, 7 qan, 20 təmiz olan, yenə qan və 20 təmiz olsa, sonra qan axmağa davam etsə, bu qanlı günlərin 20-si istihazə, 7-si heyz qəbul edilir.
c) Bir qızın adəti, 3 qan 27 təmiz olan, yenidən adəti görməyə başlayınca qan kəsilmədən, fasiləsiz axsa, qan 11 gün axınca, dərhal qüsul alıb namaz qılar. Qan kəsilənə qədər, qanlı günlərin 3-ü heyz, 27-si istihazə olur. 
3) Qayda: Fasid qan və fasid təmizlik görsə, ikisi də adət qəbul edilməz. Bu da iki cür olur: 
a) Təmizlik 15 gündən az olduğu üçün fasiddirsə:
İlk görülən qan fasiləsiz axmış kimi qəbul edilir. Məsələn11 qan və 14 gün təmiz olsa, sonra kəsilmədən axsa, birinci qan, 10 günü ötdüyü üçün fasiddir. 11-ci və istimrarın ilk 5-ci qan günləri təmizlik günləri olub, bu 5-ci gündən sonra, qanlı günlərin 10 günü heyz, 20 günü təmiz qəbul edilərək davam edər. Açıqlama: Ümumiyyətlə, bir ay 30 gün qəbul edilir. 30 günün 10 günü heyz olduqda, 20 günü də təmiz, yəni istihazədir. Qan kəsilincəyə qədər belə davam edər.

b) Təmizlik tam olub qanlı gün qarışdığı üçün fasiddirsə:
Belə Fasid təmizlik ilə qan günləri cəmi 30-u keçməzsə, yenə ilk qan axmağa başlamış kimi qəbul edilir. 11 qan və 15 gün təmizlikdən sonra kəsilmədən qan axarsa, 16 günün ilk günü qanlı olduğu üçün, 15 təmiz gün və 1 qanlı gün fasid təmizlik qəbul edilir. Qan axmağa davam edərsə, 10 günü heyz, 20 günü istihazə qəbul edilir. Qanlı günlərlə təmiz olan günlərin cəmi 30-u keçərsə, ilk 10 gün heyz sayılıb, sonra istimrara qədər olan günlərin hamısı təmiz qəbul edilib, istimrardan sonra 10 gün heyz, 20 gün təmiz vəziyyətdə davam edər. Məsələn: 12 qan, sonra 20 gün təmizlik, sonra qan axmağa davam edərsə, bu qanlı günlərin 10 günü heyz, 20 günü istihazə qəbul edilir.
4) Qayda: Səhih qan və fasid təmizlik görsə, səhih qan günləri adət olur. Sonra 30 günə qədər təmizlik qəbul edilir. 
Məsələn: 5 qan və 14 gün təmizlikdən sonra axmağa davam edərsə, ilk 5 qan və bundan sonra 25 gün təmiz olur. Bu 25 günü tamamlamaq üçün, istimrarın ilk 11 günü təmiz qəbul edilir. Bundan sonra, 5 günü heyz, 25 günü təmiz vəziyyətdə davam edər.