Gözəl İslam / Təzəllül

Təzəllül

Sual: Təzəllül nədir, bir neçə örnək verərsiniz?

CAVAB

Təvazökarlığın həddindən artıq miqdarına təzəllül deyilir. Bayağılıq, özünü alçaltmağa deyilir. Təzəllül haramdır. Başqa haramlarda olduğu kimi bu da zərurət ilə caiz olar. Dinini, canını, malını, namusunu qorumaq, zalımdan xilas olmaq zərurətdir. Belə bir çətinlik olanda asanlıq axtarmaq caiz olur.

Özündən aşağı olanlara qarşı təvazökarlıq göstərmək yaxşı isə də, bunun çox olmaması lazımdır. Çox olan təvazökarlığa yaltaqlanmaq [təzəllül] deyilir ki, bu ancaq ustada və alimə qarşı caizdir. Təvazökar olmaq ayrı, təvazökar görünmək ayrıdır. Alimlər, kibrli olan təvazö göstərər buyurur. Hədisi-şəriflərdə buyurulur ki:

“Yaltaqlanmaq Müsəlman əxlaqından deyildir.” [Bəriqa]

“Haqq üçün zillətə girmək, kibrlənməyə görə izzətə daha yaxındır.” [Deyləmi]

“Təvazökarlara təvazö göstərin, kibrlilərə də kibrli görünün!” [İ.Qəzali]

Təzəllül üçün bir neçə örnək:

Hər sənət və ticarətlə məşğul olmaq, maaş, ödəniş qarşılığında mübah olan işləri görmək, məsələn, çobanlıq, bağbanlıq etmək, inşaatda çalışmaq və hamballıq etmək təzəllül deyildir. Saleh kimsələr belə işlər etmişdir.

Buna bənzər işləri etməkdən çəkinmək, utanmaq, təkəbbür olur. Çox kimsə burada yanılır. Təvazökarlıq ilə təzəllülü bir-biri ilə qarışdırmamaq lazımdır. (İslam Əxlaqı)

14-03-2018, 15:11
Geri