Facebook Twitter WhatsApp

Şafi məzhəbində Heyz və Zahılıq

1- Heyzin ən azı 1 gün, ən çoxu isə 15 gündür. 15 gündən artıq gələrsə istihazə [üzrlü] olur. 
2- Təmizlik müddəti 15 gündür. 15 gün keçmədən qan gələrsə, bu heyz deyildir, istihazədir. 
3- 9 yaşından kiçik qız və ayisədən [60 yaşından sonra] gələn qan heyz olmaz, üzrlü olur. 
4- Zahılığın ən uzun müddəti 60 gündür. Azı üçün bir sərhəd yoxdur. Hamilədən gələn qan heyzdir.
5- Zahılıq qanamaları arasındakı təmizlik günləri 15 gündən az olarsa zahılıq sayılır. Zahılıq qanları arasında 15 və ya daha çox təmizlik olarsa, artıq zahılıq bitmiş deməkdir. 60 günü gözləmək lazım gəlməz. 15 gün və ya daha sonra qan gələrsə bu zahılıq deyil, heyz qanı olur. 
6- Heyz və ya zahılıq bitdikdə qüsul almadan əvvəl cinsi əlaqə haramdır. [Hənəfidə caizdir.] 
7- Heyz və ya zahı qadının göbək ilə diz arasına çılpaq vəziyyətdə toxunmaq caiz deyildir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину