* Nəfsinizi aradan çəkin. Heç kimi tənqid etməyin, özünüzü bəyənməyin, özünüzdən iyrənin. Özündən iyrənməyən qurtula bilməz. Etmədiyiniz işi söyləməyin. Bir gün öləcəyik və etdiklərimizin hesabını verəcəyik.
* Allahü təala bir qulunu sevərsə onu fakih (yəni dində fiqh alimi) edər, daha da çox sevərsə onu fiqhi yayan edər.
* Abdullah Dəhləvi həzrətlərinə biri gəlmiş, "Əfəndim, himmət istəyirəm" demiş. Mübarək buyurmuş ki; "Mən evdən bir şey gətirmədim", ustadına işarə buyurmuşlar. Əgər ustadına getsələr o da öz ustadına göndərəcəkdir. Allah adamları belədir. Evdən bir şey gətirməzlər.
* Övliyayı-kiramın himməti yayından çıxan oxu, lülədən çıxan gülləni geri çevirər. Övliyaya məhəbbət edənə, sevənə də belə güclü himmət gəlir.
* Övliyanın vəfatından sonra feyzi, bərəkəti daha da artar. Qınından siyrilmiş qılınc kimidir. Təsərrüfü daha təsirli olur.
* Kim Allahü təalanın sevdiyi vəli bir qulu incidərsə, yeddi qat göydən düşmüş kimi olar.
* Əhli-sünnət alimlərinin kitablarını oxumaq günah işləməyə mane olur. Ağlı, fikri, qəlbi yaxşı şeylərlə məşğul etdiyinə görə günah işləyəcək şərait olmaz.
* Təbərri etmədikcə təvəlli olmaz. Yəni insan əvvəlcə buğzu fillah etməlidir, sonra Cənabı Haqqın sevgisi qəlbə yerləşəcək.
* Zikr, fikir, insanlara xidmət etmək vəziyyəti və imkanı olmadıqda edilir. İnsanlar xidmət gözləyərkən zikr və fikirlə məşğul olmamaq lazımdır.
* Dünyaya nə qədər dəyər verməsən dünya haqqında hər söylədiyin o qədər dəyərli olar.
* Bir mübarək şəxs bir xəlifəsinə vəzifə vermiş. Yola salarkən “Getdiyin yerdə Allahlıq ve Peyğəmbərlik iddiasında olma” buyurmuş. Tələbəsi əstəğfirullah dedikdə, “Hər dediyim olsun desən Allahlıq iddiasıdır. Yalnız Allahın hər dediyi olur. Mənə tabe olmayan pisdir, zaydırdır desən, bu da Peyğəmbərlik iddiasıdır” buyurmuş.
* Müvəffəqiyyətin sirri, günahlardan çəkinərək səbir etmək, insanlara gülər üz göstərərək yaxşılıq etməkdir. Yəni şirin dil və gözəl siyasət, hər kəsi məmnun etməkdir.
* Qıtmir bir köpək idi. Əshabı-kəhfin köpəyi idi. İstisna olaraq Cənnətə getdi. Siz kim olduğunuza deyil, kimlərlə olduğunuza fikir verin.
* Dini yaymaqda səbirli ol; səxavətli ol; həlim ol; bağışlayan ol. Dinə xidmət etməkdə üç əsas var: İtaət, ixlas, sevgi. Əshabı-kiramın müvəffəqiyyətinin səbəbi, bir-birlərini sevmələridir.
В корзине: 0 шт.
на сумму: 0