Facebook Twitter WhatsApp

Günah işləməyə qərar vermək

Sual: Bir günahı işləmək üçün qərar verilsə, amma edilməsə, yenə günah olarmı?
CAVAB
Günah işləməyi düşünmək, işləməyə niyyət etmək, qərar vermək günah olmaz, etmək günah olar. Digər ümmətlərdə qərar vermək də günah idi. Bu ümmətə günah sayılmadı. Bu da ümməti-Muhammədə Allahü təalanın bir ehsanıdır.

İlham və vəsvəsə
Sual: Qəlbimizə gələn düşüncələrin mələkdənmi, yoxsa, şeytandanmı olduğunu necə anlamaq olar?
CAVAB
Muhamməd Hadimi həzrətləri buyurur ki:
Qəlbə gələn düşüncənin kimdən gəldiyini anlamaq üçün, İslamiyyətə uyğun olub-olmadığına baxılır. Qəlbə gələn düşüncə nəfsə acı gəlirsə, xeyir olduğu; şirin gəlsə, dərhal etmək istəyirsə, şər olduğu anlaşılır.

Allahü təala hər kəsin qəlbinə bir mələk vəzifələndirmişdir. İnsanın qəlbinə bu mələkdən gələn yaxşı düşüncələrə ilham, şeytandan gələn pis düşüncələrə, vəsvəsə; nəfsdən gələn pis düşüncələrə isə həva deyilir. İlham və vəsvəsə davamlı olmur. Nəfsin həvası isə davamlıdır və getdikcə artır. Vəsvəsə, dua edərək, zikr edərək azalır və yox olur. Bir hədisi-şərif məalı:
“Şeytan, qəlbə vəsvəsə verir. Allahın ismi zikr edildikdə, söyləndikdə qaçır. Söylənməzsə vəsvəsələrinə davam edir.” [Əbu Yala]

Vəsvəsədən qurtulmaq üçün çalışmaq lazımdır. Nəfsə tabe olan insan vəsvəsələrə əsir olur. Nəfsinə tabe olmayanın isə ilhama tabe olması asan olur. (Bəriqa)

 

Nəfs və şeytandan gələn vəsvəsədir
Sual: İnsanın qəlbinə nəfsindən və şeytandan gələn şeylər, yaxşı da, pis də olsa hamısı pisdir və vəsvəsədir?
Cavab: Nəfs pələng kimidir. Hücumu ancaq öldürməklə bitər. İnsanlara vəsvəsə verən şeytana buna görə xənnas deyilmişdir. İnsan şeytanın bir vəsvəsəsinə uymazsa, bundan əl çəkər, başqa vəsvəsəyə başlayar. Nəfs, daima zərərli şeylər istəyir. Şeytan isə çox xeyirli işə mane olmaq üçün az xeyirli olan şeyi də vəsvəsə edir. Böyük günaha sürükləmək üçün, kiçik xeyri etməyə də vəsvəsə edər. Şeytanın vəsvəsəsi olan xeyirli iş, insana şirin gəlir və tələsik etmək istəyir. Bunun üçün hədisi-şərifdə;
“Tələsmək, şeytandandır. Bundan beş şey istisnadır: Qızını evləndirmək, borcunu ödəmək, cənazə xidmətlərini tez etmək, qonağı doyurmaq, günah etdikdə dərhal tövbə etmək” buyuruldu.

Qəlbə ilham olunan, gələn xeyir Allahü təalanın qorxusu ilə və yavaş-yavaş edilir və sonu düşünülür. Bir hədisi-şərifdə;

“Mələkdən gələn ilham İslamiyyətə uyğun olur. Şeytandan gələn vəsvəsə İslamiyyətdən ayrılmağa səbəb olur” buyuruldu.

İnsan ilham olunan şeyləri etməlidir. Vəsvəsəni etməmək üçün cihad etməli, çalışmalıdır. Nəfsə uyan şəxs vəsvəsələrə tabe olur. Nəfsin həvasına uymayanın, ilhama uyması asan olur. Bir hədisi-şərifdə;
“Şeytan, qəlbə vəsvəsə verir. Allahın ismi zikr edildikdə, söyləndikdə qaçır. Söylənməzsə vəsvəsələrinə davam edir” buyuruldu.

Qəlbə gələn düşüncənin cinsini anlamaq üçün, İslamiyyətə uyğun olub-olmadığına baxılır. Bu cür anlaşılmasa, saleh olan bir alimdən soruşulur. Saleh olmayan, dini dünya qazanclarına alət edən pis din adamından soruşmaq olmaz. Yaxud, Rəsulullah əfəndimizə qədər ustadlarının hamısı məlum olan, bilinən həqiqi bir rəhbərdən soruşmaq lazımdır. Qütbi-mədar adlanan Övliya az olsa da qiyamətə qədər mövcuddur. Qütbi-irşad adlanan Əhli-sünnət alimi hər zaman və hər yerdə tapılmır. Uzun zaman ərzində və nadir halda tapılır. Hər yerdə çox tapılan cahil təriqətçiləri və yalançı şeyxləri həqiqi rəhbər zənn etmək olmaz. Belələrin tələsinə düşərək dünyada və axirətdə səadətdən məhrum qalmamaq üçün çox ayıq olmaq lazımdır. Qəlbə gələn düşüncə nəfsə acı gəlirsə, xeyir olduğu anlaşılır. Şirin gəlsə, dərhal etmək istəyi varsa, şər, yəni pis olduğu anlaşılır.

 


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину