Facebook Twitter WhatsApp

Hanzala ibn əbu Əmir

Mələklərin yuduğu səhabə.

Hanzala Bədir qəzasında (müharibə) iştirak etdi. O vaxt hələ subay idi. Bədir qəzasından bir müddət sonra Abdullah ibn Ubeyin qızı Cəmilə ilə nikahlandı. Sabahısı gün də Uhudda Qureyş müşrikləriylə vuruluşacaqdı.

Hanzala gecəni Mədinədə xanımının yanında keçirmək üçün Rəsulullahdan icazə istədi. Peyğəmbərimiz də icazə buyurdu. Xanımı Cəmilə ilə o gecə birlikdə qaldı. Şənbə günü səhər də Uhuda getmək üçün təlaşdan qüsl almağı unudub çox tələsik yola çıxdı.

Nə gərək var idi?

Yola çıxacağı sırada xanımı Cəmilə orada olan qövmündən dörd adamı çağırdı və Hanzala ilə evləndiklərini söyləyib onları şahid tutdu. Oradakı dörd şahid soruşdular:

  • Buna nə gərək var idi?

Cəmilə dedi ki:

  • Yuxumda səmanın açıldığını və Hanzala içəri girdikdən sonra bağlandığını gördüm.

Peyğəmbərimiz Uhudda hərb üçün səfləri düzəldərkən Hanzala çatdı və Əshabi-kiram arasına qatıldı. Həzrəti Hanzala digər səhabələr kimi canları bahasına müşriklərin üzərinə atıldı. Şəhidlik mərtəbəsinə qovuşmaq üçün dayanmadan döyüşdü. Daha sonra müşriklər dağılıb qaçmağa başladılar.

Həzrəti Hanzala Əbu Süfyanın qarşısını kəsdi. Üzərinə hücum etdi. Əbu Süfyan yerə düşdü. Qorxudan nə edəcəyini bilməyən Əbu Süfyan;

  • Ey Qureyş, mən Əbu Süfyanam! Hanzala məni öldürəcək, yetişin, deyə səsi çıxdığı qədər qışqırmağa başladı.

Müşriklərdən bir çoxu Əbu Süfyanın səsini eşitdikləri halda öz canlarının dərdinə düşdüklərindən heç diqqət edən olmadı. Fəqət, Şəddad ibn Əsvəd, Həzrəti Hanzalaya arxadan yaxınlaşıb xaincə kürəyindən nizələdi.

Hanzala qarşılıq vermək istədi. Fəqət, imandan nəsibi olmayan bu müşrik ikinci bir zərbə daha vurub Hanzala şəhid etdi. Hanzala şəhid olanda Peyğəmbərimiz buyurdu ki:

  • Mən Hanzalanı mələklərin göylə yer arasında, gümüş bir nimçə içində, yağış suyu ilə yuduqlarını gördüm.

Əbu Useyd Səid deyir ki:

“Gedib Hanzalaya baxdım. Başından yağış suyu axırdı. Qayıtdım, bunu Rəsulullaha xəbər verdim. Peyğəmbərimiz xanımına xəbər göndərib bunun səbəbini soruşdu. O da Uhuda çıxdığı zaman Hanzalanın qüslsuz olduğunu bildirdi.”

Hanzala bizdəndir

Həzrəti Hanzala Uhuda çatmaq üçün çox tələsib, yetişə bilməməsi qorxusu onu qüsl almağı unutdurmuşdu. Bundan sonra Hanzalanın adı Qasil-ül-Mələikə - Mələklər tərəfindən yuyunmuş, deyə xatırlandı. Mədinədə Əshabi-kiramın Əvs qəbiləsindən olanlar, “Mələklər tərəfindən yuyunan Hanzala bizdəndir” deyə iftixar edərdilər.

Hanzala bisəddən, yəni Peyğəmbər əfəndimizin dəvətindən  əvvəl də iman sahibi olub, Allahın birliyinə inanar, bütlərə tapınmazdı. Hənif dinində idi. Beləcə xanımının yuxusu həqiqət olub, Uhud hərbində Həzrəti Hanzala şəhid oldu. Abdullah adında bir oğulları oldu. Abdullah ibn Hanzala olaraq tanınan bu oğlu Yezidin zamanında şəhid edildi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину