Facebook Twitter WhatsApp

Dəstəmazın, qüslün və təyəmmümün faydaları

İbadət məqsədiylə edilən hər iki təmizlik bədən sağlığımız üçün çox faydaları hasil etməkdədir. Bədən faydaları ilə yanaşı, ruh sağlığı tərəfdən də faydası çoxdur. Təsbit edilən saysız faydalarından bəzilərini belə sıralaya bilərik:

  1. Gündəlik həyatımızda əllərimizin toxunmadığı yer, mikrob qalmır.  Məhz dəstəmaz alarkən əl, üz və ayaqları yumaq, dəri xəstəlikləri və iltihabları üçün ən gözəl bir qorumadır. Mikroblar, parazit bakteriyaların bəziləri vücuda dəri yoluyla daxil olurlar.
  2. Tənəffüs sistemimizin gözətçiliyini edən burunu yumaqla toz və mikrobların bədənə daxil olmasının qarşısı alınmış olur.
  3. Üzün yuyulması dərini qüvvətləndirir, başdakı ağırlığı və yorğunluğu yüngülləşdirir. Damarları və sinirləri hərəkətə gətirir. Davamlı olaraq dəstəmaz alanların yaşlansalar belə, üzlərindəki gözəlliklərin getməməsi bu səbəbdəndir.
  4. Cünüblüyə səbəb olan hallarda böyük bir enerji sərf etməkdə, qəlb və dövran sürəti artmaqda, tənəffüs sürətlənməkdədir. Bədənin həddən artıq işləməsi ilə də yorğunluq, əldən düşmə, keylik və tənbəllik hiss edilməkdə, ümumiyyətlə zehni fəaliyyətlər olduqça zəifləməkdədir. Qüsl ilə bədən əvvəlki gümrahlığı qazanır. Bədəni müəyyən vaxtlarda davamlı yumaq qoruyucu həkimlik tərəfdən fövqəladə önəmlidir.
  5. Bədənimizin normalda bir statik elektrik tarazlığı vardır. Bədənin sağlamlığı bu elektrik tarazlıq ilə yaxından əlaqəlidir. Bu tarazlıq psixoloji gərginliklər, iqlim şərtləri, geyim əşyaları, yaşama və iş yerləri və bu arada qüslü lazım etdirən hallarla pozulur. Bu elektrikli yük, hirsli halda normaldan 4 dəfə, qüslu lazım etdirən hallarda 12 dəfə çoxalmaqdadır. İndiki vaxtda ultra qırmızı şüalarla dərinin çöl hissəsinin xüsusi rəsmləri çəkilmiş, bu rəsmlərdə cinsi münasibətdən sonra bədənin bütün səthinin artıq statik elektrik təbəqəsiylə örtüldüyü isbat edilmişdir. Bu təbəqə dərinin oksigen alış-verişinə əngəl olduğu kimi, dərinin rənginin pozulmasına və tez qırışmasına səbəb olur. Bu vəziyyətdən qurtulmaq üçün bədənin iynə ucu qədər yeri belə quru qalmayacaq şəkildə tamamən yuyulması lazımdır. Beləcə su zərrələri mənfi elektrik gərginliyini alaraq, bədəni torpaqlayır və yenidən normal vəziyyətə qaytarır. Bu baxımdan qüsl tibbi tərəfdən də mütləq edilməsi lazım olan bir təmizlikdir.
  6. Dəstəmaz və qüslün dövran sistemi üzərində də müsbət təsirləri olmaqdadır. Damarlardakı sərtləşmə və daralmanın qarşısını alır. Dəstəmazda bir xəbərdarlıq vardır. Limfa sistemi, ən vacib mərkəzlərindən biri olan burun arxası və badamçıqlar yuyularaq xəbərdar edilir. Ayrıca boyun və yanlarının yuyulması da, limfa sisteminə təsir edər. Dəstəmaz və qüsllə asanlaşan limfa dövran sayəsində, limfa deyilən döyüşçü hüceyrələr bədəni zərərli ünsürlərdən qoruyur və bədən dayanıqlığını artırır.
  7. Su olmadığı zaman torpaqla edilən təyəmmüm də böyük ölçüdə vücuddakı statik elektriki yox edir.