Facebook Twitter WhatsApp

Hafsa binti Ömər

Peyğəmbərimizin xanımlarından.

Həzrəti Ömərin qızı olan Həzrəti Hafsa əvvəl Huneys ibn Hüzafə ilə evləndi. Huneys ilə ilk mühacirlərdən olub əvvəl Həbəşistana, sonra Mədinəyə hicrət etdi. Huneys, Bədir və Uhud döyüşlərinə qatılıb, Uhudda yaralanıb, Mədinədə şəhid oldu.

Həzrəti Hafsa gənc yaşda dul qalanda, atası Həzrəti Ömər hicrətin üçüncü ilində Həzrəti Əbu Bəkirə və Həzrəti Osmana, “Qızımı alarsınızmı?” deyə təklif etmiş, onlar da “Düşünərik” demişdilər .

Səbəbi nədir?

Bir gün Rəsulullah əfəndimiz hər üçü və başqaları yanında ikən Həzrəti Ömərə buyurdu ki:

  • Ya Ömər! Səni kədərli görürəm, səbəbi nədir?

Bir şüşədəki mürəkkəbin rəngi asan görüldüyü kimi Rəsulullah əfəndimiz də hər kəsin fikrini bir baxışda anlayar idi. Lüzum görərsə soruşardı. Həzrəti Ömər də belə cavab verdi:

  • Ya Rəsulallah! Qızımı Əbu Bəkirə və Osmana təklif etdim, qəbul etmədilər.

Rəsulullah əfəndimiz ən çox sevdiyi üç əshabının kədərlənməsini heç istəmədiyindən onları sevindirmək üçün dərhal buyurdu ki:

  • Ey Ömər! Qızını Əbu Bəkrdən və Osmandan daha yaxşı birisinə vermək istəyirsən?

Həzrəti Ömər çaşdı. Çünki Əbu Bəkrdən və Osmandan daha yüksək və daha yaxşı kimsə Rəsulullahdan başqa olmadığını bilirdi. Cavab verdi:

  • Bəli, ya Rəsulullah.

Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:

  • Ey Ömər, qızını mənə ver!

Bu surətlə Həzrəti Hafsa, Əbu Bəkrin və Osmanın və bütün möminlərin anaları oldu. Bunlar, ona xidmətçi oldu. Əbu Bəkir və Osman bir-birlərinə daha yaxın və daha sevgili oldular.

Həzrəti Hafsa haqqında hədisi-şərif deyildi. Peyğəmbərimiz özünə xitab olaraq buyurdu ki:

  • Ey Hafsa! Əsla çox danışma! Allahı xatırlamadan çox danışmaq  qəlbi öldürər. Allahın zikri ilə çox danışmaq isə qəlbi dirildər.

Yenə Həzrəti Aişə ilə ikisinə buyurdu ki:

  • Allaha tövbə etsəniz, qəlbləriniz Ona meyl edər.

Atasının qızı idi

Həzrəti Hafsa, altmış hədisi-şərif bildirdi. Peyğəmbər əfəndimizin sübh namazı üçün qalxdığı zaman dəstəmaz aldıqdan sonra evində sübhün sünnətini qıldığını xəbər verərək hədis kitablarına keçirdi.

“Peyğəmbər əfəndimizin oturaraq təsbeh namazı qıldığını görmədim. Ancaq, vəfatından bir il əvvəl təsbeh namazlarını oturaraq qılmağa başladı” buyurdu.

Həzrəti Hafsa, bilgili, iradəsi güclü, özü və sözü bir idi. Həzrəti Aişə onun haqqında: “Hafsa tam mənasıyla atasının qızı idi” buyurdu.

Dini vacibələri haqqıyla yerinə yetirərdi. Gecələri ibadətlə keçirər, gündüzləri oruc tutardı. İlin çoxunu oruclu keçirərdi. Peyğəmbər əfəndimizin kəbiniylə şərəfləndikdən sonra dini bir çox xüsuslara şəxsən şahid oldu.

Həzrəti Hafsaya, Peyğəmbərimiz vəfat edincə, beytülmaldan təminat ayrıldı. Həzrəti Əbu Bəkirin topladığı Qurani-Kərimi mühafizə etməklə vəzifələndirildi. Həzrəti Osmanın xilafətində Qurani-Kərimin çoxaldılması əsnasında, mühafizə etdiyi nüsxəni xəlifəyə təslim etdi.

Həzrəti Hafsa 665-ci ildə Mədinəyi-münəvvərədə vəfat etdi. Cənazə namazını Mərvan qıldırdı. Baqi qəbiristanlığında Abdullah ibn Ömər, Asim ibn Ömər, Salim ibn Abdullah, Həmzə ibn Abdullah qəbirə qoyub, dəfn etdilər.

Ümmətimin idarəsini əllərinə alacaqlar

Peyğəmbərimizdən 60 hədisi-şərif rəvayət etmiş, özündən də Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə hədis nəql etmişlərdir. Belə bildirilər:

Həzrəti Hafsa, Peyğəmbərimizin gecə yatdıqları vaxt nələr etdiklərini belə buyurur:

“Peyğəmbər əfəndimiz yataqlarına yatdıqları vaxt, mübarək sağ əllərini başlarının altına qoyar və belə dua edərdi: Rəbbi kini əzabəkə yəvmə təbasü badəkə [Ya Rəbbi, insanların ba’s (öldükdən sonra dirilmə, qəbirdən məhşərə çıxış) olunacaqları gündə məni əzabdan qoru!]) [3 dəfə oxuyardılar]

Peyğəmbər əfəndimiz sağ əli ilə yeyər, sağ əli ilə içər, dəstəmaza, geyinməyə, almağa və verməyə sağdan başlayardı. Bundan başqa işlərə soldan başlayardı. “Bir gün, Rəsulullah əfəndimiz Həzrəti Hafsaya buyurdu ki:

  • Əbu Bəkr ilə atan, ümmətimin idarəsini əllərinə alacaqlardır.

Bu sözlə Əbu Bəkrin və Hafsanın atası olan Həzrəti Ömərin gələcəkdə xəlifə olacaqlarını müjdələdi.

Əhzab surəsinin 28-ci ayəti-kəriməsində də bildirildiyi kimi Peyğəmbər əfəndimizə əvvəllər xanımını boşaması caiz idi. Bunun üçün Rəsulullah əfəndimiz Həzrəti Hafsaya bir talaq vermiş idi. Haqq Təaladan belə vəhy gəldi:

Ey həbibim, Hafsaya geri qayıt! Çünki o, çox oruc tutar, çox namaz qılar. Cənnətdə də sənin xanımındır.

Bu vəhy üzərinə Peyğəmbər əfəndimiz Həzrəti Hafsa anamızı təkrar kəbininə aldı. Daha sonra Əhzab surəsinin 52-ci ayəsi enərək Peyğəmbər əfəndimizin xanımlarını boşaması və başqa qadınlarla evlənməsi haram edildi.

Həzrəti Hafsa buyurur:

Rəsulullah əfəndimiz bir gün istirahət edirdi. Bu sırada Həzrəti Əbu Bəkir içəri girmək üçün icazə istədi. İcazə verilib içəri girdi. Rəsulullah heç halını dəyişdirmədi. Sonra atam Həzrəti Ömər icazə alıb içəri girdi. Yenə halını dəyişdirmədi. Uzanmış vəziyyətdə ikən onlarla söhbət etdilər.

Daha sonra Həzrəti Osman qapıya gəlib içəri girmək üçün icazə istədi. Peyğəmbər əfəndimiz oturdular və Həzrəti Osmanı bu şəkildə qəbul etdilər.

Hamısı getdikdən sonra soruşdum:

  • Həzrəti Əbu Bəkir və atam Həzrəti Ömər içəri girdiklərində heç halınızı dəyişdirmədiniz. Fəqət, Həzrəti Osman içəri girəndə, oturdunuz. Bunun səbəbi nədir?

Bunun üzərinə, Mələklərin həya etdikləri bir kimsədən, mən necə həya etməyim?” buyurdu.

Həzrəti Ömər dövlət başçısı seçildikdə Həzrəti Əbu Bəkirə təyin edilən maaş qədər ödəniş alırdı. Bu şəkildə bir müddət davam edildi. Daha sonra Həzrəti Ömər dolanışıq çətinliyinə düşdü.

Maaşını artıraq

Bu vəziyyəti görən Əshabı-kiramın böyüklərindən bəziləri toplanıb bu vəziyyəti müzakirə etdilər. Zübeyr ibn Avvam həzrətləri belə bir təklif etdi:

  • Özünə söyləyərək maaşını artıraq.

Bu təklif qəbul edilərək, “Bu təklifi onun rədd edə bilməyəcəyi biri olan qızı Həzrəti Hafsaya söylətək” dedilər.

Həzrəti Hafsaya gedərək aralarındakı söhbəti bildirdilər. Ad vermədən təkliflərini Həzrəti Ömərə bildirməsini istədilər. Həzrəti Hafsa da atasının yanına gəlib dedi ki:

  • Əshabdan bəziləri sənin maaşını az gözrürlər. Bunun üçün maaşını artırmağı təklif edirlər.

Həzrəti Ömər bu təklif üzərinə hirsləndi və qızına soruşdu:

- Kimdi onlar?

- Fikrini öyrənmədən kim olduqlarını söyləmərəm.

- Əgər kim olduqlarını öyrənsəydim, onlara lazım olan cəzanı verərdim. Allahu təalaya dua etsinlər ki, sən varsan.

Sonra qızı Həzrəti Hafsaya soruşdu:

- Sən Rəsulullahın evində ikən Allahın Rəsulunun geyindiyi ən qiymətli paltar nə idi?

- İki dənə rəngli paltarı vardı. Elçiləri onlarla qarşılayar, cümə xütbələrini bunlarla oxuyardı.

- Yaxşı yediyi ən yaxşı yemək nə idi?

- Bizim yediyimiz çörək arpa çörəyi idi. Çörək isti ikən yağ sürtər, yumuşaldardıq. Bunu gözəl gördüyümüz üçün qonaqlarına da ikram edərdik.

- Sənin yanında qaldığı zamanlar yerdə döşək olaraq istifadə etdiyiniz ən geniş, ən rahat döşək nə idi?

- Sərt parçadan tikilmiş bir örtümüz var idi. Yayda dördə qatlayar, altımıza yayardıq. Qış gələndə də yarısını altımıza yayar, yarısını da üstümüzə örtərdik.

Bir yol təqib edən üç yolçu

Daha sonra Həzrəti Ömər dedi ki:

  • Ya Hafsa, mənim tərəfimdən səni göndərənlərə söylə! Rəsulullah əfəndimiz özünə çatacaq miqdarını təsbit edər, çoxunu ehtiyac sahiblərinə verərdi. Qalanı ilə kifayətlənərdi. Vallah, mən də özümə çatacaq olanını təsbit etdim. Qalanını ehtiyac sahiblərinə verəcəyəm. Və bununla kifayətlənəcəyəm.

Mən, Rəsulullah əfəndimiz və Həzrəti Əbu Bəkir bir yol təqib edən üç adam kimiyik. Onlardan birincisi nəsibini aldı və yolun sonuna çatdı. Digəri də eyni yolu təqib etdi və Ona qovuşdu. Sonra üçüncüsü yola qoyuldu. Əgər o da əvvəlkilərin təqib etdiyi yolu təqib edər, onlar kimi yaşayarsa, onlara qovuşar və onlarla birlikdə olar. Əgər əvvəlkilərin yolunu təqib etməzsə, başqa yoldan gedərsə, onlarla görüşə bilməz.

Həzrəti Ömər beləcə çətinlik içində yaşamağı seçib, maaş artırma təklifini qəbul etmədi.