Facebook Twitter WhatsApp

Qəlb dönükdür

 Sual: İnsan çox sevdiyi birindən, bəsit bir şeydən ötrü nifrət edə bilər və ya nifrət etdiyini sevə bilər. Bəzən qəlbim sakit olur, bəzən vəsvəsələr, düşüncələr məni narahat edir. Niyə belə olur?
CAVAB
Qəlbə ruh, könül də deyilir. Qəlb, kəlimə olaraq, bir haldan bir hala dəyişmə, dönmə kimi mənaları vardır. Bir Müsəlman da, çeşidli vəsvəsələrə, günahlara məruz qala bilər. Bir neçə hədisi-şərif məalı belədir:

Möminin qəlbi qaynayan qazandan daha çox dəyişikli məruz qalır.” [İ. Əhməd]

“Qəlb - sərçə quşu kimidir, hər an bir tərəfə yönələ bilər.” [Hakim]

“Günah işləyənin qəlbində qara bir nöqtə əmələ gəlir. Əgər tövbə edərsə o ləkə silinər. Təkrar günah işləyərsə, o ləkə böyüyər və qəlbini tamamilə bürüyər.” [Tirmizi]

“Qəlblər, müxtəlif fitnələrə məruz qalır. Fitnəyə məruz qalan qəlbdə bir qara ləkə əmələ gəlir. Fitnəni rədd edən qəlbdə isə, ağ bir nöqtə əmələ gəlir, qəlbi ağappaq olur. Fitnə artıq ona zərər verə bilməz. Bulanıq qəlb qara bir daş kimidir. Əyri və ya tərs bir stəkana bənzəyir. Mərufu bilmir, münkəri xatırlamır. Nəfsinin əsiri olur.” [Müslim]

Qəlb, bu cür hallara girə biləcəyinə görə Peyğəmbər əfəndimiz ümmətinə öyrətmək üçün belə dua etmişdir:
“Ey qəlbləri [yaxşıdan pisə, pisdən yaxşıya] çevirən Allahım, qəlbimi dinində sabit qıl [dinindən döndərmə, ayırma]!” [Tirmizi]

Bir ayəti-kərimə məalı da belədir:
“İman edənlərin qəlbləri Allahı anmaqla itminana [hüzura, rahatlığa] qovuşar. Yaxşı bilin ki, qəlblər ancaq Allahı anmaqla hüzura qovuşur.” [Rad 28]

İman etməyəcəyi Allah qatında bilinən kafirin qəlbi isə möhürlüdür. Onun hidayətə gəlməsi mümkün deyildir. Haqqı eşitməzlər, həqiqətləri görməz və anlamazlar.

Bir hədisi-şərif məalı da belədir:
“Qəlblər dörd növdür: 1- Qapaqsız qəlb, 2- Qapaqlı qəlb, 3- Tərs qəlb, 4- Əyri qəlb.
Qapaqsız qəlb: Bu möminin nurlu qəlbidir. Həmişə iman nuru parlayır. [Rəhmətə açıqdır.]
Qapaqlı qəlb: Kafirin qəlbidir. [Daş kimidir, hərəkətsizdir. Rəhmətə qapalıdır.]
Tərs qəlb: Münafiqin qəlbidir. [Haqqı bildiyi halda, inanmaz, amma inanmış kimi görünür. Kafir qəlbi kimi bu da tərsdir.]
Əyri qəlb: İçində iman da, nifaq da olan qəlbdir. Onun imanının misalı, bir toxum dənəsi kimidir. O dənəni su böyüdür. Oradakı nifaqın misalı isə, irin və qanın böyütdüyü çiban kimidir. Bu ikisindən hansı digərinə qalib gələrsə qəlbdə o hakim olar.” [İ. Əhməd]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину