Facebook Twitter WhatsApp

Ramazanda heyzlinin durumu

Ramazanda qadının imsaq vaxtından sonra heyzi kəsilsə, o gün oruclu kimi qalar. İmsaq vaxtından sonra heyz görən o gün gizli yeyib içər. Hər iki vəziyyətdə də o günkü orucunu sonra qəza edər. Vaxtın içində namaz qılmadan əvvəl heyz görən o vaxtın namazını qəza etməz.

İmsaq vaxtından əvvəl qan kəsilsə, sübh namazının vaxtına təkcə qüsl alıb, paltarını geyəcək qədər vaxt olub “Allahu əkbər” deyəcək qədər çox vaxt qalmazsa, o günün orucunu tutar. Lakin işanı qəza etməsi lazım gəlməz. Təkbiri söyləyəcək qədər də zaman olsa, işanı qəza etməsi də lazım gələr. İftardan əvvəl heyz başlasa, orucu pozular. Ramazandan sonra qəza edər. Namazın içində heyz başlasa, namazı pozular.