Facebook Twitter WhatsApp

Hər şeyə hirslənmək doğru deyildir

Sual: Hirslənən bir şəxs təzyiqim yüksəldi, deyir. Hirslənmək təzyiqin yüksəlməsinə səbəb olarmı?

CAVAB

Olar. Hirslənmək nəticəsində əsəbin pozulması ilə əzələləri büzülərək daralarsa, təzyiq artar. Nikotin kimi bəzi zəhərlər, qana yayılan toksinlər də damarları daraldaraq təzyiqi yüksəldir. Bədəni və sinirləri yormamaq, kədərlənməmək lazımdır. Əsəbləri təskin edici dərman qəbul etmək, kifayət qədər yatmaq lazımdır. Az duzlu və az yağlı pəhriz etməli, sidik qovucu dərman qəbul etmək lazımdır.

Hirslənən hirsini məğlub edə bilməyəndə, qəzəbi nifrət halını alar. Hirslənmək qanın hərəkətinin artmasından [təzyiqin artmasından] meydana gəlir. Allah üçün hirslənmək yaxşıdır. Dinə olan qeyrətindəndir.

İslam alimləri əsəb sistemi pozuqluqlarında (La havlə və lə qüvvətə...) oxumağı da tövsiyə edir. Hədisi-şərifdə buyuruldu ki:

“La havlə... oxumaq 99 dərdə dəvadır. Bunların ən yüngülü sıxıntıdan xilas olmaqdır.” [Əbu Nuaym]

[İmam Rəbbani həzrətləri, din və dünya zərərlərindən xilas olmaq üçün hər gün 500 dəfə “La havlə vəla qüvvətə illa billah” oxuyardı. Oxumağa başlayarkən və oxuyanda yüz dəfə salavat gətirərdi. (Təfsiri Məzhəri)]

“Hər gün yüz dəfə salavat gətirən münafiqlikdən və Cəhənnəm atəşindən uzaqlaşar və qiyamətdə şəhidlərlə birlikdə olar.” [Tabərani]

İmam Rəbbani həzrətləri cindən qorunmaq üçün və qorxulu vaxtlarda, “La havlə vəla qüvvətə illa billah-il-aliyyil azım” oxunmasını əmr edərdi.

Muhamməd Məsum həzrətləri buyurur ki:

Dərdlərdən xilas olmaq üçün və murada qovuşmaq üçün 500 dəfə “La havlə vəla qüvvətə illa billah” demək lazımdır, oxumağa başlayarkən və oxuduqdan sonra yüz dəfə salavatı şərifə oxuyub dua etmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину