Facebook Twitter WhatsApp

Allaha şükür etmək

Musa aleyhissəlam Allahu təalaya belə sual etdi:

“Ya Rəbb! İnsanlar verdiyim nemətlərin şükürünü necə yerinə gətirə bilərlər”

Allahu təala buyurdu ki

“Ey Musa! Bir kimsəyə verdiyin neməti məndən bilib, özündən bilməzsə, nemətlərimin şükürünü əda etmiş olur. Bir qulum ruzisini öz çalışması ilə bilib, məndən bilməzsa, nemətin şükürünü əda etməmiş olur”.

Allahu təala Hədisi-qüdsidə buyurdu ki:

“İnsanları və Cinləri mən yaratdım. Onlar isə məndən başqasına ibadət edir, tapınır. Ruzilərini mən verirəm, başqasına şükür edirlər.”

Davud aleyhissəlam Allahü təalaya minacat edib dedi ki:

“Ya Rəbb! Adəm aleyhissəlama o qədər ikram və ehsanlar verdin. O sənə necə şükür etdi”

Allahu təala buyurdu ki:

“Ey Davud! O bütün bu ikramların mənim tərəfimdən ona verildiyini bildi. Bu bilməsini onun şükürü olaraq qəbul etdim”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину