Facebook Twitter WhatsApp

Ziyarətin əhəmiyyəti

Sual: Kimləri ziyarət lazımdır? Ziyarətin əhəmiyyəti nədir?

CAVAB

Ziyarətlərin yalnız Allah rizası üçün olması lazımdır! Əvvəl ana-ata və daha sonra digərləri ziyarət edilir.

  • Kafir olan ana-ataya da xidmət etmək, ehtiyaclarını qarşılamaq, ziyarətlərinə getmək lazımdır. Küfrə səbəb olan şey etdirəcəksələrsə, ziyarətlərinə gedilməz.

Ana-ata ölmüş isə qəbirlərini və dostlarını ziyarət etmək lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ana-atanın qəbrini Cümə günü ziyarət edənin günahları əfv olar, haqlarını ödəmiş olar.” [Tirmizi]

“Ana-atası öldükdən sonra onun dostlarını ziyarət edən, yaxşılıqların ən yaxşısını etmiş olar.” [Müslim]

  • Günah işləməyə səbəb olacaq qohumu ziyarət lazım deyildir. Fəqət saleh olan qohumu ziyarət lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Silayi-rəhm, gəlməyən qohumu axtarıb ziyarət və yaxşılıq etməkdir.” [Tirmizi]

“Ruzisinin bol, ömrünün uzun olmasını istəyən silayi-rəhm etsin!” [Buxari]

“Silayi-rəhm malı çoxaldar, ailədə sevgini artırar və ömrü uzadar.” [Tabərani]

Saleh qohumu heç olmazsa həftədə və ya ayda bir ziyarət etmək, qırx günü keçirməmək lazımdır, uzaq şəhərdə isə məktubla, telefonla könlünü almaq lazımdır!

  • Saleh yoldaşları, din qardaşlarını, qonşuları ziyarətin əhəmiyyəti də böyükdür. Hədisi-şəriflər də buyuruldu ki:

“Yoldaşını Allah rizası üçün ziyarət edənə bir mələk, “Nə gözəl oldu, Cənnəti haqq etdin” deyər. Allahu təala da, “Qulum məni ziyarət etdi. Qonaq etmək mənə aiddir. Ona Cənnətdən başqa bir ziyafətə razı olmaram” buyurar. [İ.Əbiddünya]

“Din qardaşını, dostunu Allah üçün ziyarət edənə bir mələk, “Nə yaxşı etdin, Cənnət sənə halal olsun” deyər. Allahu təala da buyurar ki: “Qulum məni ziyarətə gəldi. Mənə də onu qonaq etmək düşər.”” [E.Yala]

“Bir din qardaşını ziyarət edənə bir mələk, “Nə xoşbəxtsən, Cənnətə girmiş oldun” deyər. Haqq təala da buyurar ki: “Mənim üçün ziyarət edən quluma Cənnətdə xoşlanacağı mükafatlar verəcəyəm.”” [Bəzzar]

“Din qardaşını ziyarət edən, qayıdana qədər rəhmət içindədir.” [Tabərani]

“Cənnətdə elə gözəl saraylar vardır ki, bunlar bir-birini Allah üçün ziyarət edən, Allah üçün sevib kömək edənlər üçün hazırlanmışdır.” [Tabərani]

“Bir mömini ziyarət üçün evindən çıxana 70 min mələk, “Ey Rəbbimiz, sənin razılığın üçün ziyarətə gedən bu quluna rəhmət et” deyə dua edər.” [E.Nuaym]

“Bir müsəlman müsəlman qardaşını ziyarət edəndə, 70 min mələk “Ey Rəbbimiz, sənin razılığın üçün ziyarətə gedən bu qulundan razı ol” deyə dua edərlər.” [Tabərani]

“Din qardaşını yalnız Allah rizası üçün ziyarət edən Cənnətdədir.” [Tabərani]

“Din qardaşını ziyarət edənə Cənnətdə bir dərəcə verilər.” [Ey oğul Elmihalı]

“Ziyarətçinizə ikram edin!” [Haraiti]

“Ərşin ətrafında nurdan kürsülərdə, nur kimi parlayan insanlara Peyğəmbərlər və şəhidlər qibtə edərlər. Bunlar Allah üçün bir-birini sevən, Allah üçün görüşən, Allah üçün bir-birini ziyarət edənlərdir.” [Nəsai]

“Allahu təala buyurar ki: Mənim üçün bir-birini ziyarət edən, mənim üçün bir-birini sevən, mənim üçün verən, mənim üçün bir-birinə kömək edən, sevgimə məzhər olar.” [Hakim]

“Allah üçün sevdiyi yoldaşının ziyarətinə gedənə ardından bir mələk, “Nə gözəl iş edirsən, Cənnəti haqq etdin” deyər.” [Tirmizi]

“Allahu təala buyurdu ki: Mənim üçün bir-birinə sevgi göstərənlərə, bir-birini ziyarət edənlərə, bir-birinə kömək edənlərə məhəbbətim haqdır.” [Tabərani]

“Bir kimsə kənddəki dostunu ziyarətə gedər. Bir mələk ona deyər ki:

  • Belə hara gedirsən?
  • Bu kənddə bir dostum var. Onu ziyarətə gedirəm.
  • Bunun sənə bir yaxşılığı, bir köməyi oldu ki, onun üçün gedirsən?
  • Xeyr, yalnız Allah rizası üçün ziyarətinə gedirəm.
  • Müjdələr olsun sənə! Məni Haqq təala göndərdi. Heç bir mənfəət ümid etmədən, dostunu ziyarətə getdiyin üçün, Rəbbimizin sevgisinə qovuşdun.” [Müslim, Hakim]

“Mömin qardaşını ziyarət edib müsafəha edənlərin əlləri ayrılmadan, ağacdan yarpaq tökülər kimi günahları tökülər.” [Ey Oğul Elmihalı]

  • Hər müsəlmanı ziyarət əhəmiyyətli isə də, xüsusilə alimi və kasıbı ziyarət daha önəmlidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Alimi ziyarət edən məni ziyarət etmiş kimi savaba qovuşar.” [Tabərani]

“Zəngini ziyarət edən kimsəyə, saim və qaim savabı, kasıbı ziyarət edən kimsəyə isə, fi səbilillah cihad savabı verilər, hər addımı Allah yolunda atılan adımla bərabər olar.” [Deyləmi] [Saim, oruclu, Qaim, gecə ibadət edən. Fi səbilillah, Allah yolunda]

  • Ziyarətin aralıqlı olması lazımdır. Hikmət əhli, “Ziyarəti tərk etmə, səni unudarlar. Çox tez də getmə, səndən bezərlər” deyir. Hədisi-şərifdə buyuruldu ki:

“Ziyarəti aralıqlı edin, sevgini artırın!”  [Bəzzar]

  • Ev sahibindən icazə olmadan qalxmamaq lazımdır! Bir hədisi-şərifdə buyurulur ki:

“Ziyarətə gələn kimsə icazə almadan qalxıb getməsin!” [Deyləmi]

Dəvət ediləndə getməmək günahdır?

Sual: Ziyafətlərə, dəvətlərə, məsələn toy yeməyinə getmək vacibdir ya sünnət? Dəvət ediləndə getməmək günahdır?

CAVAB

“Buxari”dəki hədisi-şərifdə, “Dəvətə getməyən, Allah və Rəsulunə üsyan etmişdir” buyurulur. Alimlər bu hədisi-şərifi açıqlamış, hər cür dəvəti qəbul etməyin vacib deyil, sünnət olduğunu bildirmişdirlər. (Mənahic-ül-ibad)

Toy yeməyinə çağırılanda getmək də sünnətdir. Bəzi alimlər vacib demişdirlər. Yalnız, günah işlənmirsə getmək sünnətdir. Şərtlərdən biri nöqsan olan ziyafətə getmək sünnət deyildir. Məsələn, yemək riya və şöhrət üçün deyilsə, halal maldan hazırlanmışsa, spirtli içki, çalğı və bənzəri olan şeylər yoxdursa, zəngin-kasıb seçilmədən hər kəs dəvət edilmiş isə, belə dəvətə, sünnət olduğunu düşünərək getmək lazımdır, qarın doyurmağı və başqa şeyləri düşünməmək  lazımdır. 

Süfyanı Səvri həzrətləri buyurur ki:

“Allah rizası üçün niyyət etmədən yeməyə dəvət edənə bir günah yazılır. Belə niyyət etmədən gedənə də iki günah yazılır.”

Toya kasıb-zəngin seçmədən dəvət etmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Yeməklərin ən pisi zənginlərin dəvət edilib kasıbların çağırılmadığı toy yeməkləridir.” [Buxari]

Sual: Allah üçün ziyarətin əhəmiyyəti nədir?

CAVAB

Əhəmiyyəti böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala buyurdu ki: Mənim üçün bir-birini sevən, mənim üçün toplanıb dağılan, mənim üçün bir-birini ziyarət edən, mənim üçün bir-birinə yedirib içirəni sevərəm.” [İ.Malik]

“Allah üçün ziyarətə gedənə yetmiş min mələk yoldaşlıq edər.” [Əbu Nuaym]

“Allahu təala buyurdu ki: Mənim üçün bir-birini sevənlərə, mənim üçün oturub söhbət edənlərə, mənim üçün mallarını, canlarını bir-birlərinə fəda edənlərə və mənim üçün bir-birlərini ziyarət edənlərə məhəbbətimi vacib qıldım.” [Tabərani]

Sual: Salehləri Allah rizası üçün ziyarət etməyin əhəmiyyəti nədir?

CAVAB

Bir din qardaşını ziyarət savabı, yüz qəbul olmuş nafilə həcc və ya ümrə savabından çoxdur. Hədisi-şəriflərdə buyuruldu ki:

“Alimlərin məclisində olan mənim məclisimdə də olmuş olar. Mənim məclisimdə olan isə sanki Rəbbinin məclisində olmuş olar.” [Tabərani]

“Səni ziyarət etməyəni ziyarət et! Sənə hədiyyə verməyənə hədiyyə ver!” [Buxari]

“Sədəqə vermək, yaxşılıq etmək, ana-ataya ehsan etmək və qohumu ziyarət etmək, müsibəti səadətə çevirər, ömrü uzadar və insanı pis ölümdən qoruyar.” [Əbu Nuaym]

“Məscidlər Allahın evləridir və möminlər də Allahın ziyarətçiləridir. Ziyarətinə ikram etməsi ziyarət edilən üzərinə haqdır.” [Hakim]

Dostu ziyarət

Sual: Saleh bir dostu yalnız Allah rizası üçün ziyarət etmək savab olar?

CAVAB

İslam Əxlaqı kitabındakı hədisi-şərifdə, “Din aliminin və salehlərin yanına gedənin hər bir addımına Haqq təala qəbul olmuş nafilə bir həcc savabı ehsan edər.” buyurulur. Demək ki, yalnız Allah rizası üçün ziyarət etmək çox savab olur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину