Facebook Twitter WhatsApp

Cabir ibn Abdullah

Səhabənin ən çox hədis bildirənlərindəndir.

Cabir ibn Abdullahın atası Abdullah ibn Amr, ikinci Əqəbə biyətində İslamiyyəti qəbul etmiş və  Rəsuli-əkrəm  əfəndimiz tərəfindən Bəni Həsənə təmsilçi olaraq  təyin edilmişdi.  Bu sıralarda Cabir gənc bir oğlan idi. O da atası ilə birlikdə Əqəbədə idi və biyət etmişdi.  Yeddi bacısı vardı, qardaşı yox idi.  Ümmü Məbəd bacılarının ən üstünü idi.

Şəhid olmağını istəyərdim

Cabir ibn Abdullah həzrətləri Bədir döyüşünə qatıla bilmədi. Ühüd döyüşündə iştirak etmək üçün Rəsulullah əfəndimizdən icazə istədi. Rəsulullah əfəndimiz atasından icazə ala bilərsə,  icazə verəcəyini bildirdi.

Həzrəti Cabir atasından icazə istədiyi zaman atası, qızlarının kimsəsiz qalmaması üçün oğlunu hərbdə iştirakdan çəkindirərək dedi ki:

— Oğlum, bu qızların kimsəsiz qalmalarını düşünməsəm, gözümün önündə sənin şəhid olmağını istəyərdim.

Abdullah oğlu Cabirin şəhid olduğunu görə bilmədi, amma özü bu döyüşdə şəhid oldu.  Həzrəti Cabir belə deyir:

“Atam, Ühüddə şəhid olmuşdu. Bacım mənə bir dəvə verərək dedi ki:

— Get, atamızı bu dəvənin üzərində daşı. Onu Sələmoğullarının qəbiristanlığına dəfn et!

Mən də dəvəni alaraq savaş meydanına getdim. Yanımda bir neçə adam daha vardı. Rəsuli-əkrəm əfəndimiz atamı savaş yerindən götürərək ailə qəbiristanlığına aparmaq istədiyimi anladılar. O sırada Rəsuli-əkrəm Ühüddə idilər. Məni hüzurlarına çağırdılar və buyurdular ki:

— Nəfsim qüdrətində olan Allahu təalaya and içirəm ki, Abdullah da yoldaşları ilə dəfn ediləcəkdir.

Rəsuli-əkrəmin bu sözü üzərinə mən də atamı daşımaqdan imtina etdim. Onu Ühüd şəhidləri ilə birlikdə dəfn etdim.”

Allahu təala diriltdi

Cabir ibn Abdullah belə buyurur:

“Atam şəhid olanda Rəsulullah əfəndimiz məndən soruşdu:

— Ey Cabir! Sənə müjdə verimmi?

— Bəli ya Rəsulallah.

— Atan Uhudda şəhid olanda Allahu təala onu diriltdi və “Ey Abdullah!  Sənə nə etməyimi arzu edirsən?” deyə soruşdu. O da, “Ya Rəbbi! Mən sənə haqqıyla qulluq edə bilmədim.  Məni dünyaya döndürməni və yenə sənin yolunda vuruşaraq təkrar şəhid olmağı arzu edirəm” dedi. Allahu təala da, “Mən, şəhidlər qayıtmayacaqlar deyə hökm etdim” buyurdu.  “Elə isə ya Rəbbi, geridə qalanlara bunu çatdır” dedi.

Bunun üzərinə Əli-İmran surəsi 169-171-ci ayələri nazil oldu.”

Uhud şəhidlərinin qəbri 46 il sonra su çıxarmaq üçün açılması lazım idi. Cabir ibn Abdullah atasının qəbiri açıldığı zaman atasını yatmış vəziyyətdə tapdığını, heç bir dəyişikliyə uğramadığını, üzünün qara ağ xətli bir kəfənlə, ayaqlarının da üzərlik otuyla örtülü olduğunu, aradan 46 il keçdiyi halda, hər ikisinin də heç dəyişməmiş olduğunu gördüyünü söyləmişdir.

Cabir ibn Abdullahın atası şəhid olduğu vaxt bir xeyli borcu vardı. Bu borcların mühüm bir qismi ətrafda yaşayan Yəhudilərə idi. Atasının şəhadətindən sonra, borc yiyələri Cabir ibn Abdullahı sıxışdıraraq borclarını istəmişdilər. Ancaq, Cabir ibn Abdullahın əlində, atasından qalan kiçik bir xurmalıqdan başqa bir şey yox idi. Buradakı xurmalar da borcunu ödəyəcək miqdarda deyildi.

Çox çətin vəziyyətdə qalan Cabir ibn Abdullah, halını insanların ən mərhəmətlisi olan Peyğəmbər əfəndimizə gedərək ərz etdi:

—  Ya Rəsulallah! Atam Uhudda şəhid oldu. Böyük miqdarda da borcu qaldı. Borc yiyələri sıxışdırırlar. Kömək edin borcun bir qismi gələn ilə qalsın.

Rəsulullah əfəndimiz təşrif edəcək

Rəsuli-əkrəm əfəndimiz təklifini qəbul buyuraraq, xurmaların bir hissəsinin yığılmasını və onlara xəbər verilməsini buyurdular.

Cabir ibn Abdullah evinə gələrək hazırlıq gördü və xanımına da dedi ki:

— Bizə Rəsulullah əfəndimiz təşrif edəcək. Əsla Onu narahat etmə.

Rəsuli-əkrəm əfəndimiz,  Cabir ibn Abdullahın evinə getdikləri zaman buyurdular ki:

— Borc yiyələrini çağırın!

Borc yiyələri gəldi. Rəsulullah əfəndimiz toplanan bir qisim xurmadan hamısına haqlarını verdikdən sonra bir miqdar xurma yenə Cabir ibn Abdullaha qaldı. Peyğəmbərimiz bu möcüzəni Əshabı-kirama da danışmasını Cabir ibn Abdullaha əmr buyurdu.

Bu arada Rəsulullah əfəndimizin gəldiyini pərdə arxasından görən xanımı da dedi ki:

— Ya Rəsulallah! Mənə və ərimə dua edin.

Rəsulullah əfəndimiz də, “Allahu təala səni və ərini məğfirət etsin” buyurdu.

Rəsulullah əfəndimiz getdikdən sonra Həzrəti Cabir xanımına dedi ki:

— Mən sənə Rəsuli-əkrəm əfəndimizi narahat etməyək demədimmi?

Bunun üzərinə xanımı da belə cavab verdi:

— Rəsuli-əkrəm əfəndimiz evimizə təşrif etsin, mən ondan özümə və ərimə necə dua istəməyim? Biz onsuz da  Rəsulullahın himmət və köməyi ilə borclarımızdan xilas olduq.

Müsəlmanlar fəth edəcək

Xəndək qəzasında Rəsuli-əkrəm əfəndimizin yanında olan Cabir ibn Abdullah, o günlərdən belə danışır:

“Xəndək müharibəsində Rəsuli-əkrəm ilə Əshabı üç gün ağızlarına bir tikə qoymamışdılar. Bu sırada Rəsuli-əkrəmə diqqət etdim. Mübarək qarınlarına daş bağlamışdılar.  Xəndək qazmaqla məşğul olan Əshabı bir daş parçasını qıra bilmədiklərini Peyğəmbər əfəndimizə xəbər verdilər.

Peyğəmbər əfəndimiz onlara, “Siz bu qaya parçasının üstünə bir az su səpin” buyurmuşdu. Sonra külüngü almış və qayaya üç dəfə vurmuşlar, hər vuruşlarında qüvvətli bir atəş çıxmış, Yəmən, İstanbul, Faris bölgələri görünmüşdü. Bunun hikməti soruşulduğu vaxt Peyğəmbər əfəndimiz, “Buraların Müsəlmanlar tərəfindən fəth ediləcəyinin işarəsidir” buyurmuşdur.

“Peyğəmbər əfəndimiz Xəndək qəzasında bir qayanı parçalayarkən, mübarək qarnı açıldı.  Aclıqdan mədəsinin üzərinə daş bağladığını gördük.

Bu halı görüncə çox kədərləndim.  Dərhal Rəsulullahın hüzuruna gəlib  icazə aldım və  evə gedib xanıma dedim ki:

— Rəsulullah elə bir vəziyyətdədir ki, dözüləsi deyil. Aclıqdan qarnına daş bağlamışlar. Evdə  yemək varmı?

— Bilirsən evimizdə bir oğlaqla bir neçə ovuc arpadan başqa bir şeyimiz yoxdur.

— Olsun, heç olmazsa onları ikram edək.

Yeməyin nə qədərdir

Sonra dərhal oğlağı kəsdim, arpanı əl dəyirmanında üyüdüb un etdim.

Xəmir edib təndirdə bişirdik.  Əti də qazana qoyub qaynatmağa başladıq.

Bu hazırlığı etdikdən sonra sevinclə Rəsulullahın yanına gedib dedim ki:

— Ya Rəsulallah, bir az yeməyim var. Yanınıza bir necə adam alıb  yeməyə gələ bilərsənizmi?

Rəsulullah əfəndimiz soruşdu:

— Yeməyin nə qədərdir?

— Bir oğlaq və bir neçə ovuc arpa unu.

— Yeməyin həm çox, həm də gözəldir. Xanımına söylə, mən gələnə qədər təndirdən ət qazanını və çörəyi çıxarmasın!

Sonra da mücahidlərə dönüb buyurdu ki:

— Ey Xəndək xalqı! Qalxın, Cabirin ziyafətinə gedəcəyik.

Bu əmr üzərinə Əshabı-kiram toplandı. Peyğəmbər əfəndimiz öndə olmaq üzrə bizim evə doğru gəlməyə başladılar.  Mən bunlardan əvvəl evə gəlib xanıma dedim ki:

— Peyğəmbər əfəndimiz Əshabı-kiramın hamısını alıb yeməyə gəlir. Bilirsən yeməyimiz azdır. İndi nə edəcəyik?

— Rəsulullah səndən yeməyin nə qədər olduğunu soruşdumu?

— Soruşdu. Mən də vəziyyəti olduğu kimi dedim.

— Əshabı-kiramı sən dəvət etdin, yoxsa Rəsulullah əfəndimiz?

— Rəsulullah əfəndimiz dəvət etdi.

— O zaman narahat olmağa səbəb yoxdur.

Hər kəsə çatan yemək

Bir az sonra Peyğəmbər əfəndimiz böyük bir qrup ilə qapıya gəldi.

Peyğəmbər əfəndimiz əvvəl ətin və yeməyin bərəkətli olması üçün dua buyurdu.  Sonra təndirdən şəxsən əlləri ilə yeməyi və çörəyi payladı.

Bütün Əshabı-kiram doyana qədər yedilər. And içirəm ki, mindən çox adam yemək yedi, ancaq nə ətdə nə də çörəkdə bir azalma olmadı. Yeməyi və çörəyi sonra qonşulara payladıq.

Cabirin atası Ühüddə şəhid olanda bacıları kimsəsiz qaldı. Bunun üzərinə Həzrəti Cabir dul bir qadın olan Süheymə binti Məsud ilə evləndi. Yeddi bacısına baxa bilmək üçün belə dul birini seçmişdi. Rəsulullah bunu eşidincə buyurdu ki:

— Ey Cabir! Demək atandan sonra evləndin.

— Bəli ya Rəsulallah.

— Dul aldın, yoxsa qız?

— Dul adım ya Rəsulallah.

— Qız alsaydın daha yaxşı olmazdımı?

— Ya Rəsulallah! Atam Ühüddə şəhid olunca geridə yeddi qız uşağı buraxdı. Doğrusu, mən qoca bir qadınla evlənməyi, onun da, uşaqları başına toplamasını, onların saçlarını, başlarını daramasını, onlar üzərində bir mürəbbiyyə (tərbiyəçi) olmasını daha xeyirli gördüm.

Doğru etdin

Bunun üzərinə Rəsulullah əfəndimiz belə buyurmuşdur:

— Doğru etdin. Allahu təala zövcəni haqqında xeyirli və mübarək etsin.

Həzrəti Cabir yaraşıqlı, sevimli, gözəl əxlaqlı, sünnəti-səniyyəyə uymağa çox diqqət edən, mərhəmətli, nəzakətli, könül oxşayan möhtərəm biri idi. Həzrəti Cabirin evinin Məscidi Nəbidən 2 kilometr uzaq olmasına baxmayaraq hər namazı Peyğəmbər əfəndimizlə, Məscidi Nəbiyə gələrək qılardı. Haqqı söyləməkdə ədalətdən ayrılmaz, əmri-məruf və nəhyi-münkəri bildirməkdə çox səy göstərərdi. Rəsuli-əkrəmin necə namaz qıldığını görmək istəyən onun yanına gələr, Həzrəti Cabir də onlara tərif edərdi.

Belə buyurur:

“Rəsuli-əkrəm Məkkədə on il qalaraq hər kəsin toplandığı Uqaz və Məcənnə kimi bazarlarda və Mina dağına çıxaraq xalqa xitabən, “Rəbbimin, risalətini təbliğ üçün mənə kim kömək etsə, Cənnəti qazanar” deyərdi. Lakin, Əbu Cəhil, Əbu Ləhəb kimi kafirlər, “Bizi bunun üçün çağırdın, əsla inanmayın!”  deyərək  insanları aldadardılar.

Nəhayət biz Mədinədən gələrək Rəsuli-əkrəmi tapıb, Ona iman etmiş və şəhərimizə dəvət edərək kömək etmişdik. Müsəlman olanlara, Rəsuli-əkrəm, Quranı-kərim oxuyardı.  Onlar da qayıtdıqları zaman ailələrinə İslamiyyəti təbliğ edər, onların iman ilə şərəflənmələrinə vəsilə olardılar.

Könülləri iman ilə dolu olan Peyğəmbərimizi hər şeydən çox sevən Müsəlmanlar  toplanaraq dedilər ki:

— Rəsuli-əkrəmə müşriklər tərəfindən təhqir, əziyyət edilməsinə nə zamana qədər icazə verəcəyik?

Sizə biyət edəcəyik

            Bunun üzərinə aramızdan 70 adam həcc mövsümündə Mədinədən hərəkət edərək Rəsuli-əkrəmi tapdıq. Rəsuli-əkrəm ilə Əqabədə görüşmək üçün razılaşdıq. Bir-bir, iki-iki o mövqedə toplandıq.  Rəsuli-əkrəmə, ona biyət etmək istədiyimizi ərz etdik. Rəsuli-əkrəm buyurdu ki:

— Mənə yaxşı və pis zamanlarda biyət etmək, darlıq və bolluq zamanlarında infaq etmək,  əmri-bil-məruf və nəhyi-anil-münkərə riayət etmək, hər sözü Allahu təala üçün söyləyərək bu yolda heç bir şeydən qorxmamaq, mənə kömək etmək, canlarınızı, mallarınızı, uşaqlarınızı nələrdən qoruyursanız məni də elə qorumaq üzrə biyət edin,  mükafatınız Cənnətdir.

Rəsulullah əfəndimiz sözlərini bitirdikdən sonra qalxıb ona biyət etdik.”

Cabir ibn Abdullah biyəti-Ridvanda da iştirak etdi.  Özü belə nəql edir:

“Rəsulullah əfəndimiz buyurdu ki:

— Ağac altında mənimlə sözləşənlərdən heç biri Cəhənnəmə girməz!”

Bu xəstəlikdən vəfat etməyəcəksən

Bir gün Həzrəti Cabir xəstələnmişdi. Rəsulullah əfəndimiz onun ziyarətinə getdi. Huşsuz vəziyyətdə yatan Cabirin üzünə su səpərək  ayıltdı.

Həzrəti Cabir bu sırada yeddi bacısından hansına nə miqdarda miras qoya biləcəyini Peyğəmbər əfəndimizdən soruşdu.  Rəsuli-əkrəm əfəndimiz buyurdu ki:

— Ya Cabir, sən bu xəstəlikdən vəfat etməyəcəksən!

Elə də oldu.

Həzrəti Cabir qocaldığı zaman gözləri zəifləmişdi. İki oğlunun qoluna girərək gəzərdi.

Bir gün fitnə çıxaran bəzi kimsələr qarşısına çıxdı. Tam o əsnada Həzrəti Cabirin ayağı sürüşdü. İki oğlu dərhal sıx bir şəkildə atalarının qollarından tutaraq yıxılmasına mane oldular.  Bu sırada Həzrəti Cabir buyurdu ki:

— Rəsulullah əfəndimizi qorxutmağa cürət edənlərin vay halına!

Bunun eşidən oğulları dedilər ki:

— Peyğəmbər əfəndimiz vəfat etmişdir. Onu qorxutmaq necə  mümkün olar?

Həzrəti Cabir belə cavab verdi:

— Peyğəmbər əfəndimizdən eşitdim. “Mədinə xalqını qorxudanlar məni qorxutmağa çalışmış olurlar” buyurdu.

Rəsulullah əfəndimiz Cabir ibn Abdullahı çox sevər, tez-tez ziyarətinə gələrdi. Cabir ibn Abdullah buyurur: “Rəsulullah əfəndimiz bizə gəldi. Evdə saçları dağınıq biri vardı.  Bunu görüncə buyurdu ki:

— Bu saçlarını düzəldəcək bir şey tapa bilməmişmi?

Paltarı çirkli birini də görüncə buyurmuşdu ki:

— Paltarını yuyacaq bir şeyi yoxdurmu?”

Həzrəti Cabir deyir ki:

“Səfərdə yoldaşlarımdan birinin başı yaralandı. “Tilsim etmək caiz olar?” dedi. “Caiz olmaz, başını yu” deyildi. Yudu və öldü. Mədinəyə gəlincə Rəsulullah əfəndimizə xəbər verdik.  Buyurdu ki:

— Onun ölümünə səbəb oldular. Bilmədiklərini nə üçün soruşub öyrənmədilər? Cəhlin əlacı soruşub öyrənməkdir!”

Quyruğunu sallayaraq getdi

Cabir ibn Abdullah bir qoyunu kəsib bişirdi.  Rəsulullah əfəndimiz Əshabı-kiram ilə birlikdə yedilər.  Rəsulullah əfəndimiz buyurdu ki:

— Sümüklərini qırmayın.

Rəsulullah əfəndimiz sümükləri yığıb mübarək əllərini üstünə qoyub dua etdi. Allahu təalanın icazəsiylə qoyun dirildi və quyruğunu sallayaraq getdi.

Həzrəti Cabirin ləqəbi Əbu Abdullah və ya Əbu Abdurrahmandır. Anasının adı Nəsibədir. 601-ci ildə Mədinədə doğulmuş, 694-cü ildə 95 yaşında Mədinədə vəfat etmişdir.  Cənazə namazını Mədinə valisi olan  Həzrəti Osmanın oğlu  Əban qıldırmışdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину