Facebook Twitter WhatsApp

Həzrəti İmam Hüseyn (radıyallahu təala anh)

        Rəsulullahın nəvəsi, Həzrəti Əlinin ikinci oğludur.  Hüseyn adını, Rəsulullah əfəndimiz verdi. Künyəsi, Əbu Abdullahdır. Ləqəbi, Seyid və Şəhiddir. Nəslindən gələnlərərə Seyid deyilir. Kərbəlada şəhid edildi. Mübarək başı, Misirdə Qarafə qəbiristanlığına  dəfn edilmişdir.

        Ümmü Haris həzrətləri anladır:

Bir gün Rəsulullahın hüzuruna gedib bir yuxu gördüyümü və çox qorxduğumu ərz etdiyim zaman  buyurdular ki;

Nə gördün?

- Sizin bədəninizdən bir parça kəsdilər, mənim yanıma əlavə etdilər.

Yaxşı görmüsən, Fatimənin bir oğlu olacaq və sənin yanında qalacaqdır.

Bir müddət sonra Həzrəti Hüseyn dünyaya gəldi. Rəsulullah hər sübh namazını qıldıqdan sonra mübarək üzünü Əshabi-kirama çevirərdi. Kədərli kimsələr üzünü görsələr sevincli olardı. O gün sübh namazından sonra üzlərini döndərmədən, Həzrəti Əlini çağırdılar. Birlikdə məsciddən çıxdılar. Əshabı-kiram hara, nə üçün getdiklərini anlamadılar. Təkrar dönərlər deyə oturdular. İkisi Həzrəti Fatimənin evinə getdilər.

     Peyğəmbərimiz Həzrəti Əliyə, qapıda dayanıb, kimsəni içəri buraxmamasını əmr etmişdi. Həzrəti Hüseyn doğulmuş, mələklər təbrik üçün gəlmişlərdi. Həzrəti Əbu Bəkir dayana bilməyib Həzrəti Əlinin evinə getdi. Sonra Həzrəti Ömər, sonra Həzrəti Osman və bütün Əshabi-kiram  Həzrəti Əlinin evinə getdilər.

Həzrəti Əbu Bəkir, Həzrəti Əlidən, Rəsulullahın harada olduğunu soruşdu. Həzrəti Əli içəridə olduqlarını bildirincə, Həzrəti Əbu Bəkir buyurdu ki:

- İzin verərsən, mən də girim?

Allahın Rəsulu məşğuldur.

- Mənim içəri girməməyimi sənə əmr etdi?

Xeyr,  yalnız dörd yüz iyirmi dörd min mələk gəldi.

Həzrəti Əbu Bəkir  heyrət edib, dayandı.

     Bir müddət sonra, Rəsulullah çölə çıxıb, hər kəsin içəri girməsini əmr etdilər. Əshabı kiram içəri girdilər. Həzrəti Əlinin mələklərin sayını bilməsini dedilər. Rəsulullah əfəndimiz, Həzrəti Əliyə soruşdular:

Mələklərin sayını necə bildin?

- Mələklər qrup-qrup gəlirdilər. Hər biri bir dil ilə danışırdı və saylarını bildirdilər.

Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:

Allah ağlını çox etsin Ya Əli!

          Rəsulullah əfəndimiz, Həzrəti Hüseyn doğulduğu zaman, qulağına, “O, Cənnət gənclərinin əfəndisidir, seyididir” deyə səslənmişdi.

          Bir gün Peyğəmbər əfəndimiz, Hüseyni sağ dizinə, oğlu İbrahimi sol dizinə aldı. Cəbrayıl əleyhissalam gəlib, Haqq təala bu ikisindən birini alacaqdır. Sən birini seç, dedi. “Əgər Hüseyn vəfat edərsə, mənim canım yandığı kimi, Əlinin və Fatimənin də canları yanar. Əgər İbrahim gedərsə, ən çox mən kədərlənərəm. Kədərimi, onların kədərinə dəyişirəm” buyurdu. Üç gün sonra oğlu İbrahim vəfat etdi. Rəsulullah, Hüseyn yanına gəldiyində onu öpüb, “Salamatlıq və səadət o kimsəyə olsun ki, oğlum İbrahimi ona fəda etdim” buyurdu.

          Bir gün yenə Rəsulullahın yanında idi. Anasına getmək istəyirdi. Ancaq hava yağışlıydı. Rəsulullah dua buyurdu. Hüseyn evə gedənə qədər yağış yağmadı.

          Həzrəti Hüseynin üzü qaranlıq gecədə ətrafını işıqlandırardı. Həccə daim piyada olaraq  gedərdi. Yanındakılar miniklərə minsə də, özü minməzdi. (Şəvahid-ün nübüvvə)

Həzrəti Həsən və Həzrəti Hüseyn əhli beytin göz bəbəkləri, əshabı-kiramın böyüklərindəndir. Peyğəmbər əfəndimiz buyurur ki:

“Fətimə, Cənnət  xatınlarının üstünü, Həsən və Hüseyn də Cənnət gənclərinin yüksəkləridir.”  (Tirmizi)

“Allahü təala, Fatimə və nəslinə Cəhənnəmi haram etdi.” (Hakim, Təbərani)

“Vallah Əhli beytimi sevməyənin qəlbinə iman girməz.” (İ. Əhməd)

“Mənim soyuma dil uzadaraq, məni incidənlərə, Allahü təala çox əzab edər.” (Deyləmi)

“Allahü təala, oğlum Həsənlə iki müsəlman ordunun arasını barışdırar.” (Buxari)

“Ya Rəbbi, Həsən ilə Hüseyni sevirəm, sən də sev. Bunları sevənləri də sev!” (Tirmizi)

“Əhli beytimi və Əshabımı çox sevənin, Sırat körpüsündə ayağı sürüşməz.” (Deyləmi, İ. Adiy)

“Əshabımı, əzvacımı və Əhli beytimi sevən, Cənnətdə mənimlə birlikdə olar.” (Ramıq)

Əhli beyt də əshabı-kiramdan idi. Əshabı-kiramla əlaqədar 4 ayə məali:

“Məkkənin fəthindən əvvəl Allah üçün mal verən və döyüşən əshabın dərəcəsi, fəthdən sonra verən və döyüşənlərdən daha yüksəkdir. Hər biri üçün Hüsnanı (Cənnəti) söz verirəm.” (Hədid, 10)

“Əshabın hamısı, kafirlərə şiddətli və bir-birlərinə mərhəmətlidir.”(Fəth 29)

“Sizlər ən yaxşı bir ümmətsiniz.” (Ali- İmran 110)

“Mühacir və Ənsar ilə yaxşılıqda onların izindən gedənlərdən, Allah razıdır.” (Tövbə 100)

Demək ki, qurtuluş üçün Əhli beytin və Əshabı kiramın yoluna möhkəm yapışmaq lazımdır.

İnsanların ən şərəfliləri:

           Abdullah ibni Abbas həzrətləri anladır:

           Rəsulullahın hüzurunda idim. Fatimə ağlayaraq gəlib dedi ki: “Atacan, Həsən ilə Hüseyn evdən oyun üçün çıxmışldı, uzun müddət keçdi, hələ qayıtmadılar. Əli də evdə yoxdu ki, gedib onları axtarsın.” Rəsulullah, “Ya Fatimə, kədərlənmə, Allahü təala onları qoruyar” buyurdu və “Ya Rəbbi, o ikisi əgər dənizdə olsalar da, inayət qayığı ilə, kənara gətir. Əgər səhrada olsalar da, hidayət rəhbərin ilə evinə gətir” deyə dua etdi.

Cəbrayıl əleyhissəlam gəlib dedi ki:

Ya Rəsulallah, heç ələm çəkmə ki, o iki şahzadəniz Nəccar oğullarının bağçasında əmniyyətdədirlər. Allahü təala onları mühafizə üçün iki mələk vəzifələndirmişdir. Qanadlarını onlara gərib xidmətləri ilə məşğuldurlar.

Rəsulullah əfəndimiz o bağçaya doğru yola düşdü. Onları alıb evə qayıdarkən, Hüseyni bir mələk daşıyırdı. Əbu Əyyub əl-Ənsari görüncə, mələyi hiss etməyib, zənn etdi ki, ikisini də Rəsulullah aparır. Dedi ki, ya Rəsulallah, birini mənə verin, yükünüzü yüngülləşdirim. Rəsulullah buyurdu ki:

“Ya Əba Əyyub! Bunlar dünyada mükərrəm, axirətdə möhtərəmdir. Anaları özlərindən şərəfli və üstündür.”

Tez onun çətinliyini həll et!

            Bir gün bir nəfər Peyğəmbər əfəndimizə bir ceyran balası hədiyyə gətirdi. Rəsulullah onu nəvəsi Həsənə hədiyyə etdi. Hüseyn bunu eşidincə Rəsulullahın hüzuruna gəlib “Babacan, mən də ceyran balası istəyirəm” dedi.  Heç bir şey ilə təsəlli olmayıb ağlamağa başladı.

Rəsuli Əkrəm düşüncəli oturarkən gördü ki, səhradan bir ceyran, balası ilə tələsik gəlir. Rəsulullahın hüzuruna gəldiyi zaman açıq və gözəl bir dil ilə “Ya Rəsulullah, Allah mənə iki bala lütf etmişdi. Birini bir ovçu tutub sizə gətirdi. Biri mənimlə qaldı. Onu əmizdirməklə məşğul ikən, səs gəldi ki, “Bir balan Həsənə vasil oldu. Hüseyn də ceyran balası istəyir, bunun üçün ağlayır. Dayanmayıb, bu balanı da tez hüzuruna apar. Onun sıxıntısını ürəyindən çıxart.” Rəsulullah bu xəbərdən  məsrur olub, o ceyran balasını da Hüseynə verib xatiri şərifini təsəlli etdi. (Kənz-ül  Qaraib)

 

Bunların beşiklərini yırğalayırdım.

            Əshabı qüzindən Dıhyə daim ticarət üçün, səfərə gedib-gəlirdi. Camal gözəlliyi çox idi. Cəbrayıl əleyhissalam Rəsulullah əfəndimizin hüzuruna gəldiyi zaman əksəri Həzrəti Dıhyənin surətində gələrdi. Bir gün Cəbrayıl əleyhissəlam Dıhyənın surətində Rəsulullahın hüzurunda oturdu. Həzrəti Həsən ilə Həzrəti Hüseyn o zaman hələ uşaq idilər. O sırada biri Həzrəti Dıhyəni gördü, qayıdıb qardaşına, babamızın yanına Dıhyə gəlib, gəl yanına gedək, dedi. İkisi də tələsik məscidə girdilər. Cəbrayıl əleyhissəlamın dizləri üzərinə oturdular. Mübarək əllərini Cəbrayılın qoynuna uzatdılar. Rəsulullah bunları mən etmək istədi. Cəbrayıl dedi ki, Rəsulullah, niyə əziyyət çəkirsən! Bunlar kiçik ikən, Fatimə təhəccüd namazını qılarkən, Allahü təala məni göndərər, Fatimə namazda ikən rahatca təhəccüd qılsın deyə bunların beşiklərini yırğalayardım. Ya Rəsulallah, bu hərəkətlərini mənə qarşı ədəbsizlik sayma! Fatimə təhəccüd namazından sonra yatarkən, bunlar ağlayardı. Allahü təaladan mənə, get beşiklərini yırğala, Fatimə yuxusundan oyanmasın, deyə fərman  gəlirdi. “Cənnətdə, Əli, Həsən və Hüseyn üçün bir çay vardır” səsini bunların mübarək qulaqlarına mən gətirmişdim. Onların üzərimə çıxıb əllərini qoynuma soxmaları qəribə sayılmaz.

Rəsulullah buyurdu ki:

               “Ey qardaşım! Məsumlar, indi bir şey etmədilər. Bir ədəbsizlik edərlər deyə maneə oldum. Çünki əshabımdan Dıhyə adında biri var ki, çölə gedər, hər gəldiyində bizə gəlsə, bunlara bir hədiyyə ilə gəlirdi. Səni Dıhyə zənn edib əllərini qoynuna uzatdılar.”

            Cəbrayıl əleyhissəlam Allahü təalaya buyurub, “Ya Rəbbi, ehsan et, bu məsumları sevindirim” dedi. Niyaz etdiyi kimi gözəl xitab edildi ki;

“Oturduğun yerdən gözlərini yum. İki əlini Cənnət içinə uzat. Hər nə əlinə gəlirsə, al.”

            Cəbrayıl əllərini Cənnətə uzatdığı kimi bir yaşıl salxım üzüm və bir qırmızı nar əlinə gəldi, Həsən üzümü aldı. Hüseyn narı aldı. Onlar bunları yeyərkən, bir dilənçi, ya əhli beyt, o üzüm və nardan mənə də verin deyə səsləndi. Dərhal vermək istədilər, ancaq Cəbrayıl əleyhissəlam mane oldu və “Bu dilənçi İblisdir. Cənnət meyvəsi ona haram ikən hiylə ilə almaq istəyir” dedi.    (M. Ç. Qüzin)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину