Facebook Twitter WhatsApp

Heyzi nizamsız olanın namazı

Qız ilk dəfə olaraq və qadın adətindən ən az 15 gün sonra qan görməyə başlasa, namazı və orucu tərk edər. Əgər 3 gün tamam olmadan kəsilsə, namazın son vaxtına [o namazı qılacaq] qədər gözləyər, dəstəmaz alıb namazını qılar. Qan gələrsə, namaz qılmaz. 3 günə qədər belə davam edər, qüsl lazım deyil. Çünki bunun adət qanı olmama ehtimalı var. Tək dəstəmaz kifayətdir.


Əgər 3 gündən sonra qan kəsilsə, yenə namaz vaxtının sonuna qədər gözləyər; gəlməzsə, bu üç günün adət qanı olduğu aydın olduğundan qüsl alıb namazını qılar. Lakin qüsl alsa belə, cima halal olmaz. Qan gəldiyi müddətdə 10 günə qədər belə davam edər. 10 gündən sonra qüsl alıb namaza başlayar. 10 gündən sonra gələn qan istihazə olacağı üçün, artıq qüsl almadan dəstəmaz alıb namazını qılar, cima caiz olar.