Facebook Twitter WhatsApp

Adları və künyələri

Peyğəmbər əfəndimizin ən çox işlənən adı “Muhamməd”dir. Bu ad, Qurani-kərimdə Ali-İmran surəsi 144-cü ayədə, Əhzab surəsi 40-cı ayədə, Fəth surəsi 29-cu ayədə və Muhamməd surəsinin 22-ci ayəsində olmaq üzrə dörd dəfə keçməkdədir. Saff surəsinin 6-cı ayəsində isə İsa əleyhissəlamın ümmətinə Əhməd adıyla xəbər verildiyi bildirilməkdədir. Qurani-kərimdə Muhamməd və Əhməd adlarından başqa, Rəsul, Nəbi, Şahid, Bəşir, Nəzir, Mübəşşir, Münzir, Dai iləllah, Siracən Münir, Rauf, Rahim, Musaddıq, Müzəkkir, Müdəssir, Abdullah, Kərim, Haqq, Mübin, Nur, Xatəmün-Nəbiyyin, Rahmət, Nemət, Hadi, Taha, Yasin... deyə anılmışdır. Bundan başqa yenə bəziləri Qurani-kərimdə və bəziləri də hədisi-şəriflərdə bir qismi də daha əvvəlki peyğəmbərlərə göndərilən müqəddəs kitablarda keçmişdir. Daha əvvəlki peyğəmbərlərə endirilən kitablarda keçən adlarının çoxu, sifət olub, məcazən ad sayılan sözlərdir. Bunlardan bəziləri də belədir. Dahuq, Hamyata, Ahid, Paraklit, Mazmaz, Müşaffah, Münhamenna, Muxtar, Ruhul-Haqq, Mukimüssünnəh, Müqəddəs, Hırzul-Ümmiyyin, Məlum... Peyğəmbərimizin adı, İncildə “Əhməd” (Paraklit), Tövratda isə “Münhamenna” olaraq keçmiş olub, Süryanicədə Muhamməd adının qarşılığıdır. İncildə Peyğəmbərimizin gələcəyi müjdələnərək Paraklit sözüylə də ifadə edilmişdir ki, Əhməd və Muhamməd mənasındadır. İncil təhrif edilincə bu sözlər qəsdən dəyişdirilmişdir.

 

Peyğəmbərimizin hədisi-şəriflərində isə Mahi, Haşir, Aqib, Muqaffi, Nəbiyyür-Rahmə, Nəbiyyüt-Tövbə, Nəbiyyül-Məlahim, Qattal, Mütəvəkkil, Fatih, Xatəm, Mustafa, Ümmi, Qusəm (hər xeyri özündə cəmləyən) adları keçməkdədir. Bir hədisi-şərifdə Sevgili Peyğəmbərimiz; “Mənə məxsus beş ad vardır: “Mən Muhammədəm. Mən Əhmədəm, mən Mahiyəm ki, Allah mənimlə küfrü yox edər. Mən, Haşirəm ki, xalq qiyamət günü mənim izimcə həşr olunacaqdır. Mən, Aqibəm ki, məndən sonra peyğəmbər yoxdur.” buyurdu.

 

Peyğəmbərimizin həzrəti Xədicədən olan və kiçik yaşda vəfat edən oğlu Qasım səbəbilə Ona Əbül-Qasım künyəsi verilmişdir. Yenə peyğəmbərliyindən əvvəl Ondakı düzgünlük, etimad, əmin, etibarlı olması kimi sayıla bilməyəcək qədər üstün məziyyətlərə görə Qureyş qəbiləsi ona “Əl-Əmin” adını vermişdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину