Facebook Twitter WhatsApp

Ləqəb qoymaq

Sual: Birisinə ləqəb qoymaq  və ya ləqəbi ilə çağırmaq günahdır?

CAVAB

       Ləqəbdən, ya tənqid etmək, lağ etmək və ya tərifləmək, təqdir etmək üçün istifadə edilir. İnsanları bəyənmədiyi, üzüləcəyi ləqəblərlə çağırmaq günahdır. Belə bir ləqəblə arxasından danışmaq da qeybətdir, haramdır.

       Qurani-kərimdə məalən buyuruldu ki:

       “Ey möminlər, bir qisminiz digər qisminizi lağa qoymasın! Bəlkə də lağ edilənlər, onlardan daha yaxşıdır. Bir-birinizi ayıblamayın, pis ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pisdir! [Allahın qadağan etdiyi şeylərdən] tövbə etməyənlər isə, zalımdırlar.” [Hucurat 11]

            Hədisi-şərifdə də buyuruldu ki:

      “İnsanlarla lağ edənə, Cənnətdən bir qapı açılar, “Buyur gir” deyilər. O da, təlaşla gələr, fəqət qapı dərhal bağlanar. Sonra başqa bir qapı açılar. O yenə məyus halda qapıya gedər. Qapı yenə bağlanar. Bu vəziyyət, dəfələrlə təkrar olunar, artıq gəl deyildiyi halda, gedə bilməz.”  [Əbu Dvaud]

      Demək ki, bir kimsənin kədərlənəcəyi bir ləqəblə üzünə qarşı da, arxasından da danışmaq doğru olmaz. Məsələn, Gonbul Çingiz, Karlik Nərgiz kimi ləqəblərlə çağırmaq və ya arxasından danışmaq günahdır. Hədisi-şərifdə “Bir insanı sevmədiyi bir ləqəblə çağırana mələklər lənət edər” buyuruldu. (İbni Sünni)

      Bir insan bir qüsuru ilə məşhur olub, o ləqəb ilə onu çağıranda üzülməzsə, bu ləqəb ilə onu çağırmaq və ya ondan bəhs etmək də günah olmaz. Məsələn, Uzun Etibar, Qara Əsgər demək kimi.

     İnsanları bəyəndiyi ləqəblərlə çağırmaq günah deyildir. Məsələn, İgid Hüseyn, Qəhrəman Həsən kimi ləqəblərlə insanları çağırmaq günah olmaz.

     Peyğəmbər əfəndimizə Əmin, Həzrəti Əbu Bəkirə Siddiq, Həzrəti Ömərə Faruq, Həzrəti Osmana Zinnureyn, Həzrəti Əliyə Əbu Turab deyilməsi bunlardandır.

     Ərəblər, ən böyük uşağın adı ilə künyələnərdi. Məsələn, Peyğəmbər əfəndimizə Əbul Qasım, Həzrəti Əliyə Əbul Həsən deyilərdi. İmam Əbu Yusifin adı Yaqub idi. Lakin, uşağının adı ilə Əbu Yusif olaraq tanınmışdır.

    Hədisi-şərifdə, “Uşaqlarınıza müxtəlif ləqəblər qoymayın, onlarla künyələnin” buyuruldu. Demək ki, insanları bəyəndikləri ləqəb və künyə ilə çağırmaqda zərər yoxdur. (Şirə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину