Facebook Twitter WhatsApp

Şeytan və zərərləri

Sual: Şeytanın növləri vardırmı, zərərləri nələrdir?
CAVAB
Allahü təaladan uzaqlaşdıran şeylərə, şeytan deyilir. Şeytan üç növdür: İblis, nəfs və pis yoldaş.


1- İblis və əlaltıları: Bu şeytanlar, cin sinfindən və İblisin soyundandır. İblis çox alim idi. Adəm əleyhissalama qarşı səcdə etməsi əmr edildikdə, kibirlənib səcdə etmədi. Əvvəllər mələklərin müəllimi ikən, sonra əbədi olaraq lənətləndi və şeytanların rəisi oldu. Hədisi-şəriflərdə buyuruldu ki:
"Qəzəb şeytandandır. Şeytan oddan yaradıldı. Od suyla sönür. Qəzəblənən, dəstəmaz alsın!’’ [Nəsai]

''Qəzəblənən, otursun, oturarkən qəzəblənən də uzansın [Əbuş-şeyx]

Asqırmaq Rəhmandan, əsnəmək şeytandandır.” [Tirmizi]

“Qüvvətli asqırmaq da şeytandandır.” [İbn Sünni]

“Namazda əsnəmək şeytandandır.” [Buxari]

“Tələsmək şeytandan, təənni Rəhmandandır.” [Tirmizi] (Təənni, təmkinli, ehtiyyatlı olmaqdır.)

“Bu beş şey xaric, tələsmək şeytandandır. Qızını evləndirmək, borcunu ödəmək, cənazə işlərini tez görmək, qonağı doyurmaq, günaha dərhal tövbə etmək.”
 [İ. Əxlaqı]


“Fəryad etmədən ağlayın, çünki göz və qəlbdən gələn şey Allahdandır, əldən və dildən gələn şey, şeytandandır.” [Buxari]

“Ağlamaq mərhəmətdəndir. Bağırıb-çağırmaq, şeytandandır.” [İbn Sad]

“Gecə uzunqulaq anqırarsa və it hürərsə, şeytandan Allaha sığının, çünki heyvanlar sizin görmədiklərinizi görürlər.” [İ. Sünni]

“Vəsvəsə şeytandandır. Nəcasət təmizləyərkən, vəsvəsədən çəkinin!” [Tirmizi]

“Namazda heyz görmək və yuxulamaq şeytandandır.” [İ. Macə]

“Namazda əsnəmək, qusmaq və burun qanaması şeytandandır.” [Tirmizi] (Bu və bənzərlərinin istisnası vardır. Məsələn, Ramazan ayında əsnəmək şeytandan deyildir, nevrolojidir. Qusmaq, burun qanaması, yuxulamaq kimi şeylərin, şeytandan olmayanları da vardır.)

“Cümə namazında yuxulamaq şeytandandır. Yuxulayanda yerinizi dəyişdirin.” [İ. Əbi Şeybə]

“Gözəl yuxu Allahdan, pis yuxu şeytandandır. Pis yuxu görən, heç kimə danışmasın, sol tərəfinə tüpürsün [tfü, tfü deyərək tüpürür kimi etsin] və şeytandan Allahü təalaya sığınsın. Belə edənə, o yuxu zərər verməz. Gözəl yuxu görən də, onu sevdiyi insanlara danışsın.” [Buxari]

İmam Qazali həzrətləri buyurur ki:
Kasıblıqdan qorxmaq, uğursuzluğa inanmaq da, şeytandandır. Bir ayəti-kərimə məalı:
“Şeytan yoxsulluqla qorxudub, sizə simicliyi əmr edir.” [Bəqərə 268]

Şeytan, müsallat olub günaha təşviq etdikdə, dərhal Allahı zikr etməli, yəni kəliməi-təvhid oxuyaraq, əstağfirullah deyərək Allahü təalanı anmalıyıq. Bir ayəti-kərimə məalı:
(Rəhman olan Allahı zikr etməkdən qafil olana, yanından ayrılmayan bir şeytan müsallat edərik.) [Zuhruf 36]

Bir hədisi-şərif məalı da belədir:
“Şeytan, zikr edilərsə qaçar, zikr edilməzsə, vəsvəsəyə davam edər.” [Əbu Yala]

Cəlaləddini-Suyuti həzrətləri buyurur ki:
Şeytanın vəsvəsəsindən, sıxıntıdan qurtulmaq üçün, hər gün bu duanı oxumaq lazımdır: “Ya Allah-ür-rakib-ül-hafiz-ür-rahim. Ya Allah-ül-hayy-ül-halim-ül azim-ür-rauf-ül-kərim. Ya Allah-ül-hayy-ül-kayyüm-ül-kaimü ala külli nəfsin bima kəsəbət, hul beyni və beynə adüvvi!” (Kitab-ür-rahmə fit-tıbb-i vəl-hikmə)

2-
 İnsanın nəfsi: Daxilimizdə olur, həmişə pislik istəyən bir qüvvədir. Bu, şeytana nisbətən daha zərərlidir, çünki daxildədir. Daxildəki yara kimi müalicəsi çətindir. Şeytan, bir mövzuda, bir dəfə vəsvəsə verib gedir. Nəfs isə çox inadkardır, aldadana qədər əl çəkmir. İmam Rabbani həzrətləri buyurur ki:


Şeytandan gələn xəstəliklər, kiçik bir dərmanla asanlıqla keçə bilər. Nəfsimiz, hər zaman yanımızda olan, yağı can düşmənidir. Xaricdəki düşmənimiz, bu daxili düşmənin köməyilə bizə hücum edir. Onun köməyilə bizi yaralayır. Nəfsin hər istəyi, Allahü təalanın qadağan etdiyi şeylərdir. Hər işi, sahibi olan və bütün yaxşılıqların sahibi Allahü təalaya qarşı gəlməkdir. Həmişə, öz can düşməni olan şeytana tabe olur.

3- Pis yoldaş: Üç düşmənin ən təhlükəlisi budur. Dünyada rüsvay edər, axirətdə Cəhənnəmə aparar. Kitab, qəzet, jurnal, radio, televiziya, internet saytları da, hər biri bir yoldaşdır. Bunlar pis olarsa, fəlakət olar. Bir hədisi-şərif məalı belədir:
“İnsanın dini yoldaşının dini kimidir. Kiminlə dostluq etdiyinə diqqət et.” [Hakim]

 

Vəsvəsə ehtiyat deyildir

Sual: Bəsmələsiz kəsilmiş heyvanı, yəni leş yemək, alkoqollu, ya da donuz yağlı nəcis qidaları və donuz jelatinli qidaları yemək haram ikən necə halal demək olar?
Cochineal adlı bir böcəkdən, kimyəvi filtrələmə üsuluyla əldə edilən, karmin adlı maddə, boya olaraq, hər marka kolanın tərkibinə qatılır. Siçan, meyan kökünü çox sevir, meyan kökünə nəcasət bulaşdırır, meyan kökündən də kola hazırlanır. Hər kolada bunlar olduğuna görə, hər növ kolanı içmək haram ola-ola necə caiz demək olar? Burada bildirilən haram qidaları yeməmək fərz deyilmi? Şübhəli olan qidaları da yeməmək ehtiyat deyildir?
CAVAB
Dediyiniz şeylərin hamısı haramdır, lakin tərkibində o haram maddələrin olduğu dəqiq bilinmədikcə, çəkinmək, vəsvəsə, quruntu və zərərli olur, haram olmaz, zənnlə dəqiq hökm verilməz.''Buna haram maddə qatılmış ola bilər, tədbirli olmaq gərəkdir'' demək təqva və ehtiyat deyil, vəsvəsədir. Vəsvəsə bir xəstəlikdir və günahdır. Mən təqva sahibiyəm, şübhəlilərdən qaçıram demək, dinimizi yaxşı bilməməkdən irəli gələn bir vəsvəsədir.

İmam Qazali həzrətləri buyurdu ki:
Yemək və içkilərdə şübhə edib yeməmək, təqva deyil, vəsvəsədir. Məsələn, dinimiz, ''Haram olduğu bilinməyən şeyləri yeyin'' buyurur. ''Bilinməsə də, haram və nəcis şeylər yeyilməz, mütləq nəcis olmayanı yeyin'' deyilmir. Belə əmr etsəydi, hər şeydən şübhə edər, heç bir şey yeyə bilməzdik. Bir şeyin nəcis olmadığını təsdiq etmək çox vaxt imkansızdır. [Məsələn, çörəkçinin uşağı un çuvalının üstünə işəyə bilər. Yaxud, siçanlar unun içinə girib çirkləndirə bilər. Çörəkçi bunları bilmədiyi üçün və ya bilə-bilə çörəyi bişirib bizə verə bilər. Bu çörəyi yemək günah olmaz. Ona görə də dinimiz, murdar və haram olsa da, ''Murdar və haram olduğu bilinməyənləri yeyə bilərsiniz'' buyurur. Bu incəliyi yaxşı anlamaq lazımdır.]

Rəsulullah əfəndimiz bir müşrikin, Həzrəti Ömər də, bir xristianın istifadə ediyi [bəlkə də murdar olan] tasdan dəstəmaz almışdı. Əshabı-kiram, qeyri-müslimlərin verdiyi suları içərdilər, onların satdığı ət, pendir kimi qidaları alardılar. Halbuki murdar, nəcis olan şeyləri yemək haramdır. Kafirlər isə əksəriyyətdə murdar olurlar. Əlləri, qabları şərablı olur. Heyvanı Bəsmələsiz kəsirlər. Əshabı-kiram, bunlara baxmayaraq, nəcis olduğunu dəqiq bilmədikləri üçün, vəsvəsə etməyib, bu növ qidaları yeyərdilər. (Ehya)

İmam Kastalani həzrətləri buyurdu ki:
Peyğəmbər əfəndimiz, Heybərdə, Əshabı-kiramla bir yəhudinin zəhərli kababından bir tikə yedikdən sonra, “Bu ət, mənə zəhərli olduğunu söylədi” buyurub daha yemədi və son xəstəliyində, “Heybərdə yediyim zəhərli ətin acısını hələ də hiss edirəm” buyurdu. (Məvahib)

Rəsulullah əfəndimiz, bir yəhudinin çörəyini və yağlı yeməyini təmizdirmi deyə soruşmadan yedi. Bu donuz yağıdırmı, qoyun yağıdırmı, çörəyin xəmiri suyladırmı, yoxsa şərablamı yoğruldu deyə soruşmadı. Müşrik qadının su qabından dəstəmaz aldı. Bunların hər biri, araşdırmağa ehtiyac olmayan dəlillərdir. (Bərika)

İmam Rabbani həzrətləri buyurdu ki:
Kafirlərlə alış-veriş edən Müsəlmanları murdar bilmək, onların yemək və içkilərindən uzaq durmaq, ehtiyat deyil, bu haldan qurtulmaq ehtiyatdır. (Məktubat 3/22)

Kafirlər, qidalarımıza nəcasət qata biləcəkləri kimi, zəhər də qata bilərlər. Yəhudi, yeməyə zəhər qatmışdı. [Halbuki zəhər yemək haramdır.] Peyğəmbər əfəndimiz də, araşdırmadan o zəhərli yeməyi yemişdi. Çünki nəcis olduğu bilinməyən şeyləri yeməmək təqva deyil, vəsvəsədir. (Hadika)

Dinimizdə, “Bir şeyin halal olması üçün dəlil axtarılmır, haram olmasına dəlil axtarılır” qaydası var. Nəcis olduğuna bir sübut tapılmazsa, təmiz qəbul edilir. (Üsuli-Pəzdəvi)
[Sosiska, içkilər və digər] qidaların içinə nəcasət qatılsa, lakin qatıldığı dəqiq bilinməsə yemək caiz olur. Bilmək, ya şəxsən görməklə və ya adil Müsəlmanların nəcasət qatıldığını biz gördük demələrilə anlaşılır. Qatırlar deməklə haram olmaz. (Əşbah)

Qida maddələrinə hiylə edə bilərlər. Fabrikdə tərkibinə müxtəlif nəcasətlər qatıla bilər. Yaxud səhlənkarlıq üzündən nəcasət qarışa bilər. Mürəbbənin, bəhməzin içinə siçan düşüb ölə bilər. İstehsalçı, qazanı tökməyə bilər. İçkilərə alkoqol və ya nəcasət qarışa bilər, amma tərkibində nəcasət olduğu bilinməyən bütün qida maddələri təmiz qəbul edilir, yemək günah olmaz. (Tahrir)

Yeməkdən iyrənmək
Sual: 
Yaxşı insanların evinə gedəndə, təmiz və halal olduğunu bilsəm də, xörəklərini yeyə bilmirəm. Məndə bir iyrənmə olur. Bu təkəbbür əlaməti ola bilərmi?

CAVAB
İyrənmə təkəbbürdən olduğu kimi, vəsvəsədən də olur. “Bunlar təmizliyə riayət etməyiblər” deyə yeyə bilmir. Kimisi, başqasının artıq suyunu içə bilmədiyi kimi, onun içdiyi boş stəkandan belə su içə bilmir. “Keçinin qoturu, bulağın gözündən su içər” deyə bir atalar sözü var. “Dəyərsiz, təkəbbürlü adamlar, özlərini dəyərli və ən gözəl şeyə layiq görürlər” mənasındadır. Ümumiyyətlə vəsvəsəli insanlar da, təkəbbürlü olur. Özlərini üstün, təmizkar bilirlər. “Qablarımız da, xörəklərimiz də təmizdir” desək inandıra bilmərik. Nə desək qəbul etməzlər. Kasıblarla oturub yemək yeyə bilməmək, onların yeməyindən iyrənmək də təkəbbür və ya vəsvəsədir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину