Sual: Peyğəmbər əfəndimizin adı çəkildikdə salavat gətirmək lazımdırmı?
CAVAB
Rəsulullahın (sallallahü aleyhi və səlləm) adını eşidənin ömründə bir dəfə salavat gətirməsi fərz, oxuduqda, yazdıqda, söylədikdə, eşitdikdə ilkində söyləmək vacib, təkrarında müstəhəbdir. (Rəddül-muxtar)
Rəsuli-əkrəm əfəndimizin adını söylədikdə, eşitdikdə, yazarkən və oxuyarkən Ona salavat gətirmək hörmətə və savab qazanmağa səbəb olur.
Salavat, salət kəlməsinin cəm şəklidir. Salət, dua deməkdir. Peyğəmbər əfəndimiz üçün edilən dualara salavat gətirmək deyilir. Qurani-kərimdə, “Allah və mələkləri Rəsula salət edir. Ey iman edənlər, siz də salət edin” buyurulur. (Əhzab 56) Hədisi-şərifdə də, “Mənə bir salət gətirənə, Allah və mələkləri 70 salət gətirir” buyuruldu. (İ. Əhməd)
Allahın salət etməsi rəhmət, mələklərinki dua, möminlərinki isə Onun şəfaətini tələb etmək deməkdir.
Salavat qısaca, Allahümmə salli ala Muhamməd və ala ali Muhamməd deməkdir. Peyğəmbər əfəndimizin ismi anıldıqda, əleyhissəlam və ya aleyhissələtü vəssəlam, yaxud sallallahü aleyhi və səlləm deməklə də Peyğəmbər əfəndimizə dua edilmiş, salavat gətirilmiş sayılır.
Namazda Əttəhiyyatüdən sonra oxuduğumuz “Salli Barik”lər də salavatdır. Salavatı-şərifə oxumağın fəziləti böyükdür.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Qiyamətdə mənə ən yaxın olan, ən çox salavat gətirəndir.” [Tirmizi]
“Səhər-axşam on salavat gətirən, Qiyamətdə şəfaətimə nail olar.” [Tabərani]
“Cümə günləri mənə 80 salavat oxuyanın 80 illik günahı əfv olar.” [Şira]
“Gündə yüz salavat oxuyan, Qiyamətdə şəhidlərlə birlikdə olar.” [Tabərani]
“Gündə min salavat oxuyan, Cənnətdəki yerini görmədən ölməz.” [İbni Şahin]
“Mənə bir salavat gətirənə Allahü təala, on rəhmət ehsan edər, on günahını yox edər və dərəcəsini on qat yüksəldər.” [Nəsai]
“Salavat sizin üçün zəkatdır.” [I.Hibban] [Burada zəkat, təmizlik, günahların əfvi mənasındadır.]
Peyğəmbər əfəndimiz, “Cümə günləri mənə çox salavat oxuyun! Bunlar, mənə bildirilir” buyurdu. Öldükdən sonra da bildirilirmi, dedikdə buyurdu ki: “Torpaq, Peyğəmbərlərin bədənini çürütməz. Bir mömin salavat oxuduqda, bir mələk mənə xəbər verər, "Filankəs oğlu filankəs sənə salam söylədi" deyər.” [İbni Macə]
“Mənə salavat oxuyana, mələklər salət oxuyur. Salavata davam edənə, mələklər də ona salət oxumağa davam edir. Artıq istəyən az, istəyən çox salavat oxusun!” [I. Macə]
Bir kitab yazmağa və ya moizəyə başlayarkən Allahü təalaya həmd və Rəsuluna salavat gətirmək lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Kim, kitabına ismimi yazdıqdan sonra, mənə salət və salam da yazarsa, ismim o kitabda qaldığı müddətdə məlaikə o kimsə üçün istiğfar edər.” [Tabərani]
“Məni sözünüzün əvvəlində, ortasında və sonunda anın!” [I. Nəccar]
“Cəbrayıl əleyhissalam mənə dedi ki: Ya Rəsulallah, sənin ismin anıldıqda, sənə salavat gətirməyən əzabı haqq edər, Cəhənnəmə gedər.” [İ. Əhməd]
Demək ki, Rəsulullah əfəndimizə ömürdə bir dəfə salavat gətirmək fərz, bir oturuşda, bir yazıda bir dəfə salavat gətirmək vacibdir. Bu vacibi qəsdən tərk edən insan əzabı haqq edir.
Razı etmək üçün
Sual: Allahü təala ilə onun sevdiklərini razı etmək üçün nə etmək lazımdır?
CAVAB
Əvvəlcə Əhli-sünnət etiqadını öyrənib, dinimizin əmr və qadağalarına əməl etməli, xüsusilə, qəlb qırmamağa və qul haqqına diqqət etməliyik. Bu hədisi-şərifdə bildirilən duaları da oxumağa çalışmalıyıq:
“Ya Aişə, bir dəfə “Allahümmə salli ala Muhammədin və ala cəmi-il Ənbiyai vəlmürsəlin” de, bütün Peyğəmbərlər səndən razı olsun. Bir dəfə “Allahümmağfirli və li validəyyə [və li-məşayıhiyyə] və lil mumininə vəl muminat vəl müsliminə vəl müslimati əl əhyai minhüm vəl əmvat” de, bütün möminlər səndən razı olar. Bir dəfə də “Sübhanallahi vəl hamdü lillahi və lailahə illallahü vəllahü əkbər vəla havlə vəla qüvvətə illa billahil aliyyil azim” de ki, Allahü təala səndən razı olsun.” [Ey Oğul Elmihalı]
Salavat gətirmək
Sual: Salavat olaraq nə oxumaq lazımdır?
CAVAB
Salavatın ən qısa forması, “Allahümmə salli ala Muhamməd və ala ali Muhamməd” deməkdir. Peyğəmbər əfəndimiz buyurdu ki:
“Bir gün dörd böyük mələk gəldi. Cəbrayıl əleyhissalam dedi ki:
“Ya Rəsulallah, sənə hər gün on salavat gətirənin əlindən tutar, sıratı quş kimi keçirərəm.”
Mikayıl əleyhissalam dedi ki:
“Mən də ona Kövsər hovuzundan doya-doya içirərəm.”
İsrafil əleyhissalam dedi ki:
“Mən də, onun əfvi üçün başımı səcdəyə qoyaram. Allahü təala onu əfv etmədikcə başımı səcdədən qaldırmaram.”
Əzrayıl əleyhissalam da dedi ki:
“Mən də onun ruhunu Peyğəmbərlərin ruhunu aldığım kimi alaram.”
Peyğəmbər əfəndimiz də, “Bu nə böyük lütf və nə böyük bir ehsandır ya Rəbb” dedi”.
İki hədisi-şərif məalı belədir:
“Hər gün yüz dəfə salavat gətirən münafiqlikdən və Cəhənnəm atəşindən uzaqlaşar və Qiyamətdə şəhidlərlə birlikdə olar.” [Tabərani]
“Bir şəxs mənə salavat gətirdiyi müddətdə, mələklər də onun üçün istiğfar edərlər. Artıq istəyən az, istəyən çox salavat gətirsin.” [İ. Əhməd]
Həzrəti Əbu Talha rəvayət edir:
Bir gün Rəsulullah şən halda gəlib buyurdu ki:
“Cəbrayıl mənə gəlib, bu müjdəni verdi: Ya Rəsulallah! Rəbbin, “Sənə bir dəfə salavat oxuyana, mən on salət oxuyaram. On dəfə rəhmət edər, on günahını əfv edər, on dərəcə yüksəldərəm. Sənə bir dəfə salam verən hər kəsin salamına da, mən on dəfə salamla qarşılıq verərəm. Bu, sənə ikram olaraq bəs etməzmi, razı olmazsanmı?” dedi. Mən də, razı olaram dedim.” [Nəsai]
Sual: “Peyğəmbərə salət oxunmaz, salavat gətirilməz. Salət, Allaha gətirilməlidir” deyənlər olur. Bu doğrudurmu?
CAVAB
Salət, dua deməkdir. Salavat isə, salət kəlməsinin cəm halıdır, dualar deməkdir, ikisi də eynidir. Bir ayəti-kərimə məali belədir:
“Allah və mələkləri Rəsula salət edir. Ey iman edənlər, siz də könüldən, təslimiyyətlə, ona salət edin, salavat gətirin.” [Əhzab 56] (Allahın salət etməsi rəhmət etmək, mələklərinki dua etmək, möminlərinki isə Onun şəfaətini isməsədir.)
Görüldüyü kimi, Rəsulullaha salət, yəni salavat gətirilməsini, Allahü təala Özü Qurani-kərimdə əmr etmişdir. Bunun üçün Rəsulullah əfəndimizə ömürdə bir dəfə salavat gətirmək fərz, ismi keçdiyi zaman, bir oturuşda, bir yazıda bir dəfə salavat gətirmək vacib, sonrakılarda müstəhəbdir. Üç hədisi-şərif məali belədir:
“Mənə bir salət gətirənə, Allah və mələkləri yetmiş salət gətirir.” [İ. Əhməd]
“Şəfaətimə ən layiq olan, mənə ən çox salət oxuyandır.” [Tirmizi]
“Mənə çox salavat gətirənin dərdləri gedər, günahları əfv olar.” [Tirmizi]
Rəsulullahın ismi söyləndikdə və ya eşidildikdə, aleyhissəlam, aleyhissalətü vəssalam və ya sallallahü aleyhi və səlləm deməklə də, ona salət gətirilmiş sayılır.
Salavat oxunan yerlər
Sual: Salavat gətirməyin müstəhəb olduğu yerlər hansılardır?
CAVAB
İbni Abidin həzrətləri, salavat gətirməyin müstəhəb olduğu yerlərdən bəzilərini belə bildirir:
1- Cümə günü və gecəsi,
2- Səhər-axşam,
3- Peyğəmbərimizin qəbrini ziyarət edərkən,
4- Səfa ilə Mərvədə,
5- Azan oxunarkən,
6- İqamə gətirərkən,
7- Duanın əvvəlində, ortasında və sonunda,
8- Təlbiyəni bitirdikdən sonra (Həcdə),
9- Bir yerə toplanarkən və oradan dağılışarkən,
10- Dəstəmaz alarkən,
11- Dəstəmazdan sonra,
12- Bir şey unudulduğu vaxt,
13- Moizə oxuyarkən,
14- Hədis oxumağa başlayarkən,
15- Hədis oxumağı bitirdikdə,
16- Qulaq uğultusu zamanı,
17- Dini sual soruşarkən,
18- Fətva yazarkən,
19- Kitab yazarkən,
20- Müəllim dərsə başlayarkən,
21- Tələbə dərsə girərkən,
22- Qız istəməyə, elçiliyə gedərkən,
23- Evlənərkən və evləndirərkən,
24- Mühim işlərin əvvəlində,
25- Zikrə başlayarkən,
26- Cənazə namazında və namazda təşəhhüddən sonra salavat oxumaq sünnətdir.
27- Qızılgül qoxlayarkən, [Rəsulullahın mübarək təri, gül kimi qoxardı.]
28- Müsafəha edərkən,
29- Plov yeyərkən,
30- Məscidə girib-çıxarkən.
31- Rəsulullahın (sallallahü aleyhi və səlləm) ismini eşidənin, ömründə bir dəfə salavat gətirməsi fərz, oxuduqda, yazdıqda, söylədikdə, eşitdikdə ilkində söyləmək vacib, təkrarında müstəhəbdir. (Rəddül-muxtar)
Bu mövzuda hədisi-şəriflərdən bəziləri belədir:
“Cümə günü və gecəsi çox salavat gətirənə şəfaət edəcəyəm.” [Bəyhəki]
“Cümə günü 80 salavat gətirənin, 80 illik günahı əfv olar.” [Darə Kutni]
“Azan eşitdikdə təkrar edib mənə salavat gətirin!” [Buxari]
“Dua pərdəlidir. Salavat gətirdikdə, pərdələr yırtılır, dua qəbul olur.” [Tabərani]
“Allahü təalanı zikr etmədən və Rəsuluna salavat gətirmədən bir yerə toplanıb dağılışmaq, leşin üstündən dağılışmaq kimidir.” [İ. Əhməd]
“Bir yığıncaqda Allahü təala anılmaz və Rəsuluna salavat gətirilməzsə, o yığıncaqdakı insanlar, Qiyamətdə, həsrət və peşmanlıq çəkəcəklər.” [Tirmizi]
“Dəstəmazdan sonra, on dəfə salavat gətirənin, kədəri keçər, duası qəbul olar.” [Ey Oğul Elmihalı]
“Söyləyəcəyini unudan, xatırlamaq üçün salavat gətirsin!” [İbni Sünni]
“Məclislərinizi mənə salatü-salam gətirməklə bəzəyin!” [Deyləmi]
“Namaz qıldıqdan sonra dua edərkən əvvəlcə Allahü təalaya layiq olduğu şəkildə həmd et, sonra mənə salavat gətir, sonra dua et!” [Tirmizi]
“Qulağı uğuldayan, məni xatırlasın, mənə salavatı-şərifə gətirsin. Sonra da “Məni xeyirlə anana Allah rəhmət etsin!” desin!”
[Müslim]
“Adım anıldıqda salavat oxumayan, simiclərin simicidir.” [Tirmizi]
“Yanında anıldığım halda mənə salavat gətirməyənin burnu sürtülsün!” [Tirmizi]
“Adım anıldıqda salavat gətirməyən zəlil olsun!” [Tirmizi]
“Qızılgül iyləyib mənə salavat gətirməyən, mənə əziyyət etmiş olar.” [Şira]
“İki müsəlman, salamlaşıb müsafəha etsə və bir də mənə salavatı-şərifə oxuyarsa, yeni doğulmuş kimi bütün günahları təmizlənər.” [R.Nasıhin]
Salavat oxunmayan yerlər
Sual: “İstisnasız Peyğəmbər əfəndimizə hər yerdə salət, salavat oxunur. Cənazəni duyurmaq üçün oxumaqda da zərər yoxdur” deyirlər. Hər yerdə salavat oxumaq olarmı?
CAVAB
Salavatı-şərifə oxunmayan yerlər də vardır, bir neçəsini bildirək. Bu yerlərdə Rəsulullaha salavat gətirmək caiz deyildir:
1- Cima əsnasında, [Sadəcə yatağa girərkən bəsmələ çəkilir.]
2- Tualetdə dəfi-hacətdə, [Tualetə girərkən dua oxunur.]
3- Satılan malı tərifləyərkən, [Malın qiymətli olduğunu bildirmək üçün oxumaq, ticarəti dinə alət etmək sayılır.]
4- Uyğunsuz iş görərkən, [Harama baxarkən, məkruh işləyərkən.]
5- Bir şeyə heyrətləndikdə, [Vay-vay, sən bir işə bax, deyiləndə, təəccüblü bir hadisə qarşısında.]
6- Heyvan kəsərkən, [Yalnız Bəsmələ çəkilir.]
7- Asqırdıqda, [Yalnız Əlhamdülillah deyilir.]
8- Yeməyə Bəsmələylə başlayarkən. Bəsmələ çəkilir, salavat oxunmaz. Bir hədisi-şərif məali belədir:
“Bu üç yerdə adımı söyləməyin: Yeməyə bəsmələ çəkərkən, heyvanı bəsmələylə kəsərkən və asqırdıqda.” [Beyhəqı])
9- Quran oxuyarkən, [Peyğəmbər əfəndimizin ismi keçsə də salavat oxunmaz.]
10- Xütbə dinləyərkən, [Peyğəmbər əfəndimizin ismi keçsə də salavat oxunmaz.]
11- Fərz namazların və müəkkəd sünnət namazların ilk təşəhhüdündə,
12- Cənazə olduğunu bildirmək üçün. [“Bir insan öldükdə peyğəmbərə salavat gətirilir” təəssürat oyandıran bir bidətdir.]
İbni Abidin həzrətləri buyurur ki:
Ölən adam alim, zahid və ya mübarək bir şəxsdirsə, sonradan gələn bəzi alimlər, cənazəsi üçün küçələrdə elan etməyin yaxşı bir şey olduğunu bildirmişlər. (Rəddül-muxtar)
Elan yolları müxtəlifdir. Məsələn, davul-zurna çalaraq duyurmaq caiz olmaz. Mövlud oxutmaq, səla [salət] oxumaq caiz olmaz. Bələdiyyə mikrofonundan elan etmək və ya qəzetlərə elan vermək caizdir.
Sual: Peyğəmbər əfəndimizin adını hər söylədiyimizdə salavat gətirmək şərtdirmi?
Cavab: Bu mövzu haqqında İbni Abidində buyurulur ki:
“Peyğəmbər əfəndimizə ömründə bir dəfə salavat gətirmək fərzdir. ömründə bir dəfə salavat gətirməsi fərz, oxuduqda, yazdıqda, söylədikdə, eşitdikdə ilkində söyləmək vacib, təkrarında müstəhəbdir.”
В корзине: 0 шт.
на сумму: 0