“Bidət etiqadı”, yanlış inanmaqdır. İmanın pozulmuş və yanlış olmasıdır. Müsəlmanların çoxu bu pis xəstəliyə tutulmuşdurlar. Hiss orqanları ilə anlaşıla bilməyən, hesab ilə əldə oluna bilməyən şeylərdə ağıl işlətmək və ağlın yanıldığı şeylərə inanmaq insanı bu xəstəliyə gətirib çıxarar. Hər müsəlmanın “etiqadda məzhəb”in iki İmamından birinə, yəni “Matüridi” və ya “Əşari” məzhəbinə tabe olması lazımdır. Bu iki İmamdan birini təqlid etmək insanı bu xəstəlikdən qurtarar. Çünki “Əhli sünnət” alimləri (rahimə-hümullahü təala) ağlın çatmadığı bilgilərdə yalnız Qurani-Kərimə və Hədisi-şəriflərə tabe olmuş, ağıllarını yalnız bu ikisinin mənalarını axtarıb tapmaqda və anlamaqda işlətmişdirlər. Bu mənaları Əshabi-kiramdan, Onlar da Rəsulullahdan öyrənmiş və öyrəndiklərini kitablarına yazmışdırlar. [Qurani-Kərimdə və Hədisi-şəriflərdə açıqca bildirilmiş olan bir şeyə inanmayan və ya şübhə edən “Qeyri-müsəlman” [Allahın düşməni] olur. Açıq olaraq bildirilməmiş, şübhəli olan əmrlərə yanlış məna vermək “Bidət” olur. Qurandan, hədisdən yanlış məna çıxarana “Bidət sahibi” deyilir. Öz anladıqlarına, düşüncələrinə Quran, hədis deyənə “Zındıq” deyilir. Bu yanlış anladığına inanan, bidət sahibi olur. Belə şey olmaz, ağlım qəbul etməz desə, kafir olur. Bir harama mübah deyən kimsə, bir ayətə və ya hədisi-şərifə istinad edərək söyləyirsə, kafir olmaz, bidət sahibi olur. Muhamməd Şihristani (rahimə-hullahü təala), “Miləl və Nihal”da deyir ki, Hənəfi məzhəbinin alimləri etiqadda Əbu Mansur Matüridi (rahimə-hullahü təala) həzrətlərinə tabe olmuşdurlar. Çünki Əbu Mansur həzrətləri üsul və füruda İmamı Əzam Əbu Hanifənin məzhəbindədir. “Üsul”, etiqad deməkdir. “Füru”, əhkamı İslamiyyə deməkdir. Maliki, Şafii və Hənbəli məzhəblərinin alimləri etiqadda Əbül-Həsən Əşari (rahimə-hullahü təala) həzrətlərinə tabe olmuşdurlar. Əbül-Həsən Əşari həzrətləri Şafii məzhəbində idi. Şafii alimlərindən Əbül-Həsən Əli Sübqinin oğlu Abdülvəhhab Tacüddini Sübqi (rahimə-hullahü təala) deyir ki, hənəfi alimlərinin kitablarını araşdırdım, on üç məsələdə Şafii etiqadından ayrıldıqlarını gördüm. Lakin bu ayrılıqları onları doğru yoldan çıxarmır. Əsasda ayrılıqları yoxdur. Hər ikisi də haqq yoldadır. Muhamməd Hadimi (rahimə-hullahü təala) “Bəriqa” kitabının üç yüz on yeddinci səhifəsində, Matüridi və Əşari məzhəbləri arasındakıən kiçik fərqləri də hesaba qataraq hamısının yetmiş üç ədəd olduğunu bildirmişdir. Bidət sahiblərinin mütləq Cəhənnəmə gedəcəkləri “Hadiqa” və“Bəriqa” kitablarında geniş yazılmışdır.]
В корзине: 0 шт.
на сумму: 0