Facebook Twitter WhatsApp

Həccin sünnətləri

Həccin sünnətləri aşağıdakılardır:

1- Afaqi (uzaq yerlərdən həccə gələnlər) olanların dərhal məscidi-harama gedərək təvafı-qudum etmələri. Kəbəni görüncə təkbir, təhlil və dua edilir. Kişilər Hacəri-əsvədə əl və üz sürtər. Təvafı-qudumdan sonra və iki rəkat namazdan sonra, Səfa və Mərvə arasında sa’y edilir. Bundan sonra ehramdan çıxmadan Məkkə şəhərində qalıb tərviyə gününə qədər istənildiyi miqdar nafilə təvaf edilir. Müfrid olan və qarin olan hacılar daş atıb təraş olana qədər ehramdan çıxmayacağı üçün ehramın qadağan etdiyi şeylərdən hər gün şəkinmələri lazım olur. Məscidi-haram içində namaz qılanların önündən keçmək günah deyil.

2- İmamın üç yerdə xütbə oxuması. Biri Zilhiccə ayının 7-ci günü Məkkədə, ikincisi 9-cu zöhr namazı olunca, zöhr və əsr namaz namazlarından öncə Ərəfatda, üçüncüsü 11-ci günü Minada oxunur. Ərəfatda xütbə bitən kimi zöhr və dərhal sonar əsr namazı camaat ilə qılınır. İmama çata bilməyən əsr namazını əsr vaxtında qılar, namazdan sonar imam və camaat Məscidi-Nəmrədə Məvqıfə qibləyə qarşı ayaqda və ya oturaraq vakfəyə durar. Cəbəli Rahmə qayalı üstünə çıxmaq və vakfə üçün niyyət lazım deyil.

3- Ərəfata getmək üçün Məkkədən Tərviyə [Zilhiccənin 8-ci] günü sübh namazından sonar çıxmaq. [Məkkədən Minaya gedilir]

4- Arəfə günündən əvvəlki və bayramın birinci günü, ikinci və üçüncü gecələri Minada qalmaq. (Üçüncü gecə və günü Minada qalmaq məcburi deyil)

5- Ərəfata getmək üçün Minada günəş doğduqdan sonra yola çıxmaq.

6- Arəfə gecəsi Müzdəlifədə yatmaq. Ərəfatdan Müzdəlifəyə gəlib burada işa vaxtı olunca məğrib və işa namazları bir-birinin ardınca camaat ilə qılınır. Məğrib namazını Ərəfatda və ya yolda qılanın işanın vaxtı çıxmadan Müzdəlifəyə gəlirsə burada təkrar camaat ilə və ya yalnız olaraq işa ilə birlikdə qılması.

7- Müzdəlifədə vakfəyə fəcr ağardıqdan sonar durmaq. Gecə Müzdəlifədə yatıb fəcr açılarkən sübh namazını dərhal qılıb sonar Məşarilharam deyilən yerdə hava ağarana qədər vakfəyə durulur. Günəş doğmadan öncə Minada hərəkət edilir. Yolda Muhassər deyilən vadidə durmamaq lazımdır. Burası Əshabi-filin dayanan yeridir.

8- Minaya gələn kimi Məscidi-hifə ən uzaq olan və Cəmrəyi-Aqabə deyilən yerdə sağ əlin baş və şəhadət barmaqları ilə iki metrə yarım və ya daha uzaqdan Cəmrə yerini göstərən divarın dibinə noxud boyda yeddi daş atılır. Divarın üstünə və ya insane, heyvana dəydikdən sonar dibinə düşərsə caiz olur. Ertəsi gün fəcrə qədər caiz isə də o gün günortadan əvvəl atmaq sünnətdir. Sonra heç durmadan buradan gedib istəsə qurban kəsər. Çünki səfəri olana qurban kəsmək vacib deyil. Səfəri olan hacıların müfrid olduqları zaman qurban kəsmələri vacib deyil. Qurbandan sonar təraş olur və ehramdan çıxar. Bayramın birinci günü Minada olanlar və bütün hacılar bayram namazı qılmaz. Sonra o gün və ya ertəsi gün və ya daha ertəsi gün Məkkəyə gedib Məscid içində niyyət edərək Təvafı-ziyarət edər. Buna Təvaf-ül ifada deyilir. Təvafı ziyarəti və təraşı bayramın üçüncü günü günəş batdıqdan sonraya buraxmaq məkruhdur və qurban kəsmək lazım olur. Yalnız huşunu itirənin yerinə başqası təfav edə bilər. Təvafı ziyarətdə Rəml və sa’y edilməz. Təvaf namazından sonra Minaya gəlir.  

Zöhr namazını Məkkədə və ya Minada qılar. Bayramın ikinci günü zöhr namazından sonra Minada xütbə oxunur. Xütbədən sonra üç ayrı yerdə 7 daş atılır. Məscidi-Hifə yaxın olandan başlanılır. Üçüncü günü də belə yeddi daş atılır ki, hamısı 49 daş olur. Bunları zöhrdən əvvəl atmaq caiz deyil və ya məkruhdur. Üçüncü günü günəş batmadan əvvəl Minadan ayrılır. Dürdüncü gün də Minada qalıb fəcrdən günəşin batışına qədər dilədiyi zaman 21 daş atmaq müstəhabdır.

Dördüncü günü fəcrə qədər Minada qalıb daş atmadan ayrılsa qoyun kəsməsi lazım olur. Birinci və ikinci yerlərindən daş atdıqdan sonra qollar çiyin səviyyəsinə qaldıraraq və ovuc səmaya və qibləyə dönərək dua edilir. Atılacaq olan 70 daş Müzdəlifədə və ya yolda yığılır. Heyvan üstündə dağ atmaq caizdir. Təvafı sadrdan sonra zəmzəm suyu içilir. Kəbə qapısının çölü öpülür. Sinə və sağ yanaq Mültəzəm deyilən yerə sürtülür. Sonra, Kəbə pərdəsinə yapışıb bildiyi duaları oxuyur. Ağlayaraq Məscid qapısından çölə çıxar.

9- Ərəfatda vaqfədən əvvəl qüsl etmək.

10- Minadan Məkkəyə son dönüşdə öncə Əbdah deyilən vadiyə gəlib burada bir miqdar durmaqdır. Buradan Məkkəyə gəlib dilədiyi qədər qalır.

11- Həccə gedərkən möhtac olmayan ana-atadan, borc yiyələrindən, zaminindən izn almaq sünnətdir. Ana-ata möhtaclarsa izinsiz getmək haramdır. Ehtiyacları üçün mal vermədisə, xanımından izinsiz getməsi də haram olar. Məkkə şəhərinə Mualla qapısından, Məscidə Babüssəlamdan və gündüz girmək müstəhabdır.

Həccin sünnətini etməyən cəza lazım olmaz. Məkruh olar, savabı azalar.

Ehramla bağlı sünnətlər:

  • Ehrama girərkən qüsl etmək və ya dəstəmaz olmaq.
  • Ehrama girmədən əvvəl 2 rəkat namaz qılmaq.
  • Kişilər izar və rida deyilən iki parça örtüyə bürünmək.
  • Ehramlı olduğu müddətdə hər fürsətdə təlbiyə (Ləbbeyk…) söyləmək.
  • Təlbiyəni hər başlayanda 3 dəfə təkrarlamaq.
  • Təlbiyədən sonra salavatı-şərifə, salavatdan sonra dua və niyazda olmaq.

 Məkkə və Kəbə ilə bağlı sünnətlər:

  • Məkkəyə mümkün olduğu qədər gündüz girmək (müstəhabdır).
  • Məkkəyə girmədən əvvəl mümkün olduğu qədər qüsl etmək və ya dəstəmaz almaq.
  • Kəbəni görən kimi dua etmək.
  • Kəbənin önünə gələndə təkbir və təhlil gətirmək.
  • Mültəzəmdə üzü və sinəsi Kəbənin divarına yapışdırıb dua etmək və niyazda olmaq.

Təvaf ilə bağlı sünnətlər:

  • Təvafa başlayarkən Hacəri-Əsvədin tuşuna Rükni-Yəmani cəhəti tərəfdən gəlmək.
  • Təvafa başlayarkən və hər şavtın sonunda Hacəri-Əsvədi istilam (öpmək, əl sürtmək) etmək.
  • Sonunda sa’y ediləcək təvaflarda kişilər əstəba və rəməl etmək.
  • Bütün şavtları ard-arda (ara vermədən) etmək.
  • Nafilə təvafı çox etmək.
  • Təvaf əsnasında zikir, təhlil və dua etmək.
  • Ziyarət təvafını bayramın ilk günü etmək.
  • Ziyarət təvafını şeytan daşlama, qurban və təraşdan sonra etmək.

Sa’y ilə bağlı sünnətlər:

1- Təvaf bitən kimi ara vermədən sa’ya başlamaq.

2- Sa’ya gedərkən Hacəri-Əsvədi istilam etmək.

3- Səfa və Mərvədə Kəbə görüləbiləcək qədər hündürə çıxıb Kəbəyə dönərək təkbir, təhlil və dua etmək.

4- Kişilər yaşıl rənglə işıqlandırılan sütunlar arasında hərvələ (qaçış) etmək, digər yerlərdə isə yavaş gəzmək.

5- Bütün şavtları ara vermədən etmək.

6- Sa’yı dəstəmazlı etmək.

7- Sa’y əsnasında təkbir, təhlil və dua etmək.

Ərəfat və Vaqfə ilə əlaqədar sünnətlər:

1- Ərəfata arəfə günü günəş doğduqdan sonra Minadan hərəkət etmək.

2- Zöhr və ikindi namazlarını cəmi-taqdim ilə qılmaq.

3- Zəvaldan (günəşin tam təpə nöqtəsindən ayrıldığı zaman) sonra vaqfə üçün mümkündürsə qüsl və ya dəstəmazlı olmaq.

4- Vaqfəni Cəbəli-Rahmə ətəklərində etmək.

5- Gün boyunca təlbiyə, zikr, təkbir, təhlil, təsbeh salavat, namaz və dua ilə məşğul olmaq.

Müdəlifə və Vaqfəsi ilə bağlı sünnətlər:

1- Ərəfatdan arəfə günü günəş batdıqdan sonra Müzdəlifəyə sükunətlə ağır enmək və Müzdəlifədə “Məşari-Haram” civarında gecələmək.

2- Sübh namazını erkən qılmaq.

3- Vaqfəni hava yaxşıca aydınlana qədər uzatmaq.

Mina və şeytan daşlama il bağlı sünnətlər:

1- Bayram səhəri hava yaxşıca işıqlanandan sonra günəş doğmadan Müzdəlifədən hərəkət edib, Minaya gəlmək.

2- Vaxt itirmədən böyük şeytanı daşlamaq.

3- Daşlayarkən Məkkəni solda Minanı sağ tərəfdə saxlamaq.

4- Daşları təxminən 3.5-5 m uzaqlıqdan atmaq.

5- İkinci və Üçüncü Bayram günlərində daşları kiçik-orta-böyük şeytan sırası ilə atmaq.

6- Kiçik və orta şeytana daş atdıqdan sonra dua etmək. Böyük şeytan daşladıqdan sonra dərhal ordan ayrlmaq.

7- Daşları bayramın ilk günü günortadan əvvəl, digər günlərdə isə günortadan sonra günış batmadan əvvəl atmaq.

8- Minada Məkkəyə qayıtmağa tələsənlər bayramın üçüncü günü günəş batmadan əvvəl Minadan ayrılması lazımdır.

Saçların kəsilməsi ilə bağlı sünnətlər:

1- Kişilərin saçlarının hamısını təraş etmək və və ya hamısını qısaltmaq.

2- Təraşı ziyarət təvafından əvvəl etmək.

Zəmzəmlə bağlı sünnətlər:

1- Vəda təvafını edib təvaf namazını qıldıqdan sonra bol-bol zəmzəm içmək və tökülmək.

2- Zəmzəmi Kəbəyə qarşı ayaqüstə və Beytullaha baxaraq içmək. 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину