Facebook Twitter WhatsApp

Nifas (Zahılıq)

Zahılıq, doğuşdan sonra gələn qan deməkdir. Uşağın əlləri, ayaqları, başı müəyyən olan uşaq salmada gələn qan da zahılıqdır. Zahılıq müddətinin azı yoxdur. Qan kəsildiyi zaman qüsul alıb namaza başlamaq lazımdır. Amma öncəki zahılıq müddəti qədər gün keçmədən cinsi əlaqəyə girmək olmaz. Ən çox müddəti 40 gündür. 40 gün tamam olduqda qan kəsilməsə də qüsul alıb namaza başlamaq lazımdır. 40 gündən sonra gələn qan istihazə olur. O halda zahılıq gününü də əzbərləmək və Xüsusi günlər dəftərinə də yazmaq lazımdır.

Ramazanda, imsaq vaxtından sonra heyzdən və ya zahılıqdan kəsildikdə, o gün yeyib-içmək olmaz. Yalnız, həmin günü qəza edilir. Heyz və zahılıq sahurdan sonra başlayarsa ikindidən sonra da olsa o gün yeyib-içmək olar.
Uşaq salmada uşağın barmağı, ağzı və ya burnu müəyyən olarsa, bütöv uşaq doğmuş kimi sayılır. Heç bir yeri bilinmirsə zahılıq olmaz. Ancaq qan 3 gün və ya daha çox axarsa və heyzdən kəsildikdən 15 gün və ya daha çox olubsa, heyz olur. Əgər 3 gündən az isə və ya daha heyz kəsiləni 15 gün olmayıbsa heyz deyil, istihazədir. Namazını qılar, orucunu tutar. Cinsi əlaqə üçün qüsul lazım deyildir.
Heyzin 10 günü və ya zahılığın 40 günü içərisində, bir-iki gün qan gəlməsə, kəsildi zənn edib qüsul alıb oruc tutsa, sonra yenə müddəti içərisində qan gəlsə, heyz və ya zahılıq olacağı üçün o orucları qəza etməlidir. Kəsildikdə yenə qüsul alar. 3 və ya daha çox gün qan gəlib adətindən əvvəl kəsilərsə, qüsul alıb namazını qılar. Ancaq adəti qədər gün keçmədikcə cinsi əlaqə caiz olmaz. Zahılıq da belədir.
Əgər adətdən artıq kəsilərsə, amma 10 gündə və ya daha az gündə kəsilərsə, heyzdir. Əgər qan on günü ötsə, adətindən çoxu heyz olmaz, o günlərdəki namazları qəza edər. Zahılığın 40 günü də heyzin 10 günü kimidir.

Bir nümunə verək:

Doğuşdan sonra 5 gün qan gəlib kəsilsə, 30 gün təmiz qaldıqdan sonra gün daha qan gəlsə, aradakı 30 gün qan axmış sayılır. 40 günün hamısı zahılıq olur. qan və 30 təmiz gündən sonra 10 gün daha qan gələrsə, 40 günü keçən qanlı gün istihazə olur.

Uşaq salmada zahılıq

Sual: S. Əbədiyyədə, “Əlləri, ayaqları, başı müəyyən olan uşaq salmada gələn qan da zahılıqdır” deyilir. Bu vəziyyət təbii olan uşaq salmalara məxsusdur, yoxsa özümüz tullanaraq, atlayaraq və ya dərmanla salsaq yenə eyni hökmdədirmi?
CAVAB
Bəli, eyni hökmə girər. Öz əlimizlə olub-olmamağının fərqi yoxdur. Uşağın əlləri, ayaqları, başı müəyyəndirsə zahılıq olur. Abortdan sonra gələn qan istihazədir.
Heyzdə də vəziyyət eynidir. Heyzi dərmanla gecikdirsək, sonra qan gəlsə yenə heyz olur. Əksinə də vəziyyət belədir, yəni təmiz bir qadın ən az 15 gün təmiz olduqdan sonra dərman səbəbiylə heyz olsa yenə gələn qan heyz olur.
Doğuş olarkən

Sual: Doğuş əsnasında axıntılar olur. Bu axıntılar zahılıq sayılırmı? Zahılıq uşaq doğulduqdan sonra başlayır? Bir də, doğuşdan sonra heç qan gəlməsə, yenə qüsul lazımdırmı?

CAVAB
Uşağın yarısından çoxu çıxdıqda zahılıq müddəti başlayır. Daha öncəki qanlar zahılıqdan sayılmaz. Üzrlü sayılır. O axıntılar varkən də namaz qılmaq olar.
Doğuş olduğu halda qan görməmiş olan qadının qüsul alması İmameynə görə lazım deyildir. İmamı Əzama görə isə qüsul alması lazımdır. Alimlərin çoxu da bu hökmü əsas götürüblər. (Hindiyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину