Facebook Twitter WhatsApp

Alimin xətası kapitanın xətasına bənzəyir.

* Tövbənin həqiqəti, keçmiş günahlara peşman olmaq, gələcəkdəkilər üçün istiğfar etmək və əfvini istəməkdir.

* Hər səhər və axşam tövbə etməyən özünə zülm etmiş sayılır.

* İxlas; bütün işləri insanlara yaramaq üçün deyil, Allahü təalanın rizası üçün etməkdir.

* Alimin xətası, kapitanın xətasına bənzəyir. Gəmi batanda, onunla birlikdə bir çox insan da batar.

* Övliyanın söhbətinə qovuşan Allahü təalaya qovuşduran yolu tapacaqdır.

* Üç gün keçdikdə yoldaşınızı axtarın! Xəstədirsə, ziyarət edin! Əgər bir işlə məşğuldursa, ona kömək edin!

* Xəsislik, hər kəs üçün xoşagəlməz və iyrənc bir xasiyyətdir.

* Xəstənin dərman qəbul etməsi bir səbəbdir. Şəfanı verəcək olan Allahü təaladır.

* Dünya təməli çətinlik üzərinə qurulmuş bir evdir. Orada çətinlik olmadan yaşamaq mümkün deyildir.

* Yerində söz söyləyən üzr istəmək məcburiyyətində qalmaz.

* Özünü həddindən artıq tərifləyən, başqasını da eyni dərəcədə pisləyər. Başqasını həddindən artıq pisləyən, özünü həddindən artıq tərifləyər.

* Günah və dünya sevgisiylə xəstələnən qəlblərinizi dünyadan soyuyaraq və günahları tərk edərək müalicə edin.

* Səbr; Allahü təalaya güvənib, səbat etmək və bəlanı könül xoşluğu və rahatlığı ilə qarşılamaqdır.

* Allahü təaladan və Onun dostlarından başqasına meyl edən qəlb xəstə qəlbdir.

* Məscidlər, Allahü təalanın evidir. Ziyarət edilənin ziyarət edəni qonaq etməsi şanındandır.

* Kim elm axtararsa öyrənər. Elm öyrənən isə günah iş görməkdən qorxar.

* Yaxşı və ya pis ağızdan çıxan hər sözün hesabı vardır.

* Cəhənnəmi bildiyi halda günah işləyən adama təəccüb edilir.

* Kim bidət əhlini sevərsə, Allahü təala onun əməlini yox edər və qəlbindən İslam nurunu çıxarar.

* Nəfsin aldadmasına, dünyanın yalançı və ötəri dadına qapılan, xeyrin dadını duya bilməz.

* Xeyirdən bir şey öyrənsəniz onu insanlara öyrədin! Beləliklə, bu xeyrin meyvələrindən istifadə edərsiniz.

* İbrət alınacaq hadisələr olduqca çoxdur. Ancaq, bunlardan ibrət alanlar isə çox azdır.

* Kim elmi axtarıb öyrənərsə, günah iş görməkdən qaçar. Günahdan qaçan isə, qiyamət günü cəzasından qurtular.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину