Rəsulullah əfəndimizin fədaisi.
Uhud savaşında sevgili Peyğəmbərimiz son əmrlərini verdilər. İslam Ordusunun nələrə diqqət etməsi lazım olduğunu, açıq olaraq bildirdilər...
Sonra, mübarək əllərində tutduqları qılıncı göstərərək buyurdular ki:
- Bu qılıncın haqqını yerinə yetirmək şərti ilə kim almaq istəyər?
Mücahidlərin hamısı istəyirdi. Fəqət Həzrəti Əbu Dücanə yüksək səslə soruşdu:
- Ya Rəsulullah! Bu qılıncın haqqı nədir?
Qılıncın haqqı
- Onun haqqı əyilib bükülənə qədər düşmənin üzünə vurmaqdır, vurmaqdır. Onun haqqı Müsəlman öldürməmək, onunla kafirlərin qarşısından qaçmamaqdır. Onunla Allahu təala sənə zəfər yaxud şəhidlik nəsib edincəyə qədər Allah yolunda döyüşməkdir.
Həzrəti Əbu Dücanə Mədinəli mücahidlərin ən bahadırlarından biri idi. Belə söylədi:
- Qılıncı, o şərtlə ala bilərəm ya Rəsulallah.
Peyğəmbər əfəndimiz təbəssüm etdilər. Sonra, qılıncı uzatdılar. Üzərinə, Ərəbcə bu beyt oyulmuşdu:
“Qorxaqlıqda zillət, utanc irəli atılmaqda izzət, şərəf vardır. İnsan qorxaqlıq etsə belə taleyindən qaça bilməz.”
Əbu Dücanə həzrətləri o qədər sevindi ki, sevincindən pəhləvanlar kimi getməyə başladı. Geniş və dik addımlar atırdı. Başına qırmızı bir tənzif bağladı. Sanki, fırtına kimi düşmənə əsmək üçün hazırlanırdı.
Əslində Əshabı-kiram, yəni Peyğəmbər əfəndimizin sevgili yoldaşları təvazökar, sadə, təkəbbürsüz insanlardı. Halbuki indi Əbu Dücanə həzrətləri bir az qürurlu görünürdü. Öz aralarında danışmağa başladılar:
- Belə getmək, Müsəlmana yaraşarmı?
- Qürur və təkəbbür bizə görə deyil ki.
Ancaq Rəsuli Əkrəm əfəndimiz onları susdurdular və buyurdular ki:
- Bu bir gedişdir ki, hərb meydanları xaricində Allahu təalanın qəzəbinə səbəbdir...
Həzrəti Əbu Dücanə şahin kimi düşmən üstünə atılırdı. Əlindəki qılıncın haqqını vermək üçün, canını verməyə hazır id. Önünə çıxan dinsizləri, müşrikləri qılıncladı, qılıncladı. Kimisini öldürdü, kimisini yaraladı. Bu gedişindən, heybətindən qorxan xainlər çaxnaşmaya düşüb dağılırdılar.
O qurtularsa
Uhud Döyüşündə müşriklərin azğınlarından Asim ibn Əbi Avf qudurmuş bir canavar kimi Müsəlmanlara hücum edir, bir tərəfdən də:
- Ey Qureyş camaatı! Qohumluq haqlarına riayət etməyən, qövmünüzü bölən hər kəslə döyüşməkdən geri qalmayın. Əgər O qurtularsa mən qurtulmayım, deyə qışqıraraq Qureyş kafirlərini savaşa təşviq edirdi.
Əbu Dücanə həzrətləri bu qəddar kafiri susdurmaq lazım olduğu anlamış və vuruşa-vuruşa ona yaxınlaşıb, bu İslam düşmənini öldürərək lazımi cəzasını vermişdi.
Əbu Dücanə həzrətləri bununla məşğul ikən müşriklərdən Məbəd ibn Vəhb, Əbu Dücanəyə möhkəm bir qılınc zərbəsi endirmişdi. Əbu Dücanə həzrətləri məharətli bir şəkildə yerə çökərək bu öldürücü zərbədən qurtulmuş, dərhal sonra tələsik qalxıb hücum edərək, Məbədi yaralamış, bir çuxura salmışdı.
Sonra da çuxura düşdü, başını kəsib kafirlərə doğru atdı. Bu hal, Qureyş kafirlərinin onsuzda pozulmuş olan əhvallarını daha çox pozmağa səbəb olmuşdu.
Uhud savaşının ən qızğın vaxtları idi. Mühacirlərdən Zübeyr ibn Avvəm qılıncın ona verilməməsindən ötrü kədərllənmişdi. Öz-özünə dedi ki:
- Mən Rəsulullahdan qılıncı istədim. Onu mənə vermədi, Əbu Dücanəyə verdi. Halbuki mən bibisi Safiyyənin oğluyam. Üstəlik də Qureyşliyəm. Halbuki əvvəl mən istəmişdim. Gedib baxım Əbu Dücanə məndən çox nə edə biləcək?”
Əbu Dücanəni izləməyə başladı. Əbu Dücanə həzrətləri beytlər oxuyur, müşriklərdən kimə rast gəlsə, onu vurub öldürürdü. Müşriklərin ən azğınlarından, iri cüssəli Əbu Zül-Kərş hər tərəfi zirehlə örtülmüşdü, sadəcə gözləri görünürdü. Əbu Dücanə həzrətləri ilə qarşı-qarşıya gəldi. Kafir qışqırırdı:
- Mən Əbu Zül-Kərşəm!
Bu ad ona uzun boyuna baxmayaraq böyük göbəyinə görə verilmişdi.
İkiyə böldü
Əvvəl Əbu Dücanə həzrətlərinə hücum etdi. Əbu Dücanə onun zərbəsindən qalxanıyla qorundu. Əbu Zür-Kərşin qılıncı Əbu Dücanə həzrətlərinin qalxanına batdı. Qılıncını çəkdi, fəqət çıxarda bilmədi. Sıra Əbu Dücanə həzrətlərinə gəlmişdi. Bir qılınc zərbəsiylə çiynindən, ayaqlarına qədər ikiyə böldü. Canını Cəhənnəmə göndərdi.
Bundan sonra Əbu Dücanə önünə çıxan hər kafiri devirərək dağın ətəyində dəf çalaraq müşrikləri savaşa sövq edən qadınların yanına gəldi. Əbu Dücanə buyurur ki:
- Uzaqdan bir qadın gördüm ki, müşriklərə son dərəcə hirslənir, qışqırır və savaşa təşviq edirdi. Üzərinə getdim. Ətrafındakılardan imdad istədi, qışqırmağa başladı. Onun bir qadın olduğunu görəndə Rəsulullahın qılıncının şərəfini düşünərək qılıncı qadına vurmadım. Tir-tir titrəyən Qureyşli qadın belə bu mərdlik qarşısında çaşıb qaldı!
Bu qadın Əbu Süfyanın xanımı Hind idi. Daha sonra Məkkənin fəthində Müsəlman oldu.
Əbu Dücanənin hər yerə yetişdiyini, qılıncını qaldırdığı halda Əbu Süfyanın xanımı Hindi öldürməkdən imtina etdiyini görən Zübeyr ibn Avvəm həzrətləri öz-özünə dedi ki:
- Qılıncın kimə veriləcəyini Allahın Rəsulu məndən daha yaxşı bilir. Vallah mən onun döyüşməsindən daha üstün döyüşən, vuruşan bir kimsə görmədim.
Sonra Əbu Dücanənin yanına gedərək dedi ki:
- Etdiyin hər şeyi gördüm. Qadına qılıncı qaldırıb sonra vurmaqdan imtina etdiyini də gördüm.
Əbu Dücanə cavab verdi ki:
- Rəsulullahın qılıncına hörmət etdim və onu qadın qanına bulaşdırmadım.
Daha sonra Əbu Dücanə həzrətləri Həzrəti Həmzə və Həzrəti Əli və digər Əshabı-kiram ilə birlikdə yenidən düşmən üzərinə ümumi hücum üçün irəli atıldılar. Bir çox səhabə şəhid düşdü, fəqət müşriklər də qaçmağa başlamışdılar.
Peyğəmbərimiz dua etmişdi
Uhud döyüşündə Müsəlmanlar bir ara dağıldıqda, Peyğəmbər əfəndimizin yanında yeddisi mühacirlərdən, yeddisi də ənsardan olmaq üzrə on dörd səhabə qalmışdı. Bu yeddi ənsardan biri də Əbu Dücanə idi.
Əbu Dücanə eyni zamanda ölmək və ayrılmamaq üzrə üçü mühacirlərdən beşi ənsardan olan səkkiz səhabədən biri olaraq Rəsulullaha biyət etmişdi. Bu səkkiz səhabədən heç biri Uhudda şəhid olmadı, çünki bunlara Peyğəmbərimiz dua etmişdi.
Uhud döyüşündə müşriklərin azğınlarından Abdullah ibn Hüneyd Peyğəmbərimizi görəndə atını mahmızladı. Özü təpədən dırnağa silahlı və zirehlər içərisində olub, başında da dəbilqə var idi.
- Mən Züheyrin oğluyam. Mənə Mühammədi göstərin. Ya mən Onu öldürərəm yaxud Onun yanında ölərəm, deyə qışqırırdı.
Əbu Dücanə həzrətləri dərhal onun qarşısına çıxaraq dedi ki:
- Gəl yanıma! Mən bədənimlə Rəsulullahın bədənini qoruyan birisiyəm.
Abdullah ibn Hüneydin atının ayaqlarına bir qılınc çaldı. Atın ayaqları çöküncə qılıncını qaldırıb:
- Al bunu da Harəşənin oğlundan, deyib bir vuruşda onu Cəhənnəmə göndərdi.
Sən də razı ol
Peyğəmbər əfəndimiz bu olanları görürdü və buyurdu ki:
- Allahım, Əbu Dücanədən mən necə razı isəm, Sən də razı ol.
Əbu Dücanə həzrətləri Uhudda çox qəhrəmanlıq göstərdi. Rəsulullah əfəndimiz Uhud qəzasından dönüncə, Əbu Dücanə həzrətlərinə vermiş olduğu qılınclarını almışdı. Qılıncın üzərindəki müşrik qanlarını silmək üçün mübarək kərimələri Həzrəti Fatiməyə uzatdı. Bu əsnada Həzrəti Əli də öz qılıncını uzadaraq dedi ki:
- Bunu da al, bu döyüşdə çox yaxşı işimə yaradı.
Peyğəmbər əfəndimiz buyurdu ki:
- Sən müharibədə sədaqət göstərdin, müvəffəqiyyətli oldun, Səhl ibn Haris Əbu Dücanə də müvəffəqiyyətli olmuşdular.
Beləcə Əbu Dücanə və Səhl həzrətlərinin etmiş olduğu üstün xidməti bəyan buyurmuşlardır.
Cin məktubu
Əbu Dücanə həzrətləri buyurur:
Bir gecə yatırdım. Dəyirman səsi kimi və ağac yarpaqlarının səsi kimi səs eşitdim və şimşək kimi işıq gördüm. Başımı qaldırdım. Otağın ortasında qara bir şeyin yüksəldiyini gördüm. Əlimlə yoxladım. Kirpi dərisi kimi idi. Üzümə, qığılcım kimi şeylər atmağa başladı. Dərhal Rəsulullaha gedib danışdım. Buyurdu ki:
- Ey Əbu Dücanə! Allahu təala evinə xeyir və bərəkət versin!
Qələm və kağız istədi. Həzrəti Əliyə bir məktub yazdırdı. Məktubu alıb evə apardım. Başımın altına qoyub yatdım. Fəryad edən bir səs məni oyandırdı. Deyirdi ki:
- Ya Əba Dücanə! Bu məktubla məni yandırdın. Sənin sahibin bizdən əlbəttə çox yüksəkdir. Bu məktubu bizim qarşımızdan qaldırmaqdan başqa bizim üçün qurtuluş yoxdur. Artıq sənin və qonşularının evlərinə gələ bilməyəcəyik. Bu məktubun olduğu yerlərə gələ bilmərik.
Sahibimin icazəsi olmadan
Ona dedim ki:
- Sahibimdən icazə almadıqca bu məktubu qaldırmaram.
Cin ağlamasından, fəryadından o gecə mənə çox uzun gəldi.
Sübh namazını məsciddə qıldıqdan sonra cinin sözlərini danışdım. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki:
-O məktubu qaldır. Yoxsa, məktubun ağrısını qiyamətə qədər çəkərlər!
Bir kimsə bu məktubu yanında daşısa və ya evində olsa bu kimsəyə, evə və ətrafına cin gəlməz və dadanmış, zərər verən cin də gedər.
Əbu Dücanə həzrətləri hicrətin 13-cü ilində yalançı peyğəmbər Müseyləmət-ül Kəzzab ilə edilən Yəmamə döyüşündə şəhid olmuşdur.
В корзине: 0 шт.
на сумму: 0