Yəmənli səhabələrdən.
Feyruz ibn Deyləmi Sana bölgəsində idi. Rəsulullahın Peyğəmbərliyi xəbəri oraya çatanda Vebr ibn Yuhannisin təklifi ilə Müsəlman oldu və hicrətin 10-cu ilində Mədinəyə gəldi. Rəsulullahın hüzuruna gəlib biyət etdi. Peyğəmbər əfəndimizə dedi ki:
Rəsulullah əfəndimiz buyurdu ki:
Feyruz da buna cavab olaraq dedi ki:
Hansını istəyirsən seç!
Yenə Feyruz ibn Deyləmi Rəsulullaha soruşdu:
- Ya Rəsulallah! Mən Müsəlman oldum. Fəqət, kəbinlədiyim iki bacı var. İndi nə edim?
- Onlardan hansını istəyərsən seç, onu saxla! Hansını istəyirsən boşa!
- Ya Rəsulallah! Biz, üzüm sahibi kimsələrik. Allahu təala isə içkini haram etmişdir. Bu üzümləri nə edəcəyik?
- Qurudub kişmiş edin!
- Bundan necə istifadə edək?
- Tuluq içində səhər isladın, doşab edib için, axşam isladıb səhər için!
Feyruz ibn Deyləmi bir dəfə də Peyğəmbər əfəndimizə belə soruşdu:
- Ya Rəsulallah! Biz, soyuq bir məmləkətdə yaşayırıq. Bu səbəblə buğdadan edilmiş içki içirik.
- O sərxoş edirmi?
- Bəli, sərxoş edir.
- Onu içməyin!
Feyruz ibn Deyləminin Müsəlman olduğu il Rəsulullah əfəndimiz Vida həccini etdikdən sonra xəstələnmişdilər. O sırada Ərəblər arasında bəzi şəxslər peyğəmbərlik iddiasına cəhd etdi.
Çox kimsəni aldatdı
Bunların ilki Bəni Ans qəbiləsindən Əsvədi Ansi idi. Əsl adı Abhələ ibn Qabı idi. O, kahin, yüngül əxlaqlı bir adam idi. Xalqa onları heyrətə salacaq şeylər göstərər, sözləriylə dinləyənlərin diqqətini çəkərdi.
Əsvədi Ansi mələklərin özünə vəhy gətirdiyini söyləyərək Peyğəmbərlik iddiasına başladı. Bəzi hiylələrlə Yəmən xalqından bir çox kimsəni aldatdı. Nəcran əhalisi də ona tabe oldu. Sananı zəbt edib fitnə çevrəsini genişlətdi. Yəməndə olan Müsəlman vali və məmurlar oradan ayrılmaq məcburiyyətində qaldılar.
Əsvədi Ansi ilə əlaqədar xəbər Peyğəmbər əfəndimizə çatdı. Yəməndəki İslam valilərinə və oradakı Müsəlmanlara xəbər göndərdi. İstər onunla vuruşma, istərsə onun tələyə salınması şəklində olsun mütləq Əsvədi Ansi üzərində əhəmiyyətlə dayanılması lazım olduğunu əmr və tövsiyə etdilər.
Rəsulullah əfəndimiz xəstə olmalarına baxmayaraq,Əsvədi Ansi kimi yalançıların etdikləri təxribat üzərində əhəmiyyətlə dayandılar. Rəsulullah əfəndimiz bu məsələ üçün Müsəlman olmayanlarla da əlaqə qurdu. Nəticədə Əsvədi Ansi öldürüləcəkdi. Əsvədin öldürülməsi üçün zövcəsi Azad ilə də razılığa gəldilər.
O daha ölməmişdir!
Feyruz o sırada Yəməndə idi. İki yoldaşı ilə birlikdə Əsvədin yatdığı evin divarını deşdilər. Feyruz yoldaşlarından birinə içəri girib öldürməsini söylədi. Yoldaşı təhlükəli anlarda özündə titrəmə meydana gəldiyini, bu işi bacara bilməyəcəyini söylədi.
Bunun üzərinə Feyruz içəri girdi. Əsvədin yatdığı otağa yaxınlaşdı. Xorladığını eşitdi. Əsvəd dərin bir yuxuya getmiş və yatağına basdırılmış bir vəziyyətdə idi. Feyruz bu işdən xəbəri olan Azada işarə ilə başının harada olduğunu soruşdu. Azad da Əsvədin başını göstərdi.
Feyruz Əsvədin yanına gəldi. Əsvəd sərxoş olaraq yuxuya getmiş və sərxoşluğu daha keçməmişdi. Feyruz Əsvədin başını burdu və boynunu qırdı.
Sonra getmək istəyərkən, Əzad, “O daha ölmədi” dedi. Feyruz da, “Xeyr o öldü” deyərək yoldaşlarının yanına getdi. Olanları danışdı. Yoldaşları dedilər ki:
- Qayıt, başını da kəs! Bərabərcə təkrar oraya gəldilər. Feyruz, başını kəsəcəyi vaxt Əsvəd titrəməyə başladı.
Feyruz yoldaşlarına sinəsinə oturmalarını söylədi.
Azad da Əsvədin başını tutdu. Əsvəddən xırıltılar gəlirdi. Boğazı kəsiləndə şiddətli bir böyürtü eşidildi.
Feyruz ilə yoldaşları oradan ayrıldılar.
Ertəsi gün Feyruz və yoldaşları qəbilələrinə Əsvədin öldürüldüyünü və Muhamməd əleyhissalamın haqq Peyğəmbər olduğunu elan etdilər. Bundan sonra Müsəlman valilər işlərinə döndülər və zəkat toplamağa başladılar.
Onu öldürən kimdir?
O gecə yalançı Əsvədi Ansinin öldürüldüyü Peyğəmbər əfəndimizə vəhylə bildirilmişdi. Sabahısı gün bu hadisəni Əshabına müjdələdi:
Əshabi kiram, “Ya Rəsulallah, onu öldürən kimdir?” dedilər. Rəsulullah əfəndimiz də buyurdular ki:
Feyruz ibn Deyləminin Əsvədin başını Peyğəmbər əfəndimizə gətirdiyi rəvayət edilər.
Feyruzun, Əbu Dahhaq və Əbu Abdullah kimi künyələri vardır. Həzrəti Osman zamanında Yəməndə vəfat etdi. Əslən Farisidir. Kisranın, Həbəşliləri Yəməndən çıxarmaları üçün Səyf ibn Zi Yazənlə birlikdə Yəmənə göndərdiyi Farsların (iranlıların) uşaqlarındandır.
В корзине: 0 шт.
на сумму: 0