Facebook Twitter WhatsApp

Mən Ona aşiq oldum

*Hikmət əhli buyurur ki:
Qurani-kərimi oxuyarkən, Peyğəmbər əfəndimizin adı keçdikdə dərhal o mübarək ismi sevgiylə, hörmətlə öpmək lazımdır. Çox nemətlərə qovuşular. 

Musa əleyhissalamın dövründə heç kimin sevmədiyi, günahkar bir kimsə vardı. Bir gün o adam öldü. Bu da adamdırmı deyə zibilliyə atdılar. Allahü təala Musa əleyhissalama əmr etdi, filan zibillikdə Mənim bir övliya qulum var, onu oradan çıxar, təmizlə, namazını qıl və dəfn et. Musa əleyhissalam adamı zibillikdən çıxardı, yaxşıca yudu, kəfənlədi, namazını qıldı. Bu əsnada əhali təəccüb etdi, Allahın Rəsulu bunların zibilliyə atdığı adamı təmizləyir, kəfənləyir, namazını qılır. 
Dəfndən sonra Musa əleyhissalam həmin adamın evinə gəldi;
- Ey xatun, bu adam nə etdi, hansı xeyirli əməl işlədi? 
Qadın dedi ki:
- Ya Rəsulallah, bu heç kimin sevmədiyi, hamının qaçdığı biri idi, onun yaxşı bir əməli yox idi. 
- Yaxşı düşün, onun xeyirli bir əməli, yaxşı bir işi varmış.
Qadın yenə;
- Heç bir yaxşılığı yox idi, həmişə günah işləyərdi, dedi. 
Üçüncü dəfə soruşdu:
- Onun mütləq bir şeyi var ki, Allahü təala mənə onu dəfn etməyimi söylədi.
Qadın dedi ki: 
- Bir gün Tövrat oxuyurdu, oxuyarkən Muhamməd əleyhissalamın Əhməd adı keçdi. Bu nə gözəl addır dedi, təkrar oxudu, yenə bu nə gözəl addır dedi. Sonra, ya Rəbbi, adı belə gözəl olanın kim bilir özü necə gözəldir, mən ona aşiq oldum, dedi və adını öpdü. 
Musa əleyhissalam da tamamdır, aydın oldu buyurdu. 
Belə bir Peyğəmbərə ümmət olmaq ən böyük nemətdir. 

* Bir kimsə inanaraq Muhamməd əleyhissalamı bir dəfə görsə, yandan, hətta arxadan görsə, əgər kor deyildirsə, bir dəfə səsini eşitsə, bütün elmlər [fənn və din bilikləri və bütün yüksəkliklər] ona verilər, bu, boyaya batırılan parçanın boyanı əmməsi kimidir. Bütün üstünlüklər və elmlər belə ona keçər. Buna görədir ki, Əshabı-kiramın hamısı müctəhid idi, onların dərəcəsinə heç kimsə çata bilməz, bu üstünlük onlara məxsusdur.

* Sevgi itaətdir. Tam sevən, tam tabe olar. 

* Bu dünya elə də keçəcək, belə də keçəcək, son dayanacaq bizi gözləyir.

* Çalışmaq ibadətdir. Çalışan Allahın dostudur. Boş durmaq olmaz. Onun dostu olmaq, rızasını qazanmaq üçün boş durulmamalıdır. Bir gün Peyğəmbər əfəndimiz bir yerdən keçərkən boş duran birinə salam vermədi. Qayıdanda eyni adama salam verdi. Əshabı-kiram, “Keçərkən salam vermədiniz, qayıtdıqda niyə salam verdiniz2 deyə hikmətini soruşdular. Buyurdu ki:
“Gedərkən heç bir iş görmürdü. Boş duranı Allah sevməz. Allahın sevmədiyinə mən niyə salam verim. Qayıtdıqda isə bir çöplə olsa belə yeri qarışdırırdı. Yəni bir şey edirdi. Ona görə salam verdim.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину