Facebook Twitter WhatsApp

Qeybət etmək

      Hər hansı bir möminin və ya zimminin [qeyri musəlman vətəndaşın] eybini, onu pisləmək məqsədilə arxasınca söyləmək qeybət olur. [Pisləyən sözlər doğrudursa “qeybət” olur. Yalandırsa “iftira” olur. Qeybət və iftira etmək böyük günah olduğu kimi, bunları dinləmək də haramdır. Danışan və dinləyən Cəhənnəm alovunda yanacaqdır. Söyləyəni susdurmalı, susdura bilməsə, oradan qalxıb getməlidir və bunlar üçün dua etməlidir. Dostların, tanışların adlarını yazıb divara asmalı, bu adlara hər baxanda sahiblərinə dua etməlidir. Məzarların üzərinə daşlar düzülüb üzərilərinə meyitin adı yazılır, keçənlər, görənlər, bu meyitə rəhmət və istiğfar (bağışlanma) oxuyurlar. İllərlə bu dualara qovuşan meyitlər qəbr əzabından qurtulur.] Qeybət haramdır. Qulaq asan o kimsəni tanımırsa qeybət olmaz. Qeybət olunan kimsə bunu eşidərsə üzülər. Bədənində, soyunda, əxlaqında, işində, sözündə, dinində, dünyasında, hətta geyimində, evində, heyvanında olan bir qüsur, arxasınca söylənən zaman, bunu eşitdikdə üzülərsə qeybət olar. Üstüörtülü söyləmək, işarə ilə, hərəkət ilə bildirmək, yazı ilə bildirmək də elə söyləmək kimi qeybətdir. Bir müsəlmanın günahı və qüsuru söyləndiyi zaman, hafizlərin və din adamlarının, əlhamdulilləh biz belə deyilik demələri, qeybətin ən pisi olur. Birisindən bəhs edilərkən, əlhamdulilləh, Allah bizi həyasız etmədi, kimi sözlərlə onu pisləmək çox çirkin qeybət olur. Filan kimsə çox yaxşıdır, ibadətdə bu qüsuru olmasa, daha yaxşı olardı demək qeybət olur. Hucurat surəsinin on ikinci ayətində məalən, “Bir-birinizi qeybət etməyin” buyuruldu. Qeybət, adam çəkişdirmək deməkdir. Birisini qeybət etmək, ölmüş insanın ətini yemək kimi olur, buyuruldu. Hədisi-şərifdə, “Qiyamət günü, bir nəfərin savab dəftəri açılır. Ya Rəbb! Dünyada bu ibadətləri etmişdim. Səhifədə bunlar yazılı deyil, deyər. Onlar dəftərindən silindi, qeybət etdiklərinin dəftərlərinə yazıldı, deyilər” və “Qiyamət günü bir kimsənin savab dəftəri açılır. Etməmiş olduğu ibadətləri orada görür. Bunlar səni qeybət edənlərin savablarıdır, deyilər” buyuruldu. Əbu Hüreyrə (radıyallahu anh) deyir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) ilə otururduq. Aramızdan birisi qalxıb getdi. Ya Rəsulallah! Rahatsız olub getdi, deyildi. “Dostunuzu qeybət etdiniz, ətini yediniz” buyurdu. Aişə (radıyallahu anhə) deyir ki, Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanında bir qadının uzun olduğunu söylədim, “Ağzındakını çıxart!” buyurdu. Tüpürdüm. Ağzımdan ət parçası çıxdı. Allahu təala sıfatları (xüsusiyyətləri), özəllikləri, cisim şəklində göstərməyə qadirdir. Qeybət, din qardaşının, bir zimminin eşitdiyi zaman üzüləcəyi bir qüsurunu arxasından söyləməkdir. Allahu təala Musa aleyhissəlama vəhy etdi ki, “Qeybət edib tövbə edən Cənnətə ən son gedəcəkdir. Qeybət edib tövbə etməyən Cəhənnəmə ən birinci gedəcəkdir”. İbrahim Ədhəm (rahimə-hullahü təala) bir yeməyə dəvət edilmişdi. Süfrədə, dəvət olunanlardan birinin olmadığı deyildiyi zaman, o ağır adamdır, deyildi. İbrahim ibn Ədhəm (rahimə-hullahü təala), qeybət edildi, buyurdu və çıxıb getdi. Hədisi-şərifdə, “Bir kimsə üçün söylənən qüsur onda varsa bu söz qeybət olur. Yoxsa böhtan, yəni iftira olur” buyuruldu. Dindəki qüsurları söyləmək, məsələn namaz qılmaz və ya şərab içər və ya oğurluq edər və ya söz daşıyandır, demək və dünyadakı qüsurlarını söyləmək, məsələn kar, çəpgöz demək qeybət olur. Dindəki qüsurlarını onu pisləmək məqsədilə söylənərsə, qeybət olur. Onun xeyrini düşünərək söylənərsə qeybət olmaz. Yazığı gəldiyi üçün də qeybət olmaz, deyildi. Bu kənddə, namaz qılmayan var və ya kommunist var, oğru var demək qeybət olmaz. Çünki bəlli bir şəxs söylənməmişdir.

Bir şəxs namaz qılar, oruc tutar, həm də əli ilə insanlara zərər verir. Məsələn döyər, mallarını qəsb edər, oğurluq edər. Yaxud dili ilə zərər verər. Məsələn söyər, iftira edər, qeybət edər, söz daşıyar. Açıq-aşkar edilən fisq, haram və bidətləri söyləmək qeybət olmaz. Bunların qarşısını almaq üçün hökumətə xəbər vermək günah olmaz. Bir kimsə atasından gizli haram işləyərsə, atasının mane olacağını bilirsə, atasına söyləməsi və ya yazaraq bildirməsi lazımdır. Mane olacağını bilmirsə xəbər vermək caiz olmaz. Çünki düşmənçiliyə səbəb olar. Birinin zərərlərini ona yazığı gəldiyi üçün və ya başqalarının ondan qorunması üçün söyləyərsə qeybət olmaz. Onu pisləmək üçün söyləyərsə qeybət olar. Altı qrup insanın qüsurlarını, eyiblərini arxasından söyləmək qeybət olmaz: Ona yazığı gəldiyi üçün söyləmək, ona mane olunması üçün söyləmək, fitva almaq üçün söyləmək, müsəlmanları onun şərindən qorumaq üçün söyləmək, o qüsur ona ad olmuş isə, onu bu ad ilə tanıtdırmaq məcburiyyətində olmaq, aşkar, hər kəsə bilinən fisqi, bidəti və zülmü söyləmək. Hirslənərək onu pisləmək niyyətilə söylənən qeybət olur. Satışda olan malın qüsurunu müştəriyə demək, satıcını qeybət etmək sayılmır. Evlənəcək kişiyə nikah edəcəyi qızın eybini, qüsurunu xəbər vermək qeybət olmaz, nəsihət olar. Bir şeyi bilməyənə nəsihət vermək vacibdir. Aşkar haram işləyənin və zülm edənin, gizli olan başqa eyiblərini bildirmək qeybət olur. Hədisi-şərifdə “Həya cilbabını çıxaran insandan danışmaq qeybət olmaz” buyuruldu. Cilbab, qadınların geniş baş örtüyüdür. Burada həya cilbabını çıxartmaq, aşkar haram işləmək deməkdir. Hədisi-şərif belə insanın həyasının olmadığına işarə edir. İmamı Qazəli və bəzi alimlər (rahimə-hümullahü təala) aşkar günah işləyənin və başqalarının qüsurunu deməyin qeybət olmasında onu pisləmək şərt deyildir, dedilər. Bunun üçün qeybət etməkdən çox çəkinmək lazımdır.

İnsanı qeybət etməyə sürükləyən səbəblər çoxdur. Burada on biri bildiriləcəkdir: Ona qarşı düşmənlik, yanında olanların fikirlərinə tabe olmaq düşüncəsi, sevilməyən bir kimsəni pisləmək, özünün o günahda olmadığını bildirmək, özünün ondan üstün olduğunu bildirmək, həsəd aparmaq, yanında olanları güldürmək, zarafatlaşmaq, ona lağ etmək, gözləmədiyi insanın haram işləməsinə heyrətini bildirmək, buna üzüldüyünü, ona acıdığını bildirmək, haram işlədiyi üçün onu sevmədiyini bildirmək.

Qeybət, insanın savablarının azalmasına, başqasının günahlarının ona verilməsinə səbəb olur. Bunları hər zaman düşünmək insanın qeybət etməsinə mane olur.

Qeybət üç cürdür: Birinci halda, mən qeybət etmədim, onda olanı dedim, deyər. Belə demək küfr olur. Çünki harama halal demiş olur. İkincisində, qeybət olunana eşitdirməkdir. Böyük haram olur. Tövbə etməklə əfv edilməz. Onunla halallaşmaq da lazımdır. Üçüncüsündə, qeybət olunanın bundan xəbəri olmaz. Tövbə və istiğfar etməklə, ona xeyir-dua etməklə əfv olur.

Yanında qeybət edildiyini eşidən kimsə, buna tez mane olmalıdır. Hədisi-şərifdə, “Din qardaşına, onun xəbəri olmadan kömək edən kimsəyə, Allahu təala dünyada və axirətdə kömək edər” və “Yanında din qardaşının qeybəti edildikdə, gücü çatdığı halda ona kömək etməyən kimsənin günahı dünyada və axirətdə özünə bəs edər”, “Bir kimsə dünyada din qardaşının ismətini qoruyarsa, Allahu təala bir mələk göndərərək, onu Cəhənnəm əzabından qoruyar” və “Bir kimsə din qardaşının namusundan bir şeyi qoruyarsa, Allahu təala onu Cəhənnəm əzabından qoruyar” buyuruldu. Qeybət edilərkən, orada olan kimsə qorxmazsa, söz ilə, qorxarsa, qəlbi ilə rədd etməzsə qeybət günahına ortaq olar. Sözünü kəsməsi və yaxud qalxıb getməsi mümkündürsə bunları etməlidir. Əli ilə, başı ilə, gözü ilə rədd etməsi kafi gəlməz. Aşkar sus deməsi lazımdır.

Qeybət etməyin kəffarəsi, üzülmək, tövbə etmək və onunla halallaşmaqdır. Peşman olmadan halallaşmaq riya (göstəriş) olur, ayrı bir günahdır. [Ölünü və zimmi olan kafiri qeybət etməyin haram olduğu İbni Abidin beşinci cild 263-cü səhifədə yazılmışdır]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину