Facebook Twitter WhatsApp

Xəyanət və əmanətə riayət

Sual: Əmanətə xəyanət etməyin dindəki yeri nədir?

CAVAB

    Xəyanət etmək haramdır. Münafiqlik əlamətidir. Xəyanətin ziddi əmanətdir, əmin olmaqdır.

 Xəyanət, bir nəfərin etibarını qazandıqdan sonra, o etibarı puç edən iş görmək, deməkdir. Mömin, hər kəsin malını, canını əmanət edildiyi şəxsdir. Əmanət və xəyanət, malda olduğu kimi, sözdə də olar. Hədisi-şərifdə, “Məsləhət edilən şəxs əmindir” buyuruldu. Yəni, onun doğrunu söyləyəcəyinə və soruşulanı başqalarından gizləyəcəyinə əmin olunar, güvənilər. Onun doğru söyləməsi vacibdir. İnsan malını etibar etdiyi kimsəyə əmanət etdiyi kimi, doğru söyləyəcəyinə əmin olduğu kimsə ilə müşavirə edər, məsləhətləşər. Əli-İmran surəsi, 159-cu ayətində məalən, “Edəcəyin işi əvvəl məsləhətləşbuyuruldu. 

            Məşrəvət, yəni məsləhətləşmək, insanı peşman olmaqdan qoruyan bir qala kimidir. Məşvərət olunacaq kimsənin insanların halını, zamanın və məmləkətin şərtlərini bilməsi lazımdır. Buna siyasət bilgisi deyilir. Bundan başqa, ağılı, fikri qüvvətli, irəlini görən, hətta səhhəti yerində olması lazımdır. Məşvərət olunan kimsənin bilmədiyini və ya bildiyinin əksini söyləməsi günahdır. Səhv ilə söyləməsi günah olmaz. Yuxarıdakı şərtləri daşımayan biri ilə məşvərət edilərsə, hər iki tərəfə günah olar. Din və dünya işlərində bilməyərək fətva verənə mələklər lənət edər. Bir kimsə zərərli olduğunu bilərək bir əmr versə xəyanət etmiş olar.  

    Abdullah ibn Məsud həzrətləri buyurdu ki:

        “Dininizdən ilk olaraq ayrılacağınız, əldən verəcəyiniz şey, əmanət olacaqdır.” (Hadiqa)

Sual: Əmanətə riayətin dinimizdəki yeri nədir?

CAVAB

    Əmanətə riayətin dindəki yeri böyükdür. Müminün surəsinin əvvəlində qurtuluşa qovuşan möminlərin xüsusiyyətləri bildirilir. 8-ci ayədə də bunların əmanətə və əhdlərinə riayət etdikləri açıqlanır. Hədisi-şəriflərdə buyuruldu ki:

       “Bu altı şeyi edəcəyinizə söz verin, mən də sizin Cənnətə girəcəyinizə söz verim. Bunlar, namaz qılmaq, zəkat vermək, əmanətə riayət, zinadan çəkinmək, halal yemək və dili (küfr, yalan, qeybət, lənət, faydasız kimi) pis sözlərdən qorumaqdır.” (Tabərani)

   “Qiyamətə yaxın insanlar ticarətlərində, bir-birləriylə olan münasibətlərində əmanətə riayət etməzlər. Əmin insan çox azalar. “Filan yerdə əmin bir insan varmış” deyilər. O insanın qəlbində də xardal dənəsi qədər iman yoxdur.” (Müslim)

       “Allah və Rəsulunu sevən, bunların da özünü sevməsini istəyən, danışanda doğru söyləsin, əmanətə riayət etsin və qonşusu ilə yaxşı yola getsin!”  (Beyhəqı)

      “Bir satıcı yalan danışmaz, əmanətə riayət edər, verdiyi sözdən dönməz, borcunu gecikdirməz, borc sahibini sıxışdırmaz, satarkən malını çox tərifləməz və alarkən də pisləməz isə, qazancı ona mübarək olar.” (Deyəmi)

      “Quran, qohum, əmanətə riayət edən və din qardaşlarınız şəfaət edər.” (Deyləmi)

        “Allah və Rəsulunun sizi sevməsi üçün əmanətə riayət edin, doğru danışın, qonşunuzu üzməyin və ona yaxşı rəftar edin.” (Tabərani)

     “Mömin hər qəbahəti edə bilər. Fəqət, xəyanət etməz və yalan danışmaz.” (İ.E. Şeybə)

      “Münafiqin üç əlaməti vardır: Yalan söyləyər, sözündə durmaz və əmanətə xəyanət edər.” (Buxari)

    “Hiylə və xəyanət sahibi atəşdədir.” (Əbu Davud)

     “Həyasız olan, əmanətə xəyanət edər, xain olar, mərhəmət hissi qalmaz, dindən uzaqlaşar, lənətə məruz qalar, şeytan kimi olar.” (Deyləmi)

            Həzrəti Loğman buyurdu ki:

      “Əmanətə riayət, doğru söyləmək və faydasız sözü tərk edib mənə lazım olmayanı tərk etməklə bu dərəcəyə çatdım.”

Sual: Qurani-kərimdə insanın yüklənməkdən çəkinmədiyi bildirilən əmanət nədir? Məzhəblərə və alimlərə etibar etməyən bir yazar, mənim düşüncəmə görə əmanət mülkdür deyir. Doğrusu nədir?

CAVAB

       Əzhab surəsinin, “Əmanəti göylərə, yerə və dağlara bildirdik. Onlar bunu yüklənməkdən çəkinib məsuliyyətdən qorxdular. Onu insan yüklənərək, nəfsinə zülm etdi, o çox cahildir, yəni sonunu bilə bilmədi” məalindəki  72-ci ayəti-kəriməsindən əvvəlki ayədə, “Allah və Rəsuluna itaət edənlər (əmrləri və qadağanlarına tabe olanlar) böyük qurtuluşa  (əbədi səadətə) qovuşarlar buyurulur. Bu əmrlərlə qadağalar əmanətə bənzədilir. Əmanəti yerinə vermək lazım olduğu, ibadətləri etməyin əhəmiyyəti bildirilir. Əmanətə ağıl və İslamiyyət deyən alimlər də oldu. Çünki, ağlı olan İslamiyyətə tabe olar.  

İmam Beydavi həzrətləri buyurur ki:

         Bu əmanətə ağıl deyilsə də, ayəti-kərimə ibadətləri etməyin, beş vaxt namaz qılmağın əhəmiyyətini bildirir. Nisə surəsinin 58-ci ayəti-kəriməsindəki əmanət sözünü Allahın Rəsulu, ibadət  olaraq açıqlayıb, beş vaxt namaz qılmağı əmr etmişdir.

            Müminün surəsinin 8-ci ayəsində də, “O möminlər ki, əmanətlərinə və əhdlərinə riayət edərlər” buyurulur. Məaric  surəsinin 32-ci ayəsi də eyni məaldədir. Hər iki surədə də ondan sonra gələn ayətlərdə namaza riayətin əhəmiyyəti bildirilir.

       Əmanətin başqa mənaları da vardır. Əmanət ilə əlaqədar hədisi-şəriflərdə buyurulur ki:

  “Əmanət zay edilərsə qiyamət yaxınlaşar. İşləri əhli olmayana vermək, əmanəti zay etməkdir.” (Buxari)

   “Dininizdən ilk itirəcəyiniz şey əmanət, sonra namazdır.” (Z.Makdisi, Tabərani)

  “Qadınlar sizə Allahu təalnın əmanətidir. Sizin onların üzərində, onlarında sizin üzərinizdə haqları vardır.” (İbni Cərir)

    “Kasıblıq əmanətdir.  Onu gizləyən ibadət etmiş olar. Kasıblığını bəlli edən də din qardaşlarını borclu çıxarmış olar.” (İbni Asakir)

    “Sözləriniz əmanətdir. Çirkin bir sözü aparmaq (söz daşımaq) halal olmaz.” (Əbu Nuaym)

     “Quru şəhidinin borc və əmanət xaric bütün günahları əfv edilər. Dəniz şəhidinin isə bütün günahları əfv edilər.” (Əbu Nuaym)

       “Allahu təala Adəm əleyhissəlama, “Əmanəti qəbul edən olmadı, sən yüklənərsənmi?” buyurdu.  O da,  “Yüklənmənin məsuliyyəti nədir” dedi. Allahu təala da, “Əmanətə riayət edənə savab, etməyənə əzab vardır” buyurdu. Adəm əleyhissəlam əmanəti qəbul edəndə Cənnətdə zöhrdən əsrə qədər qala bildi. Sonra İblisin hiyləsi ilə oradan çıxarıldı.” (Əbuşşeyx)

     “Əmanətə riayət etməyənin imanı, dəstəmazı olmayanın namazı yoxdur. Namazı olmayanın dini də yoxdur. Namazın dindəki yeri, başın gövdədəki yeri kimi əhəmiyyətlidir.” (Tabərani)

      “Vidalaşarkən, əmanətləri itirməyən Allaha səni əmanət edirəm deyin.” (İbni Macə)

    “Sizə iki əmanət buraxıram: Allahın kitabı və Əhli-beytim.” (İ.Əhməd)

    “Xanımının cinsi sirlərini yaymaq əmanətə xəyanətin böyüklərindəndir.” (Müslim)

    “Allahın və Rəsulunun onu sevməsini istəyən əmanətə riayət etsin.” (Tabərani)

   Əmanət, əmin, etibarlı olmaq deməkdir. Peyğəmbərlərdə olması lazım olan yeddi sifətdən (xüsusiyyətdən) biri əmanətdir.

      Fiqh elmində güvənilən kimsəyə verilən mala əmanət deyilir. Əmanətə bir zərər vermədən eynilə sahibinə qaytarmaq lazımdır. Əmanətə riayət etməmək münafiqlik əlamətidir. Bu növ əmanətlə əlaqədar bəzi hədisi-şərif məalləri belədir:

            “Əmanətə riayət ruzini artırar, xəyanət isə kasıblığa səbəb olar.” (Qudai)

            “Allah və Rəsulu əmanətə riayət edəni sevər.” (Tabərani)

     Allahu təala canımızı və bədənimizin hər orqanını bizə əmanət etmişdir. Bizə verdiyi nemətlərin hamısı bir əmanətdir. Onlardan Rəbbimizin rizası xaricində istifadə etmək, o əmanətə xəyanət olar. Məsələn, uşaqlarımız, xanımımız bizə bir əmanətdir. İki hədisi-şərif məali belədir:

    “Xanımızı üzməyin! O, Allahu təalanın sizə əmanətidir.” (Müslim)

  “Bir kimsə qızını fasiq kimsəyə verərsə, Allahu təalanın əmanətinə xəyanət etmiş olar. Əmanətə xəyanət edənlərin gedəcəyi yer Cəhənnəmdir.” (S.Əbədiyyə)

Kasıblıq da bizə bir əmanətdir.

  Birinin bizə söyləyib başqalarının eşitməsini istəmədiyi söz də əmanətdir.

  Qurani-kərim və əhli-beyt də bizə əmanətdir. Bir hədisi-şərifdə  “Quranla Əhli-beyt bir-birindən ayrıla bilməz” buyurulur. Bunun mənası budur: Qurani-kərimə sarılanın, Əhli-beyti sevməsi və Əhli-beyti sevənin də Qurana sarılması lazımdır. Bu ikisi bir-birindən ayrılmaz. Qurani-kərimin bəzi ayələrini, məsələn “Əshabın hamısı Cənnətlikdir” ayətini inkar edən Əhli-beyti sevmiş olmaz. (Qurrət-ül-aynəyn)

      Əmanətə riayət etməmək bir mömin üçün düşünüləcək bir şey deyildir. Bir neçə hədisi-şərif məali belədir:

      “Əmanətə riayət etməyənin imanı kamil deyildir.” (Tabərani)

       “Əmanətə riayət etməyənin namazı da, zəkatı da qəbul olmaz.” (Bəzzar)

  Qurani-kərimdə möminlər təriflənərkən, “Əmanətlərinə (dinin əmr və qadağalarına) riayət edərlər və verdikləri sözləri yerinə yetirərlər” buyurulur. (Möminün 8)

       Başqa bir ayəti-kərimədə də, “Allah sizə mütləq əmanətləri (işləri) əhli olanlara vermənizi və insanlar arasında hökm etdiyiniz vaxt ədalətlə davranmanızı əmr edər” buyurulur. (Nisa58)

 Əzhab surəsindəki əmanət, işlənməsində savab və tərk ediləndə cəzası olan Allahu təalanın bütün əmr və qadağalarıdır. (Cəlaleyn)

      Demək ki, ağıllı olub, Allahu təalanın əmr və qadağalarına riayət edən, namaz qılan əmanətə riayət etmiş olar. (Haqq Sözün Vəsiqələri)