Facebook Twitter WhatsApp

Uzun əməl

Sual: Tuli-əməlin [uzun əməlin] dindəki yeri nədir?

CAVAB

Peyğəmbər əfəndimiz üç dənə çubuq götürdü. Birini önünə, birini də onun yanına əkdi. Digərini də uzağa atdı. Sonra, “Bu çubuq insan, yanındakı da əcəli, uzaqdakı isə əməlidir. İnsan əməllərinin arxasından qaçar, fəqət əcəli onu tutar, əməlinə çata bilməz.” buyurdu.

Ölüm qorxunc olduğu halda insanların ölümdən xəbərsiz kimi yaşamaları, ölümü az düşündüklərindəndir. Hətta dünya zövqləri ilə məşğul olan qəlb ilə düşününcə təsiri az olar və ya heç olmaz. Qorxunc olan ölümün asan keçməsi üçün, ölümü yaddan heç çıxarmamaq lazımdır. Bunun üçün də yoldaşlarından özündən əvvəl ölüb, ailəni, mallarını, dostlarını tərk edərək torpaq altına girənləri düşünmək lazımdır. Vəzifə sahibi olanların təsir və səlahiyyətlərinin qalmadığı, torpağın onları necə çürütdüyünü düşünmək lazımdır. Həyatda ikən nələr edir, necə danışırdılar. Ediləcək bir çox işləri vardı. Ölümü unudub yaşayırdılar. Kimisi malı ilə, kimisi məqamı ilə, kimisi gəncliyi ilə qürurlanırdı. Ölüm bunları qəflətən tutdu. İndi hamısı unudulub getdi, xəyal oldu.

Ona görə də hər insan bunları düşünüb məzarlarını ziyarət edərək özünün də eyni aqibətə məruz qalacağını bilərsə, qəlbi yumşala bilər, dünyanın faydasız şeylərinə dörd əllə sarılmaqdan imtina edə bilər.

Uzun əməlli olmaqdan çəkinmək lazımdır. Peyğəmbər əfəndimiz buyurur ki:

“Cənnəti istəyən uzun əməlli olmasın, dünya işləri ilə məşğul olması, ona ölümü unutdurmasın, haram işləməkdə Allahdan həya etsin!”  [Bəriqa]

“İnsan qocaldıqca, mala həvəs və tuli-əməli gəncləşir.” [Mülsim]

“Allahdan utanın! Başqalarına qalacaq şeyləri yığmaqla vaxtınızı itirməyin! Qovuşa bilməyəcəyiniz şeyləri ələ keçirmək üçün çalışmayın, ehtiyacınızdan çox bina inşa etməklə həyatınızı xərcləməyin!” [Beyhəqı]

Əzrail əleyhissəlamla qardaş kimi görüşən Yaqub əleyhissəlam dedi ki:

  • Səndən bir xahiş edəcəm. Əcəlim yaxınlaşanda mənə xəbər ver!
  • Sənə bir neçə xəbərçi gələcək.

Bir müddət sonra Həzrəti Əzrail yenə gələr. Həzrəti Yaqub soruşar:

  • Ziyarətim üçün gəldin?
  • Canını almağa gəldim.
  • Bəs mənə bir neçə xəbərçi gələcəkdi?
  • Sənə xəbərçi gəlmədimi? Saçların ağarmadımı? Bədəninin zəifləmədimi? Dimdik dayanan belin bükülmədimi?

Hikmət əhli şəxslər buyurur ki:

İnsan öləcəyi vaxtı bilsəydi ağılı başından gedərdi. Yaxşı ki, ölüm vaxtı gizli qaldı. Əgər qəflət olmasaydı, heç kim bir işlə məşğul ola bilməzdi. Qəflət və uzun əməl pis olduğu qədər eyni zaman da iki böyük nemətdir. Əgər bu ikisi olmasaydı, müsəlman küçədə gedə bilməz vəziyyətə gələrdi.

İnsan ümumiyyətlə axmaq olaraq yaradılmışdır. Əgər hər şeyi incədən incəyə düşünə bilsəydi, heç kimsə dolanışığı üçün çalışmazdı. Dünya görüşünü axmaqların qəflətinə borcludur.

Nə qəribədir ki, ölüm sənin dalınca, sən isə dünyalıq dalınca.

Zahidlik, kobud paltar geymək deyil, uzun əməli tərk etməkdir.

Ölüm boynunuza asılı, dünya isə kürəyinizə yüklənmişdir. İnsanın qılınc boynuna vurulacaq kimi ölümə hazır olması lazımdır.

Hər gün ölümə yaxınlaşmaqdasan. Əcəlin gəldi deyilmədən ölümə elə hazırlıqlı ol ki, Əzrail əleyhissəlam gəlincə, “Bir az izn ver məndə haqqı olanlarla halallaşım, oğluma zəng edim, filan işimi belə görsün, kimdəsə borcum var, kimdəsə alacağım var. Bu işlərimi bir həll edim” demək ehtiyacını hiss etməyəsən. Vəsiyyəti hər zaman hazır saxlamaq lazımdır.

Uzun əməlli olmağın səbəbləri

Sual: Uzun əməlli olmağın səbəbləri nələrdir?

CAVAB

Uzun əməlli olmağın iki səbəbi vardır: Biri dünya sevgisi, digəri də cahillikdir.

Dünya sevgisi nədir? İnsan dünyanın faydasız və günah olan zövqlərinə vərdiş edərsə, artıq bundan ayrılması çətin olur. Vərdiş edən qudurmuşa bənzəyər, deyərlər. Narkotikə deyil, nərdə və ya hər hansı bir oyuna belə alışan ondan asanlıqla imtina edə bilməz. Bu faydasız və ya zərərli şeylərin hamısına dünya deyilir. Bunları sevməsinə də dünya sevgisi deyilir. Alışdığı bu sevgilərdən məhrum qalacağını düşünərək ölümü düşünmək belə istəməz. İnsan xoşlanmadığı şeydən nifrət edər, ondan uzaqlaşmaq istəyər. Onun üçün ölümdən çox qorxar.

İnsan boş xəyallarla doludur. Arzusuna uyğun bir çox şey istəyir. Arzularına qovuşmaq üçün  də dünyada uzun müddət qalmağı istəyər. Uzun müddət yaşamaq üçün də möhtac olduğu şeyləri əldə etməyə çalışar. Ailə istəyər, ev istəyər, avtomobil istəyər, kompüter istəyər. İstəyər və yenə istəyər. Qəlbi bunlara bağlanar. Günləri bu işlərin məşğulu ilə keçər. Ehtiyacları tükənməz, biri bitər, digəri başlayar. 

Axirət işini təxirə salar

Axirət işlərini isə həmişə təxirə salar. Beləcə yaxınlaşmaqda olan ölümü unudar. Gözləmədiyi bir anda ölüm onu yaxalar, fəqət iş işdən keçmişdir. Cəhənnəmliklərin çoxunun çəkdiyi cəza, bu günki işi sabaha buraxmalarındandır. Peşman olmamaq üçün ölümü heç unutmamaq lazımdır, bu günki axirət işini sabaha buraxmamaq lazımdır. “Kimi və nəyi sevərsən sev, sonunda ondan ayrılacaqsan” hədisi-şərifini unutmamaq lazımdır, heç ayrılıq olmayan gün üçün hazırlanmaq lazımdır.

Uzun əməlli olmağın ikinci səbəbi isə cahillikdir. Kimi gəncliyinə güvənir, ölümü çox uzaq görər. Halbuki qocalar gənclərin onda biri belə deyildir. Bunun səbəbi də ölənlərin çoxunun gənclər olduğu üçündür. Bir yerdə bir qoca ölərsə, bir uşaq və bir gənc ölər. Kimisi də özünü sağlam gördüyü üçün ölümü uzaq görər.

Sap-sağlam insanların öldüklərini eşitmirsinizmi? Kimisinə ürək tutmasından getdi deyirik, kimisinə başqa bir səbəb uydururuq. Ölmək üçün mütləq xəstə olmaq lazımdır? Yol qəzaları, zəlzələlər, anarxiyalar xəstə sağlam, gənc, qoca demir. O halda edəcəyi xeyirli işləri, ibadətləri irəliki günlərə saxlamamaq lazımdır. Peyğəmbər əfəndimiz, “Sabah edərəm deyənlər həlak oldu” buyurdu. 

Tövbəni gecikdirmək

Sonra tövbə edərəm və yaxşı işləri daha sonra edərəm deyirsən, ölüm daha əvvəl gələ bilər, peşman olub qalarsan. Sabah tövbə etməyi, bu gün etməkdən asan zənn edirsən, aldanırsan. Çünki tövbə gecikdikcə çətinləşər, ölüm yaxınlaşınca heyvana yoxuş önündə yem verməyə bənzəyər ki, faydası olmaz. Sənin bu halın bir tələbəyə bənzəyər ki, dərsinə çalışmayıb imtahan günü hamısını öyrənərəm zənn edər və elm öyrənmək üçün uzun zaman lazım olduğunu bilməz. Bunun kimi nəfsi təmizləmək üçün də uzun zaman mübarizə etmək lazımdır. Ömür boşuna keçincə bir anda bunu necə edə bilərsən? Qocalmadan əvvəl gəncliyin, xəstə olmadan əvvəl sağlamlığın və çətinlik çəkmədən əvvəl rahatlığın və ölmədən əvvəl həyatın qiymətini bilməzsən çox peşmanlıq çəkərsən. 

Çətin olsa da dünya sevgisini qəlbdən çıxarmağa çalışmaq lazımdır. Axirət gününə və orada ya sonsuz cəzaya və ya sonsuz mükafata qovuşacağını qəti olaraq bilən kimsə, yavaş-yavaş dünya sevgisini tərk etməyə çalışar. Çünki önəmli şeyi sevmək önəmsizi qəlbdən çıxarar. Bir yoldaş, “Uşaqlarımı sevərdim, fəqət nəvələr olanda, onları sevməyə başladım. Hətta nəvələrdən önəmli şeyləri sevincə, nəvələri də unutdum” demişdir. 

Demək ki, ağılı olan kimsənin, ən önəmli şeylər üzərində dayanması lazımdır. Ölüm bir gerçəkdir. Axirətdə sonsuz qalınacaqdır. Dünyaya təkrar qayıdıb yaxşı əməl işləmə imkanı olmayacağına görə, Peyğəmbər əfəndimizin nəsihətlərinə riayət edərək özümüzü ölmüş qəbul etmək, ona görə keçici arzulardan uzaq durmaq lazımdır.

Çox yaşamağı istəmək

Sual: Çox yaşamağı istəmək uyğundur?

CAVAB

Allahu təalaya ibadət və Onun dininə xidmət üçün çox yaşamağı istəmək tuli-əməl olmaz. Hədisi-şəriflərdə buyuruldu ki:

“İnsanların ən yaxşısı ömrü uzun və əməli gözəl olandır, ən pisi də ömrü uzun əməli pis olandır.”  [Tirmizi]

“Ömrü uzun olub İslamiyyətə tabe olmaq böyük səadətdir.” [Beyhəqı]

“Saçını, saqqalını müsəlman olaraq ağardan əfv olar.”   [M.Rəbbani]

“Müsəlmanlıqda ağaran tüklər qiyamətdə nur olar.” [Tirmizi]

“Cənnəti istəyən uzun əməlli olmasın, dünya işi ona ölümü unutdurmasın!” [İ.Əbiddünya]

Tuli-əməl zövq və səfa sürmək üçün çox yaşamağı istəməkdir. Tuli-əməlin səbəbləri dünya zövqlərinə düşkün olmaq və ölümü unutmaq və səhhətinə, gəncliyinə aldanmaqdır. Tuli-əməlli ibadətləri vaxtında etməz, tövbəni tərk edər. Qəlbi qatı olar. Söhbət, nəsihət təsir etməz. Ölümü unudar, ölüm heç yadına gəlməz. Hər zaman dünya malına və mövqeyinə qovuşmaq üçün ömrünü xərcləyər. Axirəti unudar, dünyanın faydasız zövq və səfasını düşünər. Bunlardan xilas olmaq üçün ölümün hər an gələ biləcəyini düşünmək lazımdır və sağlamlığın, gəncliyin ölümə mane olmadığını unutmamaq lazımdır! Bir çox xəstənin yaxşılaşıb yaşadığı, sağlam olan bir çox adamın öldüyü çox görülür.  

Hədisi-şəriflərdə buyuruldu ki:

“Başqalarına qalacaq şeyləri yığmaqla vaxt itirməyin! Qovuşa bilməyəcəyiniz şeyləri ələ keçirmək üçün çalışmayın!” [Beyhəqı]

“İnsana vaiz [nəsihətçi] olaraq ölüm yetər.” [Beyhəqı]

 “Beş şeydən əvvəl beş şeyin qiymətini bilin! Qocalıqdan əvvəl gəncliyin, xəstəlikdən əvvəl sağlamlığın, kasıblıqdan əvvəl zənginliyin, məşğuliyyətdən əvvəl boş vaxtın, ölümdən əvvəl həyatın qiymətini bilin.” [Hakim]

“Bu adama təəccüb edilir ki, o dünyaya talib, ölüm də ona talibdir.” [Əbu Nuaym]

Hər gün iki mələk belə deyər: Ey insanlar, ölmək üçün doğuldunuz, etdikləriniz zay olar, mallarınız düşmənə qala bilər. Bunların hesabı sizdən soruşular, əzabı da sizə olar. (R.Nasıhin)

Həzrəti Aişə anamız qəlbinin qatı olduğunu söyləyən bir qadına, “Ölümü çox xatırlayarsansa qəlbin yumşalar.” buyurdu.

Ömər ibn Abdüləziz həzrətləri hər axşam yoldaşlarını yığıb, ölümdən və qiyamət hallarından bəhs edər, sanki ən sevdikləri biri ölmüş kimi də ağlaşardılar.

İbrahim Təymi həzrətləri, “Bu iki şey məni heç bir şeydən zövq almaz vəziyyətə gətirdi: Ölümü xatırlamaq və axirətdə hesaba çəkilmək düşüncəsi.”

Rəbi ibn Haysəm həzrətləri ölümü unutmamaq üçün evinə bir məzar qazıb, hər gün dəfələrlə oraya girərdi və “Bir an ölüm yadımdan çıxsa, rahatlığım pozular” deyərdi.

Ölüm nədir?

Ölmək mömin üçün bir nemətdir. Peyğəmbər əfəndimiz, “Ölüm mömin üçün bir hədiyyə və bir kəffarədir” buyurdu. O halda ölməkdən qorxmamaq lazımdır. Çünki ölmək yox olmaq deyildir, ruhun bədənə olan bağlılığının sona çatması, bədəndən ayrılmasıdır. Ölüm, bir evdən başqa evə köçməsidir. Mömin ölümü pis görməz. Cənnəti sevən və ona hazırlanan ölümü sevər. Çünki ölüm olmazsa Cənnətə girilməz. Allahu təalanı sevən ölümdən qorxmaz. Sevən, daim ölümə hazır vəziyyətdə gözləyər. Çünki ölümlə aşiq sevdiyinə, qərib əsl vətəninə qovuşmuş olar.

Ölüm belə olanda ölməyi istəmək lazımdır? Peyğəmbər əfəndimiz, “Ölümü istəməyin! Çünki bir adam yaxşıdırsa, yaşadığı müddətcə yaxşılığı artar. Pis isə, doğru yola gələ bilər” “Çətinliklərdən ötəri ölümü istəməyin! Səbir edə bilməyən, “Ya Rəbbi, haqqımda yaşamaq xeyirli isə yaşamağı, ölmək xeyirli isə ölümü nəsib et!” desin!” buyurmuşdur. Dinimizə bir müddət daha xidmət edim, daha çox savab qazanım düşüncəsi ilə, ölümün dərhal gəlməsini istəməmək Allah sevgisinə zidd deyildir. Həzrəti ab “Ölümü bilənə çətinliklər asan gələr” buyurdu.

Həqiqi həyat

Dünya həyatı yuxu kimidir. Ölüm oyandırıb yuxu bitəcək, həqiqi həyat başlayacaqdır. Hədisi-şərifdə, “İnsanlar yuxudadır, ölüncə oyanarlar” buyuruldu. Ölmədən əvvəl oyanmaq lazımdır. Peyğəmbər əfəndimiz, “Bu adama təəccüb edilər ki, o dünyanın arxasında, ölüm də onun arxasındadır” buyurdu. O halda, “Nəsihət olaraq ölüm yetər” hədisi-şərifini düşünərək ölənlərdən ibrət almağa çalışmaq lazımdır.

Dünyaya aldanan insan və ipək böcəyi

Sual: Hədisi-şərifdə “Dünya məlundur” buyurulur. Dünya nədir?

CAVAB

Dünya dinimizin qadağan etdiyi haram və məkruhlardır. Bunlara dalıb da axirəti unudan aldanmışdır. Hədisi-şərifdə buyuruldu ki:

“Sonunu düşünməyib dünyaya aldanan insan ipək böcəyi kimidir. İpək böcəyi özünə yuva hörər və sonunu bilməz. Sonra oradan çıxmaq istəyər çıxacaq yer tapa bilməz, hördüyü yuvasında ölər və çalışması başqalarına fayda verər.” [Risaləyi-Münirə]

O halda haramlardan, məkruhlardan və lazımsız mübahlardan çəkinmək lazımdır! Haramlardan və şübhəli şeylərdən qaçaraq halal qazanmaq lazımdır. Axır zamanda bunlara diqqət edən az olar. Hədisi-şərifdə buyuruldu ki:

“Axır zamanda halal pul ilə özünə etimad edən yoldaş az tapılar.”  [İ.Asaqir]