Facebook Twitter WhatsApp

Quran möminlər üçün şəfadır

Sual: Baş ağrıma həkimlər bir çarə tapa bilmədilər, ağrı kəsici dərmanlar qəbul etməklə mədəm pozuldu. Bildiyiniz bir dərman vardırmı? Ayrıca dua və şəfa ayələrinin əhəmiyyəti nədir?

CAVAB

İsti su ilə duş alıb, duşdan çıxarkən ayaqlarına soyuq su tökmək baş ağrısına yaxşı gələr. Bu mövzudakı hədisi-şərif belədir:

“Hamamdan çıxarkən ayaqları soyuq su ilə yumaq baş ağrısını aradan qaldırar.” [Əbu Nuaym]

Quranı-kərimdə məalən, “Quran, möminlər üçün şəfa və rəhmətdir” buyuruldu.

Hədisi-şəriflərdə buyurulur ki:

“Quranı-kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz.” [İbni Macə]

“Yasin surəsi yazılı kağızı suya qoyub, o suyu içənə min rəhmət, min bərəkət, min şəfa tapar və ondan min xəstəlik çıxar.” [Rafii]

“Bu iki şəfa qaynağını tərk etməyin: Bal və Quran.” [İbni Macə]

“Dua bəlanı önləyər, duaya davam edin.” [Tirmizi]

“Fatihə, zəhərə və hər xəstəliyə şəfadır.” [Beyhəqı]

“Qəlbin şəfası zikrullahdır.” [Beyhəqi]

“Allahu təalaya zikr şəfa, xalqı zikr dərddir.” [Beyhəqı]

“Xəstəliyi verən şəfasını da verər.” [Hakim]

“Haram olan şeylərdə şəfa yoxdur.” [Buxari]

“Asqıranda əlhamdülillah demək hər dərdə şəfadır.” [Hakim]

“Cümə günü dırnaq kəsmək şəfa gətirər.” [Əbuşşeyx]

“Möminin artığı şəfadır.” [Fətavai Kübra, Əl-Mədhal]

“Comərdin yeməyi şəfa, xəsisinki xəstəlikdir.” [Hatib]

“Şəfa verən ancaq Allahu təaladır.” [Əbu Davud]

7 Fatihə oxunub ağrı olan yerə üflənərsə, şəfa hasil olar. (Təfsiri Əzizi)

Baş ağrısı üçün, dəstəmazlı olaraq Bəqərə surəsinin 196-cı ayəsi, fəmən dən əv-nüsük`ə qədər yazılıb, başa qoyular. İslam hərfləri ilə başına Bəsmələ və sonuna üskün lillah yazılar. (Mənafi`un-nas)

Osman ibn Ebil`as  xəstə idi, ağrı və sancısı çox idi. Rəsulullah əfəndimiz, “Ağrıyan yeri sağ əlin ilə 7 dəfə məsh et! Hər dəfə “Əuzu bi`izzətillahi  və qüdrətihi min şərri  ma-əcidü və ühazirü” oxu!”buyurdu. Eynilə etdi və xəstəliyi heç qalmadı. (Bostan)

 Şəfa ayələrini dəstəmazlı olaraq yazıb, bu kağızı bir qabdakı suya qoymaq lazımdır. Bu suyu xəstə içərsə Allahu təala şəfa ehsan edər. (Məvahib)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину