Facebook Twitter WhatsApp

Gəncliyi

Hər cəhətdən insanların ən üstünü olan Muhamməd əleyhissalam, hələ gəncliyində Məkkə xalqı arasında, digərlərindən fərqlənirdi, çox sevilirdi. Gözəl əxlaqı, insanlara görülməmiş bir şəkildə yaxşı davranışı, təmkinliyi, yumşaqlığı və digər üstün halları, insanlar arasında qeyri-adi fərqliliyi ilə hər kəs Ona heyran olmuşdur. Məkkə xalqı, təəccüblü dərəcədə doğru sözlü və güvənilən olduğuna görə də Ona Əl-Əmin (hər zaman güvənilən) dedilər və gəncliyində bu adla məşhur oldu.

Peyğəmbərimizin gənclik illərində, Ərəblər qatı bir cahiliyyət dövrünü yaşayırdılar. Aralarında bütə sitayiş etmək, alkoqollu içki, qumar, zina, faiz və daha bir çox çirkin işlər yayılmışdı. Muhamməd əleyhissalam onların bu pozğun hallarından son dərəcə nifrət edir, hər pisliklərindən daima uzaq dururdu. Bütün Məkkə xalqı Onun bu halını bilirdilər və heyrət edirdilər. Hələ uşaqlığında Onunla birlikdə Kəbəni təvaf edən babası Abdülmuttalib və əmisi Əbu Talib, Onun bütlərdən nifrət etdiyini yaxşı bildikləri üçün təvaf vaxtı Onu Kəbənin ətrafındakı bütlərə yaxınlaşdırmazdırlar və pozğun işlərin görüldüyü yerlərdən uzaq tutardılar. Həm də əmisi Əbu Taliblə ticarət üçün Şama getməyə yola çıxıb Busra adlı yerdə qonaqladıqlarında, onda peyğəmbərlik əlamətləri görərək Lat və Uzza bütlərinin adına and verib, bəzi şeylər soruşan rahib Bahiraya: “Məndən Lat və Uzza adına and verərək heç bir şey soruşma! Vallahi, mən, o bütlərə hiss etdiyim nifrəti heç bir şeyə hiss etmirəm.” demişdi. Bütlərdən şiddətlə nifrət etdiyi üçün qətiyyən yanlarına yaxınlaşmazdı.

Uşaqlığında və gəncliyində ona aid olan qoyunları güdər, dolanışığını belə təmin edərdi. Bir tərəfdən də çox pozulmuş cəmiyətdən bu bəhanəylə uzaq durardı. Bir dəfə Əshabı-kirama: “Qoyun güdməyən heç bir peyğəmbər yoxdur.” buyurmuşdur. “Ya Rəsulallah, sən də güddünmü?” dediklərində: “Bəli, mən də güddüm.” buyurdu.

Muhamməd əleyhissalam iyirmi yaşlarında olduğu vaxtlarda Məkkədə asayiş tamamilə pozularaq zülüm son dərəcə yayılmış, mal, can və namus təhlükəsizliyi qalmamışdı. Məkkənin yerli xalqından yoxsul olanlar və həmçinin, ticarət və Kəbəni ziyarət məqsədilə gələn əcnəbilər də haqsızlığa, zülmə düçar olurdular, haqlarını almaq üçün müraciət etməyə o dövrün bir rəsmi orqanını tapa bilmirdilər. Bu əsnada ticarət məqsədilə Məkkəyə gələn yəmənli bir tacirin malları, As ibn Vail adlı bir məkkəli tərəfindən zorla əlindən alınıb qəsb edilmişdi. Bu hadisədən sonra yəmənli, Əbu Kubeys Dağına çıxıb fəryad edərək haqqının alınması üçün qəbilələrdən kömək istədi. Artıq zülmün həddinin aşdığını dilə gətirən bu cür hadisələrdən sonra Haşim və Zöhrə oğulları və digər qəbilələrin liderləri Abdullah ibn Cədanın evində toplaşdılar. Yerli və ya əcnəbi olan heç kimə zülüm və haqsızlıq olunmamasına, zülmə mane olmağa və haqsızlığa uğrayanların haqlarını almağa qərar verdilər. Bu məqsədlə bir də ədalət cəmiyyətini qurdular. Muhamməd əleyhissalamın gənc yaşda qatıldığı və quruluşunda çox təsirli rolu olan bu cəmiyyətə, daha öncədən Fadl adlı iki nəfərlə Fudayl adlı biri tərəfindən qurulub zamanla unudulan belə bir cəmiyyəti də xatırlatmaq baxımından, Fadılların andı mənasında Hilful-Fudul Cəmiyyəti adlandı. Bu cəmiyyət, zülmün qarşısını alıb Məkkədə pozulan asayişi yenidən qurdu. Təsiri uzun müddət davam etdi. Muhamməd əleyhissalama peyğəmbərlik verildikdən sonar, bu hadisəni Əshabı-kirama danışdı: “Abdullah ibn Cədanın evində olan andiçmə mərasimində mən də var idim. Məncə o andiçmə, qırmızı tüklü dəvələrə (sərvətə) sahib olmaqdan daha sevimlidir. İndi də belə bir məclisə çağrılsam gedərəm.” buyurdu.

Məkkəlilər əzəldən ticarətlə məşğul olaraq dolanışıqlarını təmin edərdilər. Muhamməd əleyhissalamın əmisi Əbu Talib də ticarətlə məşğul olurdu. Muhamməd əleyhissalam iyirmi beş yaşında olduğu vaxtlarda Məkkədə dolanışıq sıxıntısının çox artmasından sonra məkkəlilər Şama getmək üçün böyük bir ticarət karvanı hazırlamışdı. Əbu Talib qardaşı oğlu Muhamməd əleyhissalama bu karvana qoşulmasını tövsiyə etdi. Əmisi Əbu Talibin bu tövsiyəsi üzərinə Məkkədə üstün əxlaqı və məziyyətlərilə tanınan və Tahirə (çox təmiz) ləqəbilə anılan həzrəti Xadicənin mallarını aparıb satmaq üçün bu ticarət dəstəsinə qoşuldu. Bu işə böyük bir məmnuniyyət göstərən həzrəti Xadicə köləsi Məysərəni də Onun yanına köməkçi olaraq vermişdi. Bu səyahət əsnasında bir bulud davamlı başı üzərində gedərək Muhamməd əleyhissalamı kölgələyirdi. Quş şəklinə girən iki mələk səyahət bitənə qədər Onunla birlikdə hərəkət edirdi. Yolda yeriməyəcək dərəcədə yorulub karvandan geri qalan iki dəvə Muhamməd əleyhissalamın ayaqlarını əli ilə sığallamasından sonra, birdən sürətlənərək yola davam etdilər. Üç ay davam edən bu səyahət boyu Muhamməd əleyhissalamın daha neçə-neçə qeyri-adi hallarına şahid olan karvandakılar, Onu son dərəcə sevib şanının çox uca olacağını anlamışdılar. Busra adlı yerə çatdıqlarında, daha əvvəl əmisi Əbu Taliblə ticarət üçün gəldiklərində qonaqladıqları monastrın yaxınlığında bir yerdə bu səfər vaxtı da qonaqladılar. Gördüyü bir çox əlamətdən Onun son peyğəmbər olacağını anlayıb söyləyən rahib Bahira ölmüşdü, Onun yerinə Nastura adlı başqa bir rahib keçmişdi. Monastrın yaxınlığına gəlib dayanan Qüreyş karvanını seyr edən rahib Nastura, monastrın yaxınlığında olan quru ağacın altına birinin oturmasıyla eyni vaxtda yaşıllaşdığını görərək qaçıb gəldi. Bir əlində tutduğu səhifədə yazılı olanlara, bir də Muhamməd əleyhissalamın üzünə baxır, baxdıqca də heyrətə düşürdü. Nastura bildiyi, eşitdiyi və oxuduğu əlamətləri eynilə görüb, Muhamməd əleyhissalamı göstərərək: “İsa əleyhissalama İncili endirən Allah haqqı üçün bu şəxs son peyğəmbər olacaq. Kaş ki, mən Onun peyğəmbər göndərilərək əmr olunduğu dövrə çatsaydım!” dedi. Muhamməd əleyhissalam Busra bazarında Xadicə Xatunun mallarını satarkən də Onunla bazarlıq edən bir yəhudi inanmadığı üçün: “Lat və Uzzaya(iki büt adı) and iç ki, inanım.” dedikdə Muhamməd əleyhissalamın: “Mən o bütlərin adına əsla and içmərəm! Onların yanından keçərkən üzümü başqa tərəfə çevirib keçirəm.” demişdi. Ondakı digər əlamətləri də görən yəhudi: “Söz sənin sözündür. Vallahi bu şəxs peyğəmbər olacaq o şəxsdir, hansı ki, alimlərimiz kitablarda onun vəsfini tapıblar.” deyərək heyranlığını göstərmişdi.

Qüreyş karvanı ticarətini tamamlayıb Məkkəyə qayıtdıqda, karvanda olan Xadicə Xatunun köləsi Məysərə, Muhamməd əleyhissalam haqqında eşitdiklərini və gördüklərini Xadicə Xatuna bir-bir danışdı. Xadicə Xatun mallarını satmaq üçün təslim etdiyi Muhamməd əleyhissalamın yaxşı qazanc gətirdiyini görərək çox məmnun olmuşdu. Bundan əlavə, karvanı qarşıladığı sırada Muhamməd əleyhissalamı kölgələyən iki mələyi görməsi və səfər vaxtı vaqe olan qeyri-adi halların, köləsi Məysərə tərəfindən bir-bir danışılmasından sonra dərhal əmisinın oğlu Varaqa ibn Novfəlin yanına getdi. Varaqa ibn Novfəl bütlərə sitayiş etməyən, oxumuş və çox savadlı, yaşlı bir xristian idi. Daha öncədən yuxusunda: göydən ayın enərək qoynuna girib, qoltuğundan çıxdığını və bütün aləmi işıqlandırdığını danışan Xadicə Xatuna Varaqa ibn Novfəl: “Axır zaman peyğəmbəri gəlmişdir. Sən Onun xanımı olacaqsan. Sənin zamanında Ona vəhy gələcək. Onun dini bütün aləmi dolduracaq. Sən Ona ən birinci iman edən olacaqsan. O peyğəmbər Qüreyş qəbiləsinin Haşimoğulları qolundan olacaq...” demişdi. Xadicə Xatun bu dəfə köləsi Məysərənin danışdıqlarını Varaqa ibn Novfələ söylədikdə, heyrət içində “Bu söylədiklərindən aydın olur ki, şübhəsiz Muhamməd bu ümmətin peyğəmbəri olacaq. Mən bu ümmətdən bir peyğəmbərin çıxacağını bilirdim və Onu gözləyirdim. İndi Onun tam zamanıdır.” dedi. Beləliklə, həzrəti Xadicənin sevgisi və etimadı daha da artdı.

Muhamməd əleyhissalam 12 yaşında ikən əmisi Əbu Taliblə ticarət üçün Busraya qədər, 17 yaşında ikən əmisi Zübeyr ilə Yəmənə və 25 yaşında ikən həzrəti Xadicənin mallarını satmaq üçün Şama getməklə cəmi üç dəfə səyahatə çıxmışdı. Bundan başqa heç bir yere səyahət etməmişdi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину