İlk müsəlman səhabələrdən.
Həzrəti Habbab dəmirçilik edib, qılınc düzəldərdi. Peyğəmbər əfəndimiz onun dükanına gedər, onunla görüşərdi. Bu görüşmələrin nəticəsində Həzrəti Habbab Müsəlman olmuş, əbədi səadət yoluna qovuşmuşdu.
Müşriklərdən heç çəkinmədi
Həzrəti Habbab müdafiəsiz olmasına baxmayaraq Müsəlman olduğunu açıqlamaqdan çəkinməmişdi. Qureyşli müşriklər onun İslama girdiyini eşidəndə ona işgəncə və əziyyət verməyə başladılar.
Çılpaq bədəninə dəmir paltar geyindirib ən isti gündə, Ramdada, bədəninin yağı ərildilircəsinə günəş altında tutulduğu da olurdu.
Günəş altında qızmış ya da odda qızdırılmış daşa çılpaq kürəyini basaraq ona küfr söylətdirə bilmədilər! O böyük bir imanla;
Bunun üzərinə müşriklər hirslərindən dəliyə dönər, daha çox işgəncə etməyə başlayırdılar. Necə ki, müşriklər bir gün onu tutub soyundurdular. Düz bir yerdə yandırdıqları atəşin içinə arxası üstə yatırtdılar. Onlardan biri ayağı ilə onun sinəsinin üzərinə basıb od sönənə qədər odun içində tutdu.
İllər keçdiyi halda belə Habbabın kürəyindəki yanıqların izləri itmədi!
Həzrəti Ömər xəlifəliyi əsnasında Habbaba müşriklərdən çəkdiyi işgəncəni soruşmuşdu. Habbab dedi ki:
Həzrəti Ömər onun kürəyinə baxanda buyurdu ki:
Bunun üzərinə Habbab dedi ki:
Zalım müşrik qadın Ümmü Enmar himayəsində olan Həzrəti Habbabın Müsəlman olduğunu öyrənincə, dəliyə dönmüşdü. Ona görə bu qeyri-mümkün bir şey idi. Şirk və küfr kirləriylə ürəyi qapqara olmuş, bəsirəti korlaşmış bu bədbaxt Habbabın ürəyindəki iman nurunu haradan görə biləcəkdi? Gözləri baxır, amma həqiqəti görə bilmirdi.
Elə bu Ümmü Enmar da atəşdə qızdırdığı dəmirlə Habbabın başını dağlayardı.
Habbaba kömək et!
Habbab Peyğəmbərimizə gəlib Ümmü Enmarın etdiklərini ərz etdi. Bunun üzərinə Peyğəmbərimiz, “Allahım! Habbaba, kömək et!” deyərək dua edəndə, Ümmü Enmar dəli olub itlərlə birlikdə ulamağa başladı!
Hababba “Başını dağla” deyə tövsiyə edildi. Bunun üzərinə, Habbab dəmiri alar, atəşdə qızdırar, Ümmü Enmarın başını onunla dağlayardı! Zalımın zülmü əlbəttə hesabsız və cəzasız qalmayacaqdı. Beləcə İlahi ədalət təcəlli etmişdi. Bu səfər Həzrəti Habbab onun istəyi ilə Ümmü Enmarın başını dağlayırdı.
Məkkədə özünü qoruyacaq kimsəsi olmayan Həzrəti Habbaba müşriklərdən Əsvəd ibn Abdiyağus da işgəncə edərdi. Habbab ibn Ərəd buyurur:
“Müşriklərin ən ağır işgəncələrinə məruz qalmışdıq. Rəsulullah əfəndimizin yanına getdik. Əfəndimiz Kəbənin kölgəsində mübarək paltarını yastıq edərək ona söykənmişdi.
Bizim üçün dua et!
Müşriklərdən çəkdiklərimizi ona ərz edib dedik ki:
Rəsulullah əfəndimizin dərhal üzünün rəngi dəyişdi. Üzü al rəngdə olduğu halda qalxıb oturdu. Buyurdu ki:
Yaxud, onun sümüyünün üzərindən əti və siniri, dəmir daraqlarla daranır, qazılır amma yenə bu işgəncə onu dinindən döndürə bilməzdi!
Allahdan qorxun! Heç şübhəsiz Allahu təala sizin üçün fəth ehsan edəcək! Vallah, uca Allah bu işi şübhəsiz tamamlayacaq, bu iş mütləq tamamlanacaq! Bu işin hökmü mütləq yerinə yetiriləcəkdir! Hətta heyvanına minmiş bir kimsə Sanada çıxıb Hadramada qədər gedəcək amma, uca Allahdan başqa bir şeydən qorxmayacaq!
Ancaq, qoyunları varsa onlar haqqında qurd hücum etməsindən narahatlıq duyacaqdır. Fəqət, siz tələsirsiniz!
Bundan sonra Rəsulullah əfəndimiz kürəklərimizi oxşadı və dua buyurdular. Rəsulullahın ruhlara qida və şəfa olan bu lətif, gözəl sözləri ağrılarımızı dindirdi.”
Həzrəti Habbabın azğın müşriklərdən As ibn Vaildən çox alacağı var idi. Onu istəmək üçün yanına getdi. As ibn Vail Həzrəti Habbaba dedi ki:
-Muhammədi inkar etmədikcə sənə alacağını vermərəm.
-Vallah mən ölənə qədər, öldükdən sonra qəbirdən qalxanda da əsla Peyğəmbərimi rədd və inkar edə bilmərəm. Hər şeydən imtina edərəm amma, yenə bu inkarı edə bilmərəm.
Əzabını çoxaltdıqca çoxaldacağıq
Bunun üzərinə As ibn Vail lağ edərək dedi ki:
As ibn Vailin bu sözləri üzərinə Allahu Təala Qurani Kərimdə, Məryəm surəsinin 77, 78, 79-cu ayətiikərimələrində məalən olaraq belə buyurdu:
“İndi bu ayələrimizi inkar edən və “Əlbəttə mənə mal və övlad veriləcəkdir” deyən adamı (As ibn Vaili) gördünmü? O, qeybə vaqifmi olmuş, yoxsa Rəhmanın hüzuruna bir sözmü almış? Xeyr, elə deyil, biz onun dediyini yazacağıq və əzabını da çoxaltdıqca çoxaldacağıq.”
Həzrəti Habbab hər cür təhlükəyə baxmayaraq Müsəlmanlığını aşkar etməkdən çəkinmədiyi kimi, Qurani-Kərimi Müsəlmanlara öyrədib oxutmaq üçün bütün gücünü sərf etmişdir. Rəsulullah yeni Müsəlmanlara Qurani-Kərimi öyrətmə vəzifəsini ona vermişdi.
Taha surəsinin nazil olduğu vaxtlar idi. Həzrəti Ömərin bacısı Fatimə ilə əri Səid ibn Zeyd bunu yazdırıb Habbab ibn Ərəti evlərinə çağırmışlar, yeni ayəti-kərimələri öyrənirdilər.
Həzrəti Ömərin Müsəlman olması
Fəqət bu sırada çöldə başqa şeylər olurdu. Ömər ibn Hattab hələ Müsəlman olmamışdı. Müsəlmanlar gün keçdikcə qüvvətlənirdi. Həzrəti Həmzənin Müsəlman olması, Qureyşin məşhur şəxslərini hövsələdən çıxarmışdı. Əbu Cəhil bu işin qarşısını almaq üçün Rəsuli-Əkrəmin öldürülməsindən başqa çarə olmadığı fikirini ortaya atmışdı.
Ömər ibn Hattab qılıncı çəkmiş, yola düşmüşdü. Yolda bacısı ilə ərinin Müsəlman olduğu xəbərini alanda onların evinə getdi. Burada ürəyində iman günəşi parladı. Ömər ibn Hattab gələndə Habbab gizlənmişdi. Ömər ibn Hattabdan ürəyində iman nurunun parladığını göstərən sözlər eşidəndə, Habbab gizləndiyi yerdən çıxdı. Təkbir gətirdikdən sonra dedi ki:
Ardından Ömər ibn Hattab Rəsuli-Əkrəmin yüksək hüzurlarına gedərək Kəlimeyi-şəhadət gətirmişdi. Həzrəti Ömər daim Həzrəti Habbaba sevgi və hörmət göstərmiş, hətta xəlifəliyi əsnasında bir gün onu öz yerində oturtmuşdur.
Həzrəti Habbab ibn Ərət Məkkədə müşriklərin işgəncələri dözülməz hal alanda Rəsuli-Əkrəmdən icazə alaraq Mədinəyə hicrət etdi.
Rəsulullah əfəndimiz Mədinəyə hicrət buyurduqları vaxt Həzrəti Habbab ilə Harraş ibn Səmmənin azadlı köləsi Təmimi bir-birinə qardaş etmişdi.
Qorxu və ümid namazı
Həzrəti Habbab Rəsulullahın bütün savaşlarında iştirak etdi. Kiçik səriyyələrdən bəzilərində də iştirak etmişdi.
Həzrəti Əbu Bəkir dövründə yalançı peyğəmbərlərlə edilən müharibələrə və Suriya tərəflərində edilən səfərlərə də qatılmışdı. 657-də vətəni Kufə şəhərində vəfat etdi.
Habbab ibn Ərət bir gün Rəsulullaha şam namazı haqqında soruşmuşdu. Deyilənləri unutmuş, ertəsi gün təkrar soruşmuşdu. Rəsulullah əfəndimiz belə buyurmuşdular:
Rəsulullah əfəndimiz buyurdu ki:
В корзине: 0 шт.
на сумму: 0