Facebook Twitter WhatsApp

İkrimə ibn Əbi Cəhil

            Məşhur İslam sərkərdələrindən.

            İkrimə ibn Əbu Cəhil məşhur İslam düşməni Əbu Cəhilin oğludur. Əvvəllər İslama böyük düşmən idi.  Məkkənin fəth edildiyi gün öldürülməsi üçün əmr buyurulan altı adamdan biri də o idi.

            İkrimə o gün Yəmənə qaçmaq üçün gəmiyə mindi. Yolda fırtına çıxıb gəmi batmaq üzrə ikən, “Xilas olsam Muhammədin ayaqlarına düşəcəm” deyə niyyət etdi.  Xilas olub Yəmənə çatanda Müsəlman olmağa qərar verdi.

Ona hücum etməyin!

            Xanımı və əmisinin qızı olan Ümmü Hakim Məkkənin fəth edildiyi gün iman edib, onun üçün də Peyğəmbərimizdən aman (əfv) almışdı. Yəmənə gedərək ona müjdəni verdi:

  • İnsanların ən üstünü, ən mülayimi və ən kərimi olan şəxs tərəfindən sənə aman gətirdim. Sənin üçün Rəsulullahdan aman istədim. Əshabına, “Allahu təalanın amanında olsun, kimsə ona hücum etməsin!”

            İkrimə xanımı ilə Məkkəyə qayıdıb Rəsulullahın hüzuruna gəldi. Rəsuli əkrəm İkrimənin gəldiyini görəndə ona doğru gələrək ayaqda qarşıladı, qucaqlaşdılar. Sonra Peyğəmbər əfəndimiz oturdular. Əmr buyuranda İkrimə və xanımı da oturdular. Zövcəsinin üzü bağlı idi.

            Bundan sonra İkrimə Peyğəmbərimizə dedi ki:

  • Zövcəm mənim üçün sizdən aman aldığını söylədi. Bu səbəblə gəldim.

Rəsuli əkrəm əfəndimiz buyurdu ki:

  • Zövcən doğru söyləmiş, sən əmniyyətdəsən.

İkrimə bunun üzərinə dedi ki:

  • Ya Rəsulallah! Əvvəl etdiklərimdən peşman oldum. Mənə İslamiyyəti öyrədə bilərsiniz?

Rəsulullah əfəndimiz ona İslamiyyəti öyrətdilər. İkrimə də, “Allahdan başqa ilah olmadığına, Peyğəmbərimizin də Allahın qulu və elçisi olduğuna şəhadət edirəm” deyərək Müsəlman oldu. Peyğəmbər əfəndimiz də Cənabi Haqqa dua edərək onun üçün əfv və  məğfirət istədi.

            Həzrəti İkrimə Müsəlman olduqdan sonra Rəsuli əkrəm ilə birlikdə Mədinəyə getdi. Oraya qaldı. Hicrətin onuncu ilində Rəsulullah əfəndimiz tərəfindən Həvazi deyilən yerə zəkat yığanı olaraq göndərildi.

Mürtədləri təmizlədi

            Həzrəti Peyğəmbərimizin vəfatında Həzrəti İkrimə Yəmənin Təbalə şəhərində idi. Bu səbəblə Rəsululi əkrəmin vəfatında  Mədinədə deyildi.

            Həzrəti Əbu Bəkir dövründə İkrimə bir ordu ilə Yəmamədə olan və yalançı Peyğəmbərlik iddiasına  cəhd edən Müsəyləmətül Kəzzab üzərinə göndərildi. Fəqət köməkçi qüvvətləri gözləmədən Müsəyləməyə hücum edəndə məğlub oldu.

            Bunun üzərinə Həzrəti Əbu Bəkir onu əvvəl Oman tərəfində olan Huzeyfənin yanına köməkçi qüvvət olaraq göndərdi. Burada vəzifəsini gördükdən sonra Məhrəyə göndərdi. Məhrə xalqının İslamiyyəti qəbulundan sonra Həzrəti İkrimə ordusu ilə birlikdə Yəmənə göndərildi. Yəməndəki bütün mürtədləri ortadan qaldırdı.  Daha sonra Mədinəyə qayıtdı.

            Həzrəti Əbu Bəkir Yəməndəki mürtədləri təmizləyən Həzrəti İkriməni bir ordu ilə birlikdə Suriya tərəfinə göndərdi.  Burada Əcnadında Bizanslılarla hərb etdi.  Bu döyüşdə ağır yaralandı.  Sonra Mədinəyə qayıtdı.  Daha sonra 636-cı ildə Yərmuk  hərbinə iştirak etdi.

            Həzrəti Huzeyfə belə buyurur:

            “Yərmuq müharibəsində idi. Vuruşmanın şiddəti keçmiş, ox, nizə zərbələri ilə yaralanan Müsəlmanlar düşdükləri isti qumların üzərində can verməyə başlamışdılar. Bu arada mən də çətinlikdə özümü toplayıb əmim oğlunu axtarmağa başladım. Son anlarını yaşayan yaralıların arasında bir az gəzdikdən sonra nəhayət axtardığımı tapdım.

Su istəyirsən?

            Bu qan selinin içində yatan əmim oğlu göz işarələri ilə belə çətin danışa bilirdi.  Daha əvvəl hazırladığım su qabını göstərərək dedim ki:

  • Su istəyirsən?

Bəlli ki, istəyirdi. Çünki dodaqları hərarətdən sanki qovrulmuşdu. Göz işarəsi ilə, “Tez, halımı görmürsənmi?” deyər kimi mənə baxırdı. Mən tuluğun ağzını açdım, suyu ona doğru uzadarkən, bir az kənarda yaralıların arasında Həzrəti İkrimənin səsi eşidildi:

  • Su! Su! Nə olar, bir tək damcı olsun, su!

Əmimin oğlu Haris bu fəryadı eşidər eşitməz göz və qaş işarəsi ilə suyu dərhal Həzrəti İkriməyə aparmağımı istədi.

            Qızğın qumların üzərində yatan şəhidlərin aralarından qaça-qaça Həzrəti İkriməyə çatdım və dərhal tuluğumu ona uzatdım. İkrimə həzrətləri əlini tuluğa uzadarkən Həzrəti İlyasın iniltisi eşidildi:

  • Nə olar bir damcı su verin! Allah rizası üçün bir damcı su!

Bu fəryadı eşidən Həzrəti İkrimə əlini dərhal geri çəkərək suyu İlyasa götürməyimi işarə etdi. Suyu o da içmədi.

Hamısı şəhid oldular

            Mən tuluğu şəhidlərin arasından gedə-gedə Həzrəti İlyasa çatdığım vaxt son nəfəsini Kəlmeyi-şəhadət gətirərək tamamladı. Dərhal qayıtdım Həzrəti İkrimənin yanına gəldim.  Tuluğu uzadarkən bir də nə gördüm? O da şəhid olmuşdu.

            Heç olmasa əmimin oğlu Həzrəti Harisə çatım, dedim. Qaça-qaça ona gəldim nə çarə ki, o da od kimi qumların üzərində qovrula-qovrula ruhunu təslim etmişdi.

            Həyatımda bir çox hadisə ilə qarşılaşdım. Fəqət heç biri məni bu qədər duyğulandırmadı.  Aralarında qohumluq kimi bir bağ olmadığı halda bunların bir-birinə qarşı  bu dərəcə fədakar və şəfqətli halları qibtə ilə baxdığım ən böyük iman qüvvəti təzahürü olaraq yaddaşıma nəqş oldu!” Həzrəti İkrimə şəhid olduğunda bədənində 70-dən çox qılınc və nizə yarası vardı.

            Həzrəti İkrimə İslamiyyətlə şərəflənəndə çox səmimi bir Müsəlman olmuşdur. Bu ixlasının nişanəsi olaraq hərbdən hərbə at belində ildırım kimi qaçmışdır. Cəsarətli və çox yaxşı sərkərdə  idi.  Müsəlmanlığa könüldən bağlanmışdı.  Qurani-kərimi əlinə alanda əvvəl alnına qoyar, sonra ağlamağa başlayardı.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину