Facebook Twitter WhatsApp

Seyid İbni Abidin

         Şamda yetişən alimlərin ən böyüklərindən, Osmanlıların ən məşhur fiqh alimlərindəndir. 1784-cü ildə Şamda doğuldu. Silsiləi-Aliyyə böyüklərindən Mövlana Xalidi Bağdadi həzrətlərinin söhbəti ilə şərəflənmişdir.

         Kiçik yaşda Qurani-Kərimi əzbərlədi. Bir müddət atası ilə birlikdə ticarətlə məşğul oldu. Bu sırada bir tərəfdən də Qurani-Kərim oxumağa davam edirdi. Fənn və ictimai elmlərin yanında təfsir, hədis və fiqh elmlərini də öyrəndi. Xocası Mövlana Xalidi Bağdadi həzrətlərinin tövsiyəsi üzərinə Şafi məzhəbindən Hənəfi məzhəbinə keçdi.

          Daha 17 yaşında ikən fiqh kitabları üzərinə haşiyə və şərhlərlə açıqlamalar etdi. Qiymətli əsərlər yazmağa başladı. Fiqh elmində olduğu kimi hədis elmində də mahir idi.  Şamda olan mühəddis Kuzbəri həzrətlərindən icazət (diplom) aldı. Elm sahələrində o qədər yüksəldi ki, daha xocaları həyatda ikən  böyük bir şöhrətə qovuşdu.

         Zahiri elmləri öyrəndikdən sonra kəlam və təsəvvüf elmlərini də zamanın ən böyük alimi və təsəvvüf əhli Mövlana Xalidi Bağdadi həzrətlərindən öyrəndi. Onun mübarək söhbəti ilə kəmala gəldi.

         İbni Abidin həzrətlərinin dinə uymaqdakı halları məşhurdur. Haram, məkruh və şübhəlilərdən qətiliklə uzaq dayanar, mübahlardan çox az istifadə edər, ibadətlərində sünnətlərə, müstəhablara, ədəblərə tabe olmaqda son dərəcə həssas idi.

Beş vaxt namazda, əttəhıyyatünü oxuyarkən, sağ tərəfə salam verərkən Rəsulullah Əfəndimizi baş gözü ilə görərdi. Görə bilmədiyi zaman o namazı yenidən qılardı.

         Bir gecə yuxuda Həzrəti Osmanın vəfat etdiyini və  Məscidi  Əməvidə namazını özünün qıldırdığını gördü. Səhərisi xocası Mövlana Xalidi Bağdadi həzrətlərinə bu yuxunu  danışdığı zaman, o da,  “Allahü təala bilər ki, mən yaxında vəfat edərəm, sən mənim cənazə namazımı Məscidi Əməvidə qıldırarsan. Çünki mən Həzrəti Osmanın nəvələrindənəm” buyurdu.

        Aradan bir neçə gün keçincə mübarək xocası vəfat etdi. Namazını İbni Abidin həzrətləri qıldırdı.

1836-cı ildə 54 yaşında Şamda vəfat etdi. Çox kitab yazdı.  Ən məşhur əsəri Rədd-ül Muxtar adlı kitabıdır. Xüsusilə bu əsəri ilə tanınmışdır. Bu kitabı  Dürr-ül-Muxtar kitabına etdiyi beş cildlik haşiyəsidir. Bu haşiyə İbni Abidin adı ilə məşhur olmuşdur. “Tam Elmihal Səadəti Əbədiyyə”  kitabının  böyük qismi bu qiymətli əsərdən, yəni İbni Abidindən alınmışdır.

         Mövlana Xalid-i Bağdadi həzrətləri ona yazdığı bir məktubda, “Hər sözü sənəd olan böyük alim Mövlana Muhamməd Əmin Abidinə ən gözəl dualarımı və ən lətif  təriflərimi bildirərəm.  Yazdığınız çox qiymətli əsərlərlə İslam aləminə  etdiyiniz böyük xidmət üçün  çox dualara məzhər oldunuz” buyurmuşdur.

         Dörd məzhəbin incəliklərinə vaqif, dərin alim, kamil vəli Seyid Abdülhakim Əfəndi həzrətləri, “Hənəfi məzhəbindəki fiqh kitablarının ən qiymətlisi, ən  faydalısı İbni Abidindir. Hər sözü dəlil, hər hökmü sənəddir” buyurdu.  Səadəti Əbədiyyə bu baxımdan da çox qiymətli əsərdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину