Sual: “Şikəstə yazığın gəlməsin, ona sevgi göstər! Yazığı gələn, yazıq günə düşər” deyilir. Yazığı gəlməyi pisləmək səhv deyil?
CAVAB
Əlbəttə səhvdir. Yazığı gəlmək - mərhəmət etmək, şəfqət göstərmək deməkdir. Allahu təalanın Əsmai-hüsnasındakı Rəhman, Rəhim, Rauf kimi adların mənası, mərhəmət edən, acıyan, şəfqət göstərən deməkdir. Bir ayə məalı:
“Allah çox acıyan, çox mərhəmət sahibidir.” [Furqan 70]
Ərham-ür-rahimin, demək də mərhəmətlilərin ən mərhəmətlisi, acıyanların ən acıyanı deməkdir. Allahu təala Əshabi-kiramı, “Bir-birinə acıyan” deyə tərifləyir. (Fəth 29)
Acımağın ziddi qəddarlıq, zülm, mərhəmətsiz və qatı qəlbli olmaqdır. Sanki “Yazığın gəlməsin!” demək, “Zülm et!” demək kimi bir şey olur. “Yazığın gəlməsin, vur!” demiş kimi. Mərhəmət etmək imanın şərtidir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) acıması çox idi. Təsəvvüf hər kəsə acımaq deməkdir. Acıyan başqalarına dərd, fəlakət gəlməsinə kədərlənər, hər kəsin çətinlikdən xilas olmasına çalışar. Kafir-mömin hər kəsə, hətta bütün heyvanlara mərhəmət etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Mərhəmətli olmayanın, acımayanın imanı olmaz” buyuranda, Əshabi-kiram, “Ya Rəsulallah, hamımız mərhəmətliyik” dediklərində, “Bir dosta mərhəmət kafi deyildir. Bütün məxluqata mərhəmətli olmaq lazımdır” buyurdu. (Tabərani)
Peyğəmbər əfəndimiz acıyaraq bir koru qırx addım aparının Cənnəti haqq edəcəyini bildirmişdir. (Beyhəqı)
Bir neçə hədisi-şərif:
“Allaha and içirəm ki, bir-birinizə acımadıqca Cənnətə girə bilməzsiniz.” [Hakim]
“Ancaq mərhəmətli olan, acıyan Cənnətə girər.” [Beyhəqı]
“Zəlil və yoxsullara acıyana müjdələr olsun!” [Buxari]
“Şikəstlərə, xəstələrə, qocalara və kiçiklərə acıyın.” [Şirə]
“Yerdəkilərə acıyarsanızsa, göydəkilər [mələklər] də sizə acıyar.” [Tirmizi]
“Yerdəkilərə acımayana, göydəkilər acımaz.” [Tabərani]
“Acımayana acınmaz.” [Müslim]
“Böyüyünə hörmət etməyən, kiçiyinə acımayan bizdən deyildir.” [Tirmizi]
“Allahu təala insanlara acımayana, acımaz.” [Tabərani]
“Ana-atanın üzünə mərhəmətlə baxana həcc və ümrə savabı verilər.” [İ.Rafii]
“Möminlər acımada bir bədən kimidir. Bədənin bir yeri narahat olanda bütün bədən narahat olduğu kimi Müsəlmanların da bir-birinə acıması lazımdır!” [Buxari]
“Yoxsullara, çarəsizlərə, zəiflərə acıyana müjdələr olsun!” [Buxari]
“Ya Rəbbi, bizə acımayanları başımıza müsəllət etmə!” [Tirmizi]
“Şaki olan mərhəmətsiz olar.” [Tirmizi] (Şaki bəxtsiz, Cəhənnəmlik deməkdir.”
Peyğəmbər əfəndimiz Cəhənnəmi haram qılan əməllərdən birinin zəiflərə, şikəstlərə acımaq olduğunu bildirmişdir. (Deyləmi)
Dinimizin bu əmrlərinə baxmayaraq, “Şikəstə acıma!” demək, nə qədər vicdansız, mərhəmətsiz bir söz olur. Səhv olan acımaq deyil, şikəsti alçaltmaq, xor görməkdir.
В корзине: 0 шт.
на сумму: 0