Facebook Twitter WhatsApp

Təzəllül

Sual: Təzəllül nədir, bir neçə örnək verərsiniz?

CAVAB

Təvazökarlığın həddindən artıq miqdarına təzəllül deyilir. Bayağılıq, özünü alçaltmağa deyilir. Təzəllül haramdır. Başqa haramlarda olduğu kimi bu da zərurət ilə caiz olar. Dinini, canını, malını, namusunu qorumaq, zalımdan xilas olmaq zərurətdir. Belə bir çətinlik olanda asanlıq axtarmaq caiz olur.

Özündən aşağı olanlara qarşı təvazökarlıq göstərmək yaxşı isə də, bunun çox olmaması lazımdır. Çox olan təvazökarlığa yaltaqlanmaq [təzəllül] deyilir ki, bu ancaq ustada və alimə qarşı caizdir. Təvazökar olmaq ayrı, təvazökar görünmək ayrıdır. Alimlər, kibrli olan təvazö göstərər buyurur. Hədisi-şəriflərdə buyurulur ki:

“Yaltaqlanmaq Müsəlman əxlaqından deyildir.” [Bəriqa]

“Haqq üçün zillətə girmək, kibrlənməyə görə izzətə daha yaxındır.” [Deyləmi]

“Təvazökarlara təvazö göstərin, kibrlilərə də kibrli görünün!” [İ.Qəzali]

Təzəllül üçün bir neçə örnək:

  • Dəvət olunmadan ziyafətə getmək təzəllüldür.
  • Bir günlük yeyəcəyi olanın dilənməsi təzəllül olur, haram olu
  • Çox hədiyyə almaq üçün az bir şeyi hədiyyə vermək də təzəllül olu Alınan hədiyyənin qarşılığını bundan çox vermək üstündür. Fəqət, çox qarşılıq üçün hədiyyə vermək caiz deyildir.
  • Bir mənfəətə qovuşmaq düşüncəsiylə dövlət adamları ilə, hakimlərlə, zənginlərlə yoldaşlıq etmək təzəllül olar. Belə kəslərlə qarışanda bunlara salam verərkən əyilmək təzəllüldür. Böyük günahdır. İbadət üçün əyilmək küfr olar.
  • Bir alimin yanına bir çoban gəldiyi vaxt alimin ayağa qalxıb bunu yerinə oturtması və gedərkən ayaqqabılarını önünə qoyması təzəllül olu Yalnız ayağa qalxıb oturması ona yer göstərməsi, işini, halını və nə üçün gəldiyini soruşması, suallarına gülər üzlə cavab verməsi və dəvətini qəbul etməsi təzəllül deyildir, təvazökarlıqdır.

Hər sənət və ticarətlə məşğul olmaq, maaş, ödəniş qarşılığında mübah olan işləri görmək, məsələn, çobanlıq, bağbanlıq etmək, inşaatda çalışmaq və hamballıq etmək təzəllül deyildir. Saleh kimsələr belə işlər etmişdir.

Buna bənzər işləri etməkdən çəkinmək, utanmaq, təkəbbür olur. Çox kimsə burada yanılır. Təvazökarlıq ilə təzəllülü bir-biri ilə qarışdırmamaq lazımdır. (İslam Əxlaqı)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину