Facebook Twitter WhatsApp

Dostları çoxaltmaq

Sual: Yoldaş və dostları çoxaltmaqda zərər vardır?

CAVAB

Yaxşı insanların çox olması əlbəttə yaxşıdır. Düşmənlərlə mübarizədə daha çox qüvvətə sahib olmaq, xalq içində daha çox sevilmək və lazım olduğu zaman ehtiyacları təmin üçün daha çox kömək görmək üçün çox dosta sahib olmaq daha yaxşıdır. Çünki adamın yaraşığı və şərəfi dostlarının çoxluğudur.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Dostunuz çox olsun! Çünki Rəbbiniz kərimdir. Qiyamətdə dostları arasındakı insana əzab etməkdən həya edər.” [Şirə]

“Tanışınız çox olsun! Qiyamətdə hər biri şəfaət edər.” [İbni Nəccar]

Allahu təala Həzrəti Musaya vəhy etdi ki:

“Yoldaşlarına həsəd etməyənin dostları çoxalar.” [İ.Qəzali]

İnsanların acizi dosta sahib ola bilməyən, bundan da acizi dostlarını itirəndir. Dostları itirməmək üçün comərd olmaq, hədiyyə vermək lazımdır. Hədisi-şərifdə, “Hədiyyələşmək dostluğu artdırar” buyurulmuşdur. Dostluğun davamı üçün hal və hərəkətlərlə onu sevdiyini bildirmək lazımdır, dil ilə də söyləmək lazımdır. Çünki Peyğəmbər əfəndimiz, “Dostunu sevən ona, “Səni Allah rizası üçün sevirəm” desin!” buyurur. 

Yoldaşının dostu ilə düşmən olmamaq və ya düşməni ilə dost olmamaq da vəfadandır. Yoldaşın səhvini görüb onu tənqid etməmək dostluğa yaraşmaz. Hafizi Şirazi, “Dostlara doğru söyləmək lazımdır, düşmənləri gülər üzlə və şirin dil ilə idarə etmək lazımdır.” buyurur.

Yaxşılarla yoldaşlıq, dostluq qiymətli ikən pislərlə yoldaşlıq da çox pisdir. İnsanın dünyasını da axirətini də aparar. İnsanın dini dostunun dini kimidir. O halda kiminlə dostluq etdiyinizə diqqət edin!” məalindəki hədisi-şərifi unutmamaq lazımdır.

Həzrəti Əli, “Dostlarınızı çoxaldın! Onlar sizin üçün dünya və axirət sərmayəsidir” buyurmuşdur. Dostdan məqsəd yaxşı kəsləri çoxaltmaq olmalı, yoxsa ədədi çoxaltmaq deyil. Çünki yaxşı bir dost xeyirsiz min dostdan yaxşıdır. 

Dostları çoxaldacağam deyərkən, düşmən qazanmamaq lazımdır.  Həsəni Bəsri həzrətləri, “Min adamın dostluğuna, bir adamın düşmənliyini satın alma!” buyurdu. Şeytan insana pis yoldaş vasitəsi ilə günah işlədər. Ağıllı, elm sahibi, yaxşı əxlaqlı, comərd və günahlardan qaçan kəslərlə dostluq etmək lazımdır! Qurani-kərimdə məalən, “Mənim yolumda gedənlərə tabe ol!” buyurulur. Allahu təala Davud əleyhissəlama, “Məni sevməyənlərlə dostluq etmə! Bunlar sənin düşmənindir. Qəlbini qaraldar və səni məndən uzaqlaşdırar” buyurmuşdur.

Dostluq yükünün ağır və külfətli olmaması, dostlar arasında cərəyan edən çəkişmə və ixtilafların az olması üçün az sayda dosta sahib olmaq daha yaxşıdır. Bəzi alimlər  də çox dosta sahib olmağı uyğun görməyib demişlər ki:

  • Dost atəş kimidir, azı fayda, çoxu zərər.
  • Dostu çox olanın, alacaqları da çox olar.
  • Bir çox xəstəlik, çox yeyib içməkdən hasil olar. Düşmən də dostlar arasından çıxar, başqa yerdən gəlməz. O halda dostları çoxaltma! Necə çox şey vardır ki, ikrah və peşmanlıq gətirər. Neçə az da vardır ki, rəğbət və nəfasət gətirər. Dəniz çoxdur, fəqət duzlu olduğu üçün susuzluğu aradan qaldırmaz. Yağış suları azdır, fəqət susuzluğu aradan qaldırar.

Araşdırmadan və sınamadan dostları çoxaldan, təsadüfi ağır daşları yüklənməyə çalışan axmağa bənzəyər. Araşdırmaq və sınamaqdan sıxılmayıb dost əldə edəcəyi kimsənin xüsusiyyətlərini incə ələkdən keçirən, qiymətli daşları, ləl-cavahiratları seçən kimsəyə bənzəyər. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ağıllı kimsə ən möhkəm dostuna qarşı belə ehtiyatlı olar.” [Deyləmi]

“Dostuna tanıdığın haqq və hörməti o sənə tanımırsa, onunla yoldaşlıqda fayda yoxdur.” [Əl-Asgari]

Düşmən qazanma

Sual:Bir yoldaş, “Bu zamanda dost qazanmağa çalışma, amma düşmən qazanma” deyə bir söz nəql etdi. Dost qazanmaq zərərli də elə deyir?

CAVAB

Xeyr, elə deyil. Burada düşmən qazanmamanın əhəmiyyəti vurğulanır. Bir düşmən qazanmaq, min dost qazanmaqdan pisdir deyilmək istənir. Burada əhəmi mühümə seçim vardır. Yəni əhəmiyyətli olanı əvvəl etmək lazımdır. Məcəllədə, “Dəfi məfasid, cəlbi mənafidən üstündür” buyurulur. Yəni, zərərdən qorunmaq, mənfəət təmin etməkdən əvvəl gələr.Demək ki əvvəl zərər yox edilər.Zərər yox edilmədən fayda təmin edilə bilməz. Düşmənin zərər verməsinə və ya yeni düşmən qazanmağa fürsət verməmək lazımdır.

Faydasız şeylərdən əl çək, hər şeyə uzanma

Bu zamanda dostu burax, əvvəl düşmən qazanma

Düşmən qazanmamaq, dost qazanmaqdan yaxşıdır

Çünki zərəri yox etmək, faydalıdan əvvəl gələr.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину