Facebook Twitter WhatsApp

Hər qab içindəkini sızdırır

* İnanmaq, asan bir iş deyildir. Hələ, inandıqdan sonra imanını davam etdirmək və imanına görə düşdüyü bəlalara səbr edə bilmək çox çətindir. Bu, nə üçün belədir? Tarix boyu insanların əksəriyyəti inanmamışdır və inanmamaqla yanaşı, küfrün hər cür imkan və vasitələri ilə inananlara zülm etməyi həyatlarının məqsədi bilmişdirlər. İmam Qazali həzrətləri bütün insanları dörd qrupa ayırır:

Birincisi;
 pula sitayiş edənlər. Bunların pul və mənfəət üçün etməyəcəkləri pislik yoxdur. Pul üçün ölür və öldürürlər. 


İkinci qrupdakılar isə;
 zalımlar olub, insanlara zülm etməkdən zövq alırlar. Can incitmək onların qidası və şüarıdır. 


Üçüncü qrupdakılar,
 mərdimazardırlar. İnsanların arasını vurmaq, aralarında söz gəzdirmək, onların arasına fitnə salmaq üçün ömür sürürlər. 


Dördüncü qrupdakılar
 isə, bu üç qrupdan olmayan, bu çirkin və zəmm edilən əxlaqları daşımayan təmiz Müsəlmanlardır. 


Budur, dünya - bütün insanlıq tarixi boyu insanların çox böyük hissəsini təşkil edən bu üç qrup pis əxlaqlılarla bir ovuc yaxşıların davasına səhnə olmaqdadır. Bu vəziyyət qiyamətə qədər belə davam edəcəkdir. Allahü təalanın adəti-ilahisi budur; belə etməklə imanın və inananların şərəfini artırmışdır. İnananları heç vaxt zülmə uğratmasa, tam əksinə, Cənnət misalı bir həyatla yaşatsaydı, imanlarının nurları zahir olsaydı, o vaxt bütün insanlar inanacaqdı! Belə bir iman indi-ilahidə məqbul deyildir. Çünki bu insanlar qeybə deyil, gördüklərinə və şəxsi mənfəətlərinə iman edirlər! Mənfəətlərini özlərinə ilah edirlər! Ona görədir ki, dünyada yaxşılarla pislər qarışdırılmış, bir yerdə yaşamaları və hər qab içindəkini sızdıraraq bu mübarizəni vermələri murad edilmişdir. Bundan ötrüdür ki, Müsəlmanlıq sıxıntı yoludur. Ən böyük sıxıntını Peyğəmbərlər və Allahü təalanın sevgili qulları çəkmişdir. 

* İmam Rəbbani həzrətləri buyurur ki: 
Möminə iki şey verilmişdir ki, buna görə hər hal və şərtdə heç bir şeyə, şikayətə haqları yoxdur. Bunlardan birincisi; Əhli sünnət vəl camaat etiqadı, ikincisi isə, Allahü təalanın sevdiyi bir qulunu tanıması və onu sevməsidir.

* Kim olduğunuza deyil, kiminlə olduğunuza baxılacaqdır. İnsan sevdiyi ilə birlikdədir. 

* Dünyada ən çətin iş qərar verməkdir. Bəli deyiləcək yerdə xeyr deyilərsə və ya xeyr deyiləcək yerdə bəli deyilərsə sonu fəlakət olar. 

La ilahə illallah Muhammədün Rəsulullah kəlməsinin tələffüzü çox asan, əcri çox böyükdür. Yüz illərlə insanların bir qismi bu kəlməni söylətməmək, bir qismi də söylətmək üçün öldülər. Söylətmək üçün ölənlər Cənnətə, söylətməmək üçün ölənlər Cəhənnəmə getdilər. 

* Qəlb qırmayın, insanları incitməyin, deyil mömin, kafirin belə qəlbini incitməyə haqqımız yoxdur. Qəlb Allahü təalanın qonşusudur, ev sahibinə əziyyət etdikdə qonşusu da inciyir. 

* Heç kimlə mübahisə etməyin. Münaqişə dostun dostluğunu zəiflədir, düşmənin düşmənliyini artırır. 

* Möminlər dua edirlər, fasiqlər və münafiqlər isə dedi-qodu, qeybət edirlər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину