Facebook Twitter WhatsApp

Kab ibn Züheyr

Peyğəmbərimizin əbasını verdiyi şair səhabə

Kab ibn Züheyr Müzeynə qəbiləsindən olub on bir şair yetişdirən bir ailəyə mənsub idi. Atası Züheyr ibn Əbi Süləmi və qardaşı Büceyr də şair idi. Kab ibn Züheyrin atası Xristian və Yəhudi alimlərinin yanlarına gedər, onları dinləyərdi. Onlardan axır zamanda bir Peyğəmbər göndəriləcəyini eşitmişdi.

İşarəni anlamışdı

Züheyr bir gecə yuxusunda göydən bir ip uzadıldığını, o ipdən tutmaq üçün əlini uzatdığı halda çata bilmədiyini görmüşdü. Bu yuxusunun axır zamanda gələcək olan Peyğəmbərə çata bilməyəcəyini və ömrünün o göndərilmədən bitəcəyinə işarə olduğunu anlamışdı.

Fəqət, oğulları Kab və Büceyrə, axır zaman Peyğəmbəri gələn kimi Ona iman etmələrini vəsiyyət etmişdi.

Kab ibn Züheyr və qardaşı Büceyr İslamiyyət gəlincə Peyğəmbərimizlə görüşmək üzrə Mədinəyi-Münəvvərəyə doğru yola çıxmışdılar. Ebraq-ul Azzaf deyilən yerə gəldikləri zaman qardaşı Büceyr dedi ki:

  • Sən burada gözlə, mən Mədinəyə gedib O Peyğəmbəri bir görü Söylədiklərini dinləyim.

Büceyr Mədinəyə gedincə Peyğəmbərimiz ona İslamiyyəti anlatdı  və Müsəlman olmasını söylədi. O da dərhal kəlmeyi-şəhadət gətirərək Müsəlman oldu.

Kab ibn Züheyr qardaşı Büceyrin Müsəlman olduğunu öyrənəndə ona çox hirsləndi. Bunu dilə gətirən bir şeir yazdı. Şeirində Peyğəmbərimizə və İslamiyyətə qarşı xoş olmayan sözlər söyləmişdi. Qardaşı Büceyr dözməyib bu vəziyyəti Peyğəmbərimizə ərz etdi. Bunun üzərinə Peyğəmbərimiz buyurdu ki:

  • Kaba kim rast gəlsə, onu öldürsün!

Qardaşı Büceyr Kaba bir məktub yazıb göndərdi. Məktubda, “Başının çarəsinə bax!” deyə yazaraq vəziyyəti bildirdi. Kabın yazdığı pisləyici şeirə cavab bir də şeir yazdı. Bu şeirində xülasəylə belə dedi:

  • Ey Kab! Qəbul etməyib tənqid etdiyin bu İslam dinindən daha gerçək və daha sağlam bir din ola bilməz, var səndə? Xilas olmaq istəyirsənsə bütləri burax, bir olan Allaha iman et, Müsəlman ol ki, xilas ola biləsən! Qiyamət günündə qaçıla bilinməyəcək olan  Cəhənnəm atəşindən Müsəlman olub iman edənlərdən başqası xilas ola bilməyəcəkdir.

Rəsulullahın yanına gəl!

Büceyr qardaşı Kaba yazdığı məktubun bir qismində də belə yazmışdı:

  • Rəsulullahı şeir yazaraq həcv edib kədərləndirən Məkkəlilərdən bəziləri öldürüldü. Qureyş şairlərindən sağ qalan İbni Zibara və Hubeyrə ibn Əbi Vəhb isə başlarını götürüb qaçdılar. Əgər sağ qalmaq istəyirsənsə tələsik Rəsulullahın yanına gəl!

O, etdiyinə peşman olub tövbə edərək yanına gələn kimsəni öldürməz. Belə tövbə edərək gəlib Müsəlman olanların hamısını qəbul etdi. Bu məktubumu alan kimi Müsəlman ol və dərhal bura gəl! Əgər bu dediyimi etməyəcək olarsan yer üzündə başını götür hara gedəcəksən  get!

Kab ibn Züheyr qardaşı Büceyrin məktubunu alanda sanki yer üzü ona dar gəlmişdi. Zatən  qəbiləsi arasında olan düşmənləri onun üçün, “O, artıq öldürülmüş deməkdir!” deyərək dedi-qodu yayırdılar.

Kab ibn Züheyr bu vəziyyət qarşısında dərin-dərin düşünməyə başladı. Yavaş-yavaş qəlbi işıqlanırdı. Nəhayət Müsəlman olmağa qərar verdi. Mədinə yollarına düşdü. Peyğəmbər əfəndimizi mədh edən və özünün də tövbə edib Müsəlman olduğunu bildirən uzun bir şeir yazdı.

Söhbətini dinləyirdilər

Mədinəyə çatanda gizlicə Cüheyni qəbiləsindən olan bir dostunun evinə gedib qonaq oldu. Ertəsi gün səhər evinə qonaq olduğu adam onu Peyğəmbərimizin yanına apardı. Peyğəmbərimiz o əsnada Əshabi-kiram arasında idi. Əshabi-kiram ətrafını sarımış, söhbətini dinləyirdilər.

Kab ibn Züheyr dəvəsini məscidin önünə çökdürüb içəri girdi. Peyğəmbərimizin yanına yaxınlaşıb özünü tanıtmadan dedi ki:

  • Ya Rəsulallah! Kab ibn Züheyr etdiklərinə peşman və Müsəlman olaraq aman istəməyə gəlmişdir. Mən onu sənə gətirsəm aman verib Müsəlman olmasını qəbul edə bilərsinizmi?

Peyğəmbərimiz buyurdu ki:

- Bəli.

- Ya Rəsulallah, mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. Sən də Onun Rəsulusan!

- Sən kimsən?

- Mən Kab ibn Züheyrəm.

Əshabi-kiram onun Kab ibn Züheyr olduğunu anlayanda Ənsardan biri ayağa qalxıb dedi ki:

  • Ya Rəsulallah! İcazə ver, boynunu vurum!

Peyğəmbər əfəndimiz buyurdu ki:

  • Vaz keç! O, içində olduğu haldan peşman və Haqqa dönmüş olaraq gəlmişdir.

Bu sırada Kab ibn Züheyr Müsəlman olduğunu bildirən bir qəsidə oxumağa başladı. Bu qəsidəsində uzun bir girişdən sonra əsl mövzuya keçib Müsəlman olduğunu, tövbə etdiyini və əfv istədiyini dilə gətirdi. Son qismində də Peyğəmbərimizi və Əshabi-kiramı mədh edən beytləri oxudu.

Əbasını hədiyyə etdi

Peyğəmbərimiz Kab ibn Züheyrin, “Banət süadü, yəni  Sevgili  uzaqlaşdı” sözləri ilə başlayan bu qəsidəsini bəyənib çox məmnun oldu. Onu əfv etdi. Bürdəsini (əbasını) çıxarıb, onun çiyinlərinə qoydu. Bu səbəblə Kab ibn Züheyrin qəsidəsi, “Qəsidəyi-Bürdə” adı ilə məşhur olmuşdur. Həzrəti Kab 645-ci ildə Şamda vəfat etdi.

Rəsulullahın hədiyyə etdiyi bu əba Həzrəti Müaviyə tərəfindən Kab ibn Züheyrin varislərindən satın alınıb mühafizə edilmişdir. Sırasıyla Əməvilərə, onlardan Abbasilərə, daha sonra da Misirin fəthində Məkkə Şərifi tərəfindən digər müqəddəs əmanətlər ilə birlikdə Yavuz Sultan Səlim Xana təslim edilmişdir. Günümüzə qədər qorunan bu əba, “Əbayi-Səadət” adı ilə məşhur olmuşdur. Bu gün hələ  İstanbulda Topkapı Muzeyində “Əbayi-Səadət” otağında mühafizə edilir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину