Facebook Twitter WhatsApp

İnsanı tanımaqda ölçü

    Bir adam Həzrəti Ömərin yanında bir məsələ barəsində şahidlik edər. Həzrəti Ömər ona, “Mən səni tanımıram, səni tanıyan bir nəfəri gətir” dedi.

   Orada olanlardan biri, “Mən onu tanıyıram” dəyincə Həzrəti Ömər, “Necə tanıyırsan” deyə soruşdu. O da, “Əmin və ədalətli bir adam olaraq tanıyıram” cavabını verdi.

   Həzrəti Ömər təkrar soruşdu

- Gecəsini gündüzü bildiyin, yaxın bir qonşundurmu

- Xeyr.

- İnsanın təqvasını ortaya qoyan, işidir. Bu adam, alış-veriş etdiyin bir kimsədirmi

- Xeyr.

- Bununla, insanın əxlaqının gözəl və ya çirkin olduğunu anlamağa imkan verən bir səfər etdinmi

- Xeyr.

Bunun üzərinə Həzrəti Ömər, “Sən onu tanımırsan” dedi və sonra da adama dönərək, “Get, səni tanıyan birini gətir” buyurdu.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину