Facebook Twitter WhatsApp

Yetimə qayğı

Sual: Yetimə yaxşılıq etməyin və ya onu döyməyin və ya haqqını yeməyin dindəki yeri nədir? Yetimlik neçə yaşında sona çatır?

CAVAB

Həddi-buluğa çatan, ağlı başında olan uşaq yetimlikdən çıxmış sayılır. Yetimə yaxşılıq etmək çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Yetimi yaxşı tərbiyə edərək böyüdənlə Qiyamətdə birlikdə olarıq.” [Buxari]

“Qohum və ya yad bir yetimi özünü qurtarana qədər baxana Cənnət vacib olar.” [Əbu Davud]

“Allahu təala yetim olan və ona yaxşılıq edilən evi sevər.” [Tabərani]

“Yetimə yaxın ol, ona acı, başını oxşa, birlikdə yemək ye! Belə edənin qəlbi yumşalar və ehtiyacları qarşılanar.” [Haraiti]

“Səbir edib savabını ümid edərək yetimə baxanla Cənnətdə birlikdə olarıq.” [Tabərani]

“Cənnətin qapısını ilk əvvəl mən açacağam. Bu sırada bir qadın məndən əvvəl davranacaq, buna kim olduğunu soruşacağam, o da, “Yetim qalan uşaqlarıma baxan birisiyəm” deyəcək.” [Əbu Yala]

“Evlərin ən yaxşısı, yetimə yaxşılıq edilən evdir. Ən pisi də yetimə pislik edilən evdir.” [İbni Macə]

“Uşaqlarının hamısını eyni dərəcədə tutub yetimə haqsızlıq edən Allahdan uzaqlaşmış olar.” [İbni Asaqir]

“Yetimlərin, kasıbların dolanışığını öhdəsinə götürən, Allah yolundakı bir mücahid kimi və ya gündüz saim, gecə qaim savabına qovuşar.” [Buxari] [Saim, oruc tutan, qaim, gecə ibadət edən]

“Cənnətdə “Dar-ül-fərah” deyilən saraya ancaq möminlərin yetimlərini sevindirən girər.” [İ.Nəccar]

“Qəlbinin yumşalmasını və hacətinin görülməsini istəyərsən, yetimə acı, onun başını oxşa və ona yediyindən yedir” [Tabərani] [Yetimin başını oxşayana, həcc savabı veriləcəyi də bildirilmişdir.]

“Yetimi ağlatmaqdan çəkinin!” [İsfəhani]

“Bu iki zəif haqqında Allahdan qorxun! Dul qadın və yetim uşaq.” [Beyhəqı]

“Yetim tələbəsinə gücünün çatmadığı işləri təklif edən müəllimə şiddətli bir əzab vardır.” [İ.Rafii]

Yetimi sevindirmək

Sual: Yetimin başını oxşayana çox savab veriləcəyi bildirilir. Yaş həddi vardır?

CAVAB

Bəli, yaş həddi vardır. Ağıllı, buluğ olanda yetimlik bitər. Oxşamaqdan qəsd, hər nə şəkildə olursa olsun onu sevindirməkdir. Mütləq başını oxşamaq deyildir. Məsələn, onun bir ehtiyacını alıb vermək surətiylə onu sevindirməkdir. Başını oxşayıb da, “Sən nə yaramazsan” deyərək onu danlasaq, başı oxşanmış olar ancaq sevindirilmiş olmaz. Hədisi-şərifdə buyurulur ki:

“Yalnız Allah rizası üçün yetimin başını şəfqətlə oxşayan, əlinin dəydiyi saçlar sayısı qədər savaba qovuşar.” [İ.Əhməd]

Demək ki, onun saçlarını oxşayarkən Allahu təalanın razılığını düşünmək lazımdır.

Hər kəsi sevindirmək savab amma, yetimi sevindirmək daha çox savabdır. Hər kəsi üzmək günahdır amma yetimi üzmək daha çox günahdır. Hər kəsin malını haqsız yerə yemək haram amma yetiminkini yemək daha böyük günahdır. Hədisi-şəriflərdə buyurulur ki:

“Böyük günahlar yeddidir: Bunlardan biri də yetim malı yeməkdir.” [Bəzzar]

“Qiyamətdə Allah qatında böyük günahların ən böyüyündən biri yetim malı yeməkdir.” [İbni Hibban]

“Allahu təala yetim malı yeyəni Cənnətə qoymaz.” [Hakim]

“Qiyamətdə bir camaat ağızlarından alovlar çıxar vəziyyətdə qəbirlərindən qalxarlar. Allahu təala, [Nisa surəsinin onuncu ayəsində məalən] “Haqsız yerə yetim malı yeyənlər, qarınlarına ancaq od soxmuş olarlar. Bunlar alovlu, dəli bir alova soxulacaqdır” buyurur.” [Əbu Yala]

Yetimlərə yaxşılıq edilməsi və infaq edilməsi əmr edilir. (Bəqərə 83, 215)

Yetimi sitəmlə dəf edib haqqını qəsb edənə şiddətli əzab vardır. (Maun 2)

Həzrəti Yaqub və bir yetim

Bir nəfər Yaqub əleyhissəlama sual etdi:

  • Gözün nə üçün görmür, belin nə üçün büküldü?
  • Gözüm Yusifə ağladığım üçün görmür. Bünyaminə üzüldüyüm üçün də belim büküldü.

Bu sırada Cəbrayıl əleyhissəlam gəlib dedi ki:

  • Halından şikayət edirsən?
  • Mən yalnız kədərimi Allahu təalaya ərz edirəm. Ya Rəbbi, gözləri görməz, beli bükülmüş bu çox yaşlı qocaya mərhəmət eylə! İki oğlumu mənə geri ver!

Cəbrayıl əleyhissəlam dedi ki:

  • Allahu təala salam edir və buyurur ki:

İki uşağın ölü belə olsaydı, səni sevindirmək üçün onları dirildərdim. Gözünün görməməsi və belinin bükülməsinin səbəbi budur. Bir gün oruclu, ac, kasıb bir yetim sənə gəlmişdi. Sonra bir qoyun kəsib ailənlə yediyin halda ona da göndərməyi xatırlaya bilmədin. Mən yetim və kasıbları sevdiyim qədər heç bir şeyi sevmərəm. Haydı bir yemək hazırla kasıbları dəvət et!

Yaqub əleyhissəlam da oruclu olanları axşam oruc tutmayanları da səhər yeməyə dəvət etdi. (Hakim)

Bilindiyi kimi nəhayət iki uşağına qovuşdu. Bu halda yetimə mərhəmət etməli, ona zülm etməməli, haqqını yeməməlidir!

 

Yetimlik olar yaman

Ona toxunma aman

Bir başqadır dünyası

Çox həssasdır yapısı

Yaşı daha kiçikdir

Sözü bölük pörçüktür

Soruşsan sıxılar dərhal

Vursan yıxılar dərhal

Gözləri buğlanar

Həmən sulanar

Yaralıdır həmişə əli

Tutular bəzən dili

Qəlbi həmən qırılar

Zənn etmə asan sarılar

Ona buna yaxın durmaz

Qəribə dayanar danışmaz

Hər an boynu bükükdür

Paltarı sökükdür

Deyər ki, atam olsaydı

Mənə cici alsaydı

Dərdlərini deyə bilməz

Yeni şeylər geyə bilməz

Biri atacan deyər

Onun içi cız edər

Sevgidən məhrum yaşar

Bu həyata həmişə çaşar

Canı çəksə yeyə bilməz

Bunu alın deyə bilməz

İstəsə arsız deyərlər

Üstəlik oğru deyərlər

Yetimsən də kədərlənər

Gözündən yaş süzülər

Halından həmişə sezilər

Xor görülər əzilər

Qəmlidir onda gözlər

Dərdlərini həmişə gizlər

Çətinlikdən dırnaq yeyər

Ağrını ürəyə gömər

Önə əyər başını

Tuta bilməz göz yaşını

Həmişə suçlu kimi dayanar

Gələn gedən həmişə vurar

Küsəyən olar hər an

Yetimə toxunma aman

Versələr onu bunu

Ovutmaz heç onu

Artıq həyatdan bezər

Üf demən onu yıxar

Pislənər, xor görülər

Etmə deyə məcbur edilər

Qırıq qolu qanadı

Yaramazdır həmişə adı

Gələn gedən ilişər

Bəzən yıxılıb qalxar

Anlaşılmaz fəryadı

Sevgidir tək muradı

Onu kimsə anlamaz

Anlayan dayanmaz

Yetimlər kədərlənməsin

Sinməsin, büzülməsin


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину