Facebook Twitter WhatsApp

"İslam peyğəmbəri" demək

Sual: Peyğəmbər əfəndimizə, İslam Peyğəmbəri demək nə dərəcədə düzgündür?
CAVAB
Qətiyyən düzgün deyil. Peyğəmbər əfəndimiz, Rəsulullah əfəndimiz demək lazımdır. Qurani-kərimdə məalən, Səni aləmlərə rəhmət olaraq göndərdim və Səni bütün insanlara peyğəmbər göndərdim buyurulmasına baxmayaraq, Meracı və başqa möcüzələri təvil surətilə inkar edən Həmidullah isə, kitabında yalnız Müsəlmanların peyğəmbəri olduğu haqqında yazaraq, İslam Peyğəmbəri adını vermişdir. Kafirlərin inancları belədir, amma Müsəlman olan belə inanmamalı və belə yazmamalıdır. İmam Qazali həzrətləri buyurur ki:

Peyğəmbərlərin ən yüksəyi, son peyğəmbər olan Muhamməd əleyhissalamdır. Yer üzündə dinli-dinsiz hər kəsə, hər yerə, hər millətə peyğəmbər olaraq göndərilmişdir. Bütün insanların, mələklərin və cinlərin peyğəmbəridir. Dünyanın hər yerində, hər kəsin o uca peyğəmbərə tabe olması lazımdır. (Kimyayi-səadət)

İki hədisi-şərif:
“Mən, insanların hamısına peyğəmbər olaraq göndərildim.” [Buxari]

“Hər peyğəmbər yalnız öz qövmünə gəlmişdir, mən isə bütün insanlara göndərildim.” [Müslim]

O halda, bir Müsəlman qeyri-müsəlmanlara xoş gəlsin deyə Mr. Həmidullah kimi “İslam Peyğəmbəri” deməməli, Qurani-kərimdə və hədisi-şəriflərdə bildirildiyi kimi “Bütün insanların və cinlərin Peyğəmbəri” deməlidir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину