İlk Müsəlman olanlardandır.
Həzrəti Talha ibn Übeydullah, Rəsulullah əfəndimizin;
“Talha və Zübeyr, Cənnətdə qonşularımızdır” hədisi- şərifi ilə mədh edilən səhabədir.
Həzrəti Talha, ticarətlə məşğul olduğu üçün tez-tez Məkkə xaricinə çıxardı. Bu səyahətlərindən birində Şam yaxınlarında Busra qəsəbəsində bir bazara gəlmişdi. Burada bir rahib;
— Bazara gələnlərdən soruşun. İçlərində Məkkədən gələn varmı, deyə səsləndi. Talha ibn Übeydullah:
— Bəli, mən Məkkəliyəm, dedi.
— Əhməd zühur etdimi?
— Əhməd kimdir?
— Abdullah ibn Abdülmuttalibin oğludur. Ora Onun zühur edəcəyi şəhərdir. O, peyğəmbərlərin sonuncusudur. Özü Hərəmi-şərifdən çıxarılacaq, xurmalıq, daşlıq və quraq bir yerə hicrət edəcəkdir.
Yeni bir xəbər varmı?
Rahibin sözləri Həzrəti Talhanın qəlbinə yer etdi. Tələsik Məkkəyə gəldi və;
— Yeni bir xəbər varmı? deyə soruşdu.
— Bəli var. Abdullahın oğlu Muhamməd-ül-əmin, peyğəmbərliyini elan etdi. Əbu Bəkir də ona tabe oldu, dedilər.
Bundan dərhal sonra Həzrəti Əbu Bəkirin yanına getdi . Ona:
— Sən Muhamməd əleyhissəlama tabe oldunmu? deyə soruşdu. Həzrəti Əbu Bəkir:
— Bəli, tabe oldum. Sən də dərhal Ona get, hüzuruna gir, Ona tabe ol! Çünki O, Haqq və həqiqətə dəvət edir, dedi.
Bunun üzərinə Talha ibn Übeydullah rahibin söylədiklərini danışdı. Sonra birlikdə Rəsulullaha gedib Müsəlman oldu. Rahibin sözlərini Peyğəmbər əfəndimizə də söylədi. Rəsulullah əfəndimiz təbəssüm etdilər.
Talha ibn Übeydullah Müsəlman olduğu vaxt ən yaxın qohumları daxil olmaqla Məkkə müşriklərindən çox işgəncə gördü. Evinə həbs edildiyi kimi ac və susuz buraxıldı. Qardaşı Osman da onun vasitəsiylə iman etmiş, bu işgəncələrə o da məruz qalmışdı. Hələ namazlarını əda edəcəkləri zaman çəkdikləri çətinlik və onlara rəva görülən işgəncələrə dözmək mümkün deyildi.
Nəvfəl ibn Huvəylid ibn Ədəviyyə adamları ilə birlikdə Həzrəti Əbu Bəkir və Həzrəti Talhanı tutaraq iplə bağladılar və işgəncə etdilər. Teymoğulları da onlara sahib çıxmadı. Bu hadisədən sonra Əbu Bəkir və Talhaya bitişiklər mənasını verən qarinan deyildi.
Dinimdən dönmərəm
Həzrəti Məsud ibn Hıraş gördüyü bir hadisəni belə nəql edir:
Səfa ilə Mərvə arasında gəzərkən əlləri boynuna bağlı və sıxlıq bir qrup tərəfindən təqib edilən bir cavan gördüm. Ətrafındakılara dedim ki:
— Bu kimdir, hansı günahı işləyib ki belə bağladınız?
— Bu Talha ibn Übeydullahdır. Atalarının yolundan azdı.
— Bəs bu qadın kimdir?
— Onun anası Saba binti Hadramidir.
Talha ibn Übeydullah, bütün bu ağıla sığmaz çətinliklərə sinə gərir:
— Məni öldürsəniz də dinimdən əsla dönmərəm, deyə cavab verirdi.
Peyğəmbər əfəndimiz, Həzrəti Əbu Bəkirlə, Mədinəi münəvvərəyə hicrət buyurduqları vaxt Həzrəti Talha ticarət üçün Şama getmiş və qayıdarkən Mədinəyə getmişdi. Peyğəmbər əfəndimizin orada olduğunu öyrənəndə, karvandakı mallardan imtina edib Mədinədə qaldı. Ailəsini də gətirərək mühacirlərdən oldu.
Ühüd döyüşü
Ühüddə Əshabı kiram Peyğəmbərimizin ətrafına toplanmış, canlarını sipər edib Onu mühafizə edirdilər. Həzrəti Talha ibn Übeydullah da bunlar arasında olub Rəsulullahın yanından ayrılmamışdı.
Ühüddə Müsəlmanlar bir ara qarışıqlıq içində olub dağıldıqları zaman sevgili Peyğəmbərimiz;
— Ey Allahın qulları mənə doğru gəlin! Ey Allahın qulları mənə doğru gəlin! buyuraraq səslənincə ancaq otuz səhabə gələ bilmişdi və Peyğəmbər əfəndimiz müşriklər tərəfindən tamamilə əhatə edilmişdi.
Müşriklərin yaxşıca yaxınlaşdıqları bir sırada Peyğəmbərimiz;
— Bunları kim qarşılayar, kim dayandırar? buyurdu.
Hər kəsdən əvvəl…
Talha ibn Übeydullah həzrətləri;
— Mən Ya Rəsulallah! Deyib irəli atılmaq istədi.
Peyğəmbər əfəndimiz;
— Sənin kimi daha kim var? buyurdular. Mədinəli səhabələrdən biri;
— Ya Rəsulallah! Mən! deyərək icazə istədi. Sevgili Peyğəmbərimiz;
— Haydı, sən qarşıla! buyurunca Mədinəli səhabə irəli çıxdı və müşriklərin üzərinə atıldı. Bənzərinə rast gəlinməyən qəhrəmanlıqlar göstərdi. Bir neçə kafir öldürdükdən sonra şəhadət şərbətini içdi.
Rəsulu-əkrəm əfəndimiz, yenə;
— Bunları kim qarşılayar, kim dayandırar? buyurdu.
Hər kəsdən əvvəl yenə Talha həzrətləri:
— Mən Ya Rəsulallah! deyərək irəli çıxdı.
Peyğəmbər əfəndimiz;
— Sənin kimi daha kim var? deyə soruşduqda, Ənsardan bir mübarək;
— Mən qarşılayaram ya Rəsulallah! dedi.
— Haydi onları sən qarşıla!
O da müşriklərlə vuruşa-vuruşa şəhid oldu.
Bu şəkildə Peyğəmbər əfəndimizin o anda yanında olan bütün səhabələr vuruşa-vuruşa şəhadətə qovuşdular. Kainatın sultanı əfəndimizin o anda yanında Talha ibn Übeydullah həzrətlərindən başqa heç kim qalmamışdı.
Həzrəti Talha Rəsulullaha bir zərər gələr deyə qorxur, dörd bir tərəfə qaçır, kafirlərlə var gücü ilə vuruşurdu. Onun bu qədər ardıcıl qılınc sallaması, bir anda Rəsulullahın hər tərəfindəki düşmənə qarşılıq verməsi, ox, qılınc zərbələrinə bədənini qalxan etməsi, görülməmiş bir hadisə idi.
Həzrəti Talha pərvanə kimi fırlanır, özünə dəyən qılınc zərbələrinə heç fikir vermirdi. Diləyi, Kainatın sultanını qorumaq, bu yolda digər qardaşları kimi şəhid olmaqdı. Bədənində yaralanmayan yer qalmamışdı, paltarında qandan başqa bir şey görünməz olmuşdu. Ancaq o, buna baxmayaraq dörd bir tərəfə yetişirdi.
Sevginin işarəsi
Müşriklərdən çox iti nişançı, atdığını vuran Malik ibn Zübeyr adlı bir oxçu vardı. Bu müşrik Peyğəmbər əfəndimizi nişan alıb bir ox atdı. Rəsulullaha doğru gələn bu oxa, başqa heç bir şəkildə qarşı dura bilməyəcəyini anlayan Həzrəti Talha, əlini açaraq oxa qarşı tutdu. Ox əlini parçaladı.
Həzrəti Talhanın atılan oxa qarşı əlini tutması, candan artıq yüksəlmiş olan sevginin, kəmala gəlmiş olan bir imanın, məhəbbət ilə dolu bir ürəyin, izah olunmayan bir sevginin göstəricisi olaraq ortaya çıxmasıdır.
Ühüd döyüşündə müşriklərin hücum etdiyi və Rəsulullah əfəndimiz və Talha ibn Übeydullahın yanında kimsə qalmadığı anda, Həzrəti Əbu Bəkir və Səd ibn Əbu Vaqqas həzrətləri, Rəsulu əkrəm əfəndimizin yanına çatdılar.
İgidlərin əfəndisi Həzrəti Talha da bu arada qan itkisindən isti torpağa düşüb huşunu itirdi. Hər yeri qılınc, mizraq və ox zərbələriylə dəlik-deşik idi. Altmış altı böyük yarası, saysız da kiçik yarası vardı.
Üzünə su səpdilər
Sevgili Peyğəmbərimiz Həzrəti Əbu Bəkirə dərhal Həzrəti Talhaya köməyə gəlməsini əmr etdilər. Əbu Bəkir Həzrəti Talhanın ayılması üçün mübarək üzünə su səpdi. Talha ibn Übeydullah həzrətləri ayılar ayılmaz;
— Ya Əbu Bəkir! Rəsulullah necədir?
— Rəsulullah yaxşıdır. O məni göndərdi.
— Allahu təalaya sonsuz şükürlər olsun. O sağ olduqdan sonra hər müsibət heçdir.
O sırada bir neçə səhabə də gəlib çatdı. Aləmlərin əfəndisi Həzrəti Talhanın yanına təşrif etdilər. Yaralı mücahid sevincindən ağladı. Peyğəmbər əfəndimiz onun bədənini məsh etdikdən sonra əllərini açıb;
— Allahım! Ona şəfa ver, qüvvət ehsan et! deyə dua buyurdular.
Rəsulu əkrəm əfəndimizin bir möcüzəsi olaraq Həzrəti Talha sağlam bir şəkildə ayağa qalxdı və təkrar düşmənlə döyüşməyə başladı. Sevgili Peyğəmbərimiz onun üçün buyurdu ki;
— Ühüd günü yer üzündə sağımda Cəbrayıldan, solumda Talha ibn Übeydullahdan başqa mənə yaxın heç kimin olmadığını gördüm. Yer üzündə gəzən Cənnətlik bir kimsəyə baxmaq istəyən, Talha ibn Übeydullaha baxsın!
Yenə Ühüddə İbni Kamia adlı bir kafir Peyğəmbərimizi öldürməyə and içmişdi. Hər yerdə Rəsulullahı axtarırdı. Peyğəmbərimizin üzərində iki zireh vardı. Başında da dəbilqə vardı. İbni Kamia Rəsulullaha qılınc ilə hücum etdi. Qılıncın zərbəsi ilə Rəsulullahın mübarək çiyinləri yaralandı. Digər bir hücum nəticəsində Rəsulullah əfəndimiz Əbu Amir tərəfindən qazılan çuxura düşdü. Dəbilqənin iki halqası mübarək üzünə batdı. İlk yetişən Əli ibn Əbu Talib oldu. Talha ibn Übeydullah ilə birlikdə çuxurdan çıxardılar.
Peyğəmbər əfəndimiz bundan sonra Ühüd dağındakı qayalıqlara çıxıb istirahət etmək istədilər. Amma çox yorğun idilər. Həzrəti Talha:
— Ya Rəsulallah! Mən sizi çıxardım, deyərək, dərhal yerə çökdü. Peyğəmbər əfəndimizi kürəyinə alıb qayalığa qədər çıxardı. O zaman Rəsulu əkrəm əfəndimiz buyurdu ki:
— Talha Rəsulullaha kömək etdiyi zaman Cənnət ona vacib oldu.
Talha ibn Übeydullah Ühüd Döyüşündən Məkkənin fəthinə qədər keçən müddət ərzində olan bütün döyüşlərə qatıldı. Həmçinin Hudəybiyyədə Biəti Rıdvanda və Hunəyn döyüşlərində iştirak etdi.
Fəyyaz ləqəbini aldı
Təbuk döyüşündə hər kəs əlindən gələn səylə ordunu təchiz etmək üçün məşğul olarkən, o da, hər kəslə yarışarcasına, var-yoxunu, nəyi varsa sərf etmiş, bu səbəblə Fəyyaz ləqəbini almışdır.
Həzrəti Əbu Bəkirin xilafəti zamanında da bütün döyüşlərə qatıldı. Həzrəti Əbu Bəkir xəstələndiyi vaxt yerinə kimin xəlifə olacağını Həzrəti Talha ilə məsləhətləşmiş və o da;
— Həzrəti Ömər bu məqama ən çox layiq olan şəxsdir. Cənabı Haqq sənə; “Müsəlmanların işini kimə həvalə etdin?” desə, pak və alnı açıq; “Həzrəti Ömərə həvalə etdim” deyərsən, deyə tövsiyə etmişdi.
Talha ibn Übeydullah Həzrəti Ömər zamanında şura məclisinin üzvü idi. Xəlifə Ömər hər barədə onun rəyinə müraciət edərdi. Həzrəti Ömərin vəfat etmədən əvvəl xəlifə seçilmək üçün namizəd göstərdiyi altı şəxsdən biri də Talha ibn Übeydullahdır.
Talha ibn Übeydullah Cəməl döyüşündə şəhid oldu. Həzrəti Əli hərb meydanını gəzərkən Həzrəti Talhanı ölənlər arasında görəndə kədərləndi və çox ağladı. Qucağına götürdü. Üzündəki torpaqları sildi və;
— Ey Talha! Səmanın ulduzları altında səni torpağın üzərində uzanmış görmək mənə çox ağır gəldi və məni qəlbimdən vurdu. Kaş ki, iyirmi il əvvəl ölsəydim, buyurdu. Namazını özü qıldırdı.
Mənə əziyyət verir
Vəfatından iyirmi il sonra qızı Aişə bir gecə yuxusunda atasını gördüyündə;
— Ya Aişə! Qəbrimin bir tərəfindən sızan su mənə əziyyət verir, məni buradan çıxart və başqa yerə dəfn et, deyə tənbeh etdi.
Buna görə qızı Aişə çox kədərləndi və qohumlarından bəzilərini götürərək qəbri-şərifini açdılar. Sızan su səbəbiylə bədəninin bir tərəfi yüngül yaşıllaşmış, digər yerləri yeni dəfn edilmiş və bir telinə belə zərər gəlməmiş şəkildə gördülər və bir başqa məzara dəfn etdilər.
Həzrəti Talha Əshabı kiramın ən üstlərindən olub qovuşa bilmədiyi fəzilət yalnız Xüləfayi-Raşidin dərəcəsi olmuşdur. Peyğəmbər əfəndimiz buyurdu ki:
— Yer üzündə Cənnətlik bir kimsə görmək istəyən Talha ibn Übeydullahın üzünə baxsın!
Həzrəti Aişə rəvayət edir:
Bir gün Əbu Bəkir Übeydullah Rəsulullahın yanına girmişdi. Rəsulullah ona;
— Ya Əbu Bəkir! Sən, Atik yəni Allahu təalanın Cəhənnəmdən azad etdiyi adamsan, buyurdu. Ondan əvvəl kimsəyə belə Atik adı verilməmişdi.
Sonra Talha ibn Übeydullah içəri girdi. Rəsulullah əfəndimiz ona da buyurdu ki;
— Ey Talha! Sən də şəhid olmağı gözləyənlərdənsən.
Həzrəti Talha Zil-Qaradə döyüşündə mücahidlərin susuz qalmaması üçün quyu satın alıb onu möminlərə vəqf etmişdi. O zaman onun tərəfindən quyu satın almaq və vəqf etmək çox böyük səxavət idi. Zül-Usra döyüşündə isə döyüşə qatılanları tək başına doydurmuşdur.
Gündəlik gəliri min qızıl idi. Öküzləri güdər, kasıbların ehtiyaclarını qarşılayar, çarəsizlərə kömək edərdi. Möhtac olanlara pul verərdi. Təymoğullarının bütün möhtac olanları onun qayğısı altında idi. Həzrəti Talha onların dullarını evləndirər, borclularının borclarını ödəyərdi.
Bir gün bir Bədəvi Həzrəti Talhaya gəlib qohumluq iddia edərək kömək istədi. Həzrəti Talha qohumluq bağının çox əhəmiyyətli olduğunu söyləyərək, bir ərazisi olduğunu istədiyi təqdirdə onu almasını və ya satıb pulunu verməyi təklif etdi. Bədəvi pulunu almaq istəyincə, ərazini Həzrəti Osmana satıb pulunu Bədəviyə verdi.
Əxlaqını bilirəm
Əshabı kiramdan bir çox şəxs Ümmü Əban xatunla evlənmək üçün təklif etmişdilər. Ancaq o heç birini qəbul etməmişdi. Talha ibn Übeydullah təklif edəndə qəbul etdi. Səbəbi soruşulduğu zaman;
— Onun əxlaqını bilirəm. Evinə girərkən gülər üzlə girər, evindən çıxarkən təbəssümlə çıxar. Ondan bir şey istənildiyində verər, özünə bir yaxşılıq edildiyi zaman təşəkkür edər. Bir qüsur görüncə bağışlayar, deyə cavab vermiş və onunla evlənmişdi.
Həzrəti Talha ticarətlə və əkinçiliklə məşğul olub böyük ferma sahibi idi. Özünün Xeybərdə və İraqda çox əraziləri vardı. Belə böyük bir zənginliyin içində olmasına baxmayaraq, çox az yeyər, israf etməz və israf edənləri sevməzdi.
В корзине: 0 шт.
на сумму: 0